sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

Analar üçün faydalı və enerji dolu qida məhsulları

“Ana” və “yorğunluq” əl-ələ gedən anlayışlardır. Ailənin qayğısını çəkən və məişət işləri ilə məşğul olan analar çox zaman özlərinə diqqət yetirməyi və qulluq etməyi unudurlar.

Lakin unutmaq lazım deyil ki, “yıxılan evlərin dayağı” olan anaların əhval və səhhətindən bütün ev-əhlinin durumu asılıdır. Vəziyyəti düzəltmək üçün dəyərli analarımızı faydalı və enerji dolu qida məhsulları ilə tanış edirik.

Dəmirlə zəngin ərzaqlara əksər anaların böyük ehtiyacı olur. Qanda dəmir çatışmamazlığı yorğunluq hissi yaradır. Bütün analara xüsusən doğuşdan yenicə çıxanlara heyvan və bitki mənşəli dəmir qəbul etməyi tövsiyyə olunur: dana əti və ciyəri, göyərtilər, paxlalılar. Bu ərzaqları turş meyvə və tərəvəzlərlə-bolqar bibəri, limon, laym, portağal, mandarin, qreypfrut, kivi, və s. ilə birlikdə yeməyi unutmayın, çünki vitamin C dəmirin bədən tərəfindən qəbul edilməsinə yardım edir.

Bundan əlavə vitamin C ilə zəngin şirə və smuzilər qəbulunu artırın. Mürəkkəb karbohidratlar digər zəngin enerji mənbəyidirlər. Çalışın az miqdarda qəbul etməklə sağlam alternativlər-ağ çörək əvəzinə kəpəkli, düyü əvəzinə isə qəhvəyi düyü seçəsiniz. Əlavə olaraq, buğda, yulaf, qəhvəyi düyü, kinoa, lobyalar, noxudlar, mərci və kartof, kök, çuğundur kimi nişastalı tərəvəzlər gün ərzində yorulmamağa əsas verəcəkdir.

Davamı →

Şirin yuxuya dalmaq üçün yoqa

Gecənin yarısıdı, yatağınıza uzanmısız, ancaq yata bilmirsiz. Təqdim etdiyimiz bu yoqa rejimi sizi rahat yuxudan uzaqlaşdıran əzələ problemlərini həll etmiş olacaq. Bərpaedici özəlliyi olan bu yoqa rejimi bədən və beyninizin dincəlməsinə, dərin yuxuya getmənizə kömək edəcək. Bu hərəkətləri edin, dərindən nəfəs alın və şirin yuxulara dalın! 

İlk öncə dizlərinizi yerə qoyaraq körpü şəklində dayanıb əllərinizi yerə dirəyin. Bədənin orta hissəsini elastik şəkildə aşağıya doğru hərəkət elətdirib başınızı yuxarı qaldırın. Daha sonra bədənin orta hissəni yuxarı qaldırıb başınızı aşağı salın. Sol qolunuzu yerdən götürmədən sağ qolunuzu yuxarı qaldıraraq bədəninizi də o istiqamətdə çevirin. Sonra sağ qolu gətirib sol qolun altından o yana çıxarın. Dizlərinizi yedən tərpətmədən sağ qolunuzu yerə qoyub, sağ çiyninizi yerə söykəyin və sol qolunuzu hərəkət elətdirin.

Eyni  hərəkətləri sol qol üçün təkrarlayın. Dizlərinizi yerdən götürüb yenə eyni çöməlmiş vəziyyətdə əllərinizi yerə söykəyib durun. Sağ və sol ayağınızı növbə ilə qaldırıb aşağı salın. Daha sonra yerə oturaraq sol ayağınızı arxaya uzadın, sağ ayağınızı öndə geriyə qatlayıb oturun. Əllərinizi öndə birləşdirib başınızı üstünə qoyun və rahatlayın. Sağ ayağınızı bükülmüş vəziyyətdə sol ayağınızın üzərinə qoyun və başınızı qarşıya uzadıb dincəlin. Sağ ayağınızı önə  uzadıb sol ayağınızı içəriyə bükün. Sonra sol qolunuzu başınızın üstündən uzadıb sağ ayağnıza toxunun. 

Davamı →

Əllərdə əsmənin səbəbləri və müalicəsi

Həyatımızda bəzən sevinc, bəzən üzüntü, bəzən də əsəb və gərginlik o həddə çatır ki,  özümüzdən asılı olmayaraq əllərimiz əsir. Bunu keçici bir hal kimi qəbul edərək o qədər də əhəmiyyət vermir, üstündən ötüb keçirik. Əllər həmişə əsirsə, bunun səbəbi nədir?

Fizioloji tremor və onun səbəbləri

Çox emosional adamların əlləri daim əsə bilər, lakin əsəblərin sakitləşməsi ilə titrəmə də keçib gedir. Əllərdə əsmənin səbəblərindən biri də depressiyadır. Depressiv halın inkişafı hərəkətlərdə kəskinlik və sərtliyin yaranmasına, nəzarətin itməsinə səbəb olur. Bəzi dərman preparatları, məsələn, psixostimulyator, antidepressant, neyroleptik və litium preparatlarının qəbul edilməsi də əllərdə tremoru artıra bilər. Çay, qəhvə və alkoqollu içkilərin artıq miqdarda qəbulu da əlləri əsdirə bilər, çünki spirtli içkilər sinir hüceyrələrinin susuzlaşmasına və erkən məhvinə səbəb olur. Osteoxondroz zamanı beyin qan dövranının zəifləməsi də əllərin bərk əsməsinə gətirib çıxarır. Bəzən güclü fiziki gərginlik provokasiyaedici faktor olur. Belə tremor uzunmüddətli ağır işdən və ya fiziki məşqlərdən sonra artır. Əllərdə qısamüddətli əsmənin əmələ gəlməsinə səbəb olan amillərdən biri də soyuq hava şəraitidir.

Həmin xəstəliklər müalicə tələb etməsə də, onlara səbəb olan faktoru aradan qaldırmaqla əllərin əsməsinin qarşısını almaq olur. Lakin iki həftədən artıq davam edən və getdikcə artan tremor həkimə müraciəti və ərtaflı müayinəni zəruri edir.

Davamı →

Alma çayının xeyri və hazırlanması

Qış aylarında xüsusilə uşaqlardan əl çəkməyən öskürək və bəlğəmin aradan qaldırmağın ən təbii və təsirli yolu alma çayı içməkdir.

Qış mövsümündə uşaqların və böyüklərin ən çox əziyyət çəkdiyi problem öskürəkdir. Xəstəlik keçsə belə, uzun müddət qalan öskürək üçün təbii müalicədən istifadə etmək lazımdır.

Hazırlanması:

1 litr suyun içinə, incə dilimlənmiş 1 ədəd almanı qabıqlarıyla birlikdə atın. Qaynatdıqdan sonra çay kimi isti olaraq için.

Alma qabıqları ilə edilən çay, həm sinəni yumşaldar, həm də bəlğəmi aparmaq üçün yaxşı dərmandır. Almanın qabıqlarını soyun, içinə bir az darçın, zəncəfil və qərənfil atın. 10 dəqiqə dəmləndikdən sonra için.

Davamı →

Narkotikdən fərqi olmayan şəkər

Fransada aparılan araşdırma nəticəsində şəkərin insanı kokain qədər asılığa salması sübut olunub. Şokolad yeməyə başladıqda, beyniniz xoşbəxtlik hissi bəxş edən dopamin və opiathormonlarını ifraz etməyə başlayı. Ancaq bunların hamısı sonda depressiya və orqanizmin narahatlığına səbəb ola bilər. Şəkərin zərəri bununla bitmir. Belə ki, şəkər beyində iltihaba və bədənin artıq çəki toplamasına da birbaşa təsir göstərir. Şəkər, həmçinin dişləri zəiflədir, ürək xəstəlikləri, diabet və xərçəng riskini artırır.

Mütəxəssislər şəkər istəyini azaltmaq üçün bu təklifləri irəli sürür. Beləliklə, "şirin" ölümdən xilas olmağın yollarını sizlərə təqdim edirik.

1. Gözəl səhər yeməyi yeyin.Yumurta, pendir, zeytun, kərə yağı və bal tərkibli nahar edin.
2. Yaşıl tərəvəzlər yeyin. Brokoli, ispanaq kimi yaşıl tərəvəzlər enerjinizi artırır. Tərkibində olan maqnezium kimi minerallar şəkər istəyini azaldır.
3. Tatlandırıcı istifadə Süni dadlandırıcılar şəkər istəyini artırır. Yağ edir.
4. Günəş işığı alın, D vitamini serotonin çıxarmağa köməkçi olur. Xoşbəxtlik hormonu serotonin şəkər istəyini nəzarət altına alır.
5. Yaxşı yağlardan yeyin. Qabıqlı quru yemişlər, omega-3 zəngini balıqlar, zeytun yağı və s. istifadə edin.
6. Zülal alın. Qırmızı ət, ağ ət, yumurta və balıq enerji şəkər istəyini öldürür.

Davamı →

Səssizlik arıqladır

Yeməyinizi yeyərkən bir tərəfdən də televiziya izləməyimi sevirsiniz? Yoxsa dostlarla söhbət etmədən yemək sizə darıxdırıcımı gəlir? Ən azından arxa fonda musiqi olmalı deyirsinizsə bunu dinləyin: Bəlkə də sizə lazım olan yalnız səssiz şəraitdə yeməkdir ...

“Food Quality and Preference” jurnalının apardığı araşdırmaya görə, iki nəfərlik səssiz bir yemək masası yalnız mühiti gözəlləşdirməklə qalmır, yeməyin ləzzətini daha yaxşı hiss etmənizi təmin edir. İnsanlar səs-küylü bir mühitdə yediyi yeməyin dadını, səssiz bir mühitdə yediyinə görə daha az ayırd edir. Araşdırmanın müəlliflərindən biri olan, İngiltərədəki Manchester Universitetindən Doktor Ellen Poliakoff qeyd edir ki, arxa plandakı səs-küylər diqqətinizi yayındırır, dərin dad alma duyğularını uzaqlaşdırır. Bu vəziyyətdə də boşqabınıza duz əlavə edir və ya əlinizi zərərli ekstralara uzadırsınız.

Davamı →

Hansı məhsulun şirəsi daha xeyirlidir?

Hər birimiz təbii şirəni çox sevirik. Həm görünüşü, həm də tərkibi ilə hər birimizi cəlb edən bu şirələr, dietoloqların fikrinə görə o qədər də xeyirli deyil. Bu məqalədə sizə bunun səbəbi və düzgün seçim etmək üçün lazımlı məlumat verəcəyik:

Ən düzgün seçim — tərəvəz şirələri
Tərəvəz şirələri — qida rasionunuza təbii xeyirli bitki maddələrini əlavə etmək üçün ideal vasitədir. Tomat şirəsində olan likopin, prostat xərçəngi xəstəliklərinin təhlükəsini azaldır.Şəkər çuğunduru şirəsi isə arterial təzyiqi azalda bilir. Ümumilikdə isə tərəvəz şirəsinin tərkibində meyvə şirəsi ilə müqayisədə şəkər və kaloriy azdır, buna baxmayaraq natrinin miqdarı lazımım səviyyədədir.

100% — li meyvə şirəsi
Heç kim xəstəliklərlə mübarizə üçün lazım olan vitamin və antioksidantlarla zəngin meyvə şirəsinin xeyirli olduğunu inkar etmir. Problem ondadır ki, təbii şirələrin tərkibində həmçinin şəkər və kalorinin miqdarı çoxdur. 1 stəkan təbii alma şirəsində, yarım baton şokoladda olduğu qədər kaloriy vardır. Məhz bu səbəbdən mütəxəssislər gün ərzində belə içkini 1 dəfədən çox içməyi məsləhət görmürlər.
Davamı →

Şəhər və kənd həyat tərzinin müqayisəli üstünlüyü

Müasir insanlar iki cür həyat keçirirlər — bir-birindən çox fərqli iki həyat tərzi.

Birincisi — ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri — inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir. Niyə?

Kənd həyatı insanları niyə cəlb etmir?

Kəndlər, adətən, gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə, yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var.

Kəndlərdə insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli ət, süd məhsulları, yumurta, bal və sair əldə edirlər. Bəzi kəndlərdə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-birilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar.
Davamı →

Gözlərimiz üçün xeyirli olan qidalar

Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır.

Gözlər üçün xeyirli olan daha hansı məhsullar var və onların xeyiri nəyə əsaslanır? Qida ilə əlaqədar olan xeyir prinsipi çox sadədir: tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.

Vitamin A.

Vitamin A,  tor qişa piqmentinin tərkib hissəsi olduğundan, göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı «gecə korluğu»kimi xəstəliyə  səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində  bu vitaminin orqanizmə qəbulu mütləqdir. Kökdə olan məhz bu vitaminin çoxluğu onu bu qədər lazımlı edir. Bu tərəvəz beta-karotinin mənbəyidir, o isə orqanizmdə bu vitaminə çevrilir. Həmçinin sarı bibər və avakadoda da  bu göstərici heç də az deyil. Bu göstəriciyə görə ərik lider sayılır. O, həm təzə halda, həm də  qurudulmuş halda çox zəngin sayılır. 2 yumurta sarısı gündəlik vitamin A dozasını təmin edir.

Davamı →

Tozun orqanizmə təsiri

Toz — məişət həyatının ayrılmaz hissəsidir.
Ev, ofis və ümumilikdə bizi əhatə edən hər bir əşyanın üzərinə yəğılan toz, insan orqanizmini sağlamlığa bir başa təsir edir. Məhz bu səbəbdən tozla mübarizə aparmaq istəyirsinizsə, həftədə 1 dəfə əsaslı ev yğığışdırılmasında deyil, gündəlik olaraq mübarizə aparmaq lazımdır.

Toz nədir?
Qum,müxtəlif daş növləri, parçalar, insanın, müxtəlif canlı orqanizmlərin epidermisi və əşyalar kimi müxtəlif mikrozərrəciklərin cəmidir. Tozun mənbəyi olan bir çox əşyalar var, lakin onların hamısı çox təhlükəli sayılmır. Ən təhlükəli toz — kitab tozu və potagen göbələklərdən, plastik, rezin, yuyucu vasitələrdən yaranan toz sayılır. Adətən məhz bu bir çox xroniki xəstəliklərə səbəb olur(bronxial astma və allergiya).

Gündəlik olaraq tozlu hava ilə nəfəsalma insan orqanizmi üçün böyük təhlükə yaradır. Hər bir insanda toz, özünü müxtəlif xəstəliklərələ göstərə bilər. Təbii ki, bu və ya digət patologiyaya irsi meyillilyi olanlar üçün toz onun üzə çıxmasında heç də son rol oynamır.
Davamı →
Top