sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

Sağlam ürəyin sirrləri

Bildiyimiz kimi, ürək orqanizmdə motor funksiyasını yerinə yetirir.

Ürək orqanizmin əsas «yanacağı» olan qanın dövr etməsini təmin edir. Qan orqanizmin yaşaması və normal fəaliyyəti üçün lazım olan bütün maddələri orqan və toxumalara çatdırır. Ürəyin fəaliyyətində pozulmalar inkişaf etdikdə, qanın normal dövr etmə prosesi pozulur. Bunun nəticəsində isə orqanizmin normal fəaliyyəti və bəzən hətta yaşaması mümkünsüz olur...

Bütün dünyada ürək xəstəlikləri əliliyin və ölümün əsas səbəbi sayılır. Məhz bu səbəbdən insan ürək xəstəliklərin profilaktikası haqqında bilməli və bu bilikləri istifadə etməlidir.

Beləliklə, sağlam ürəyin sirrləri hansılardır?

1. İnsanların əksəriyyəti bilir ki, düzgün qidalanma insanın sağlamlığının təməlidir. Lakin buna baxmayaraq insanların əksəriyyəti düzgün qidalanmır. Təzə meyvə-tərəvəz, təzə ət, toyuq (broyler yox!), balıq, süd məhsulları, yumurta, müxtəlif yarmalar, bitki yağları, buğdanın bərk növlərindən olan çörək — bu məhsullar qidalanmanın əsas hissəsini təşkil etməlidir. Duzlu, yağlı, qızardılmış, konservləşdirilmiş, hisə verilmiş, şirin qidalardan, yarımfabrikat və fast-fud qidalarından uzaq olmaq lazımdır.
Davamı →

Xolesterolu aşağı salan qidalar

Xolesterolu aşağı salan qidalar haqqında nə bilirsiniz? Daha sağlam yaşamaq üçün və ürəyin düzgün fəaliyyəti üçün xolesterolun səviyyəsini azaldan qidalardan mütləq istifadə edilməlidir. Bu tip qidaların qəbul edilmə miqdarı haqqında daha ətraflı məlumat alaq.
Xolesterolu aşağı salan qidalardan nə qədər yemək lazımdır?

Paxlalı bitkilər: quru paxla, noxud, yaşıl mərci kimi qidaların tərkibi vitaminlərlə zəngin olduğu üçün xolesterolun miqdarının aşağı salınmasına yardım edir. Bir təcrübə keçirilməsi  nəticəsində məlum olmuşdur ki, hər gün bir dəfə paxlalı bitki yeyən insanların xolestrolunun səviyyəsi aşağı düşür. Paxlalı bitkilər 6 həftədə xolesterolun səviyyəsini 10% azaldır.

Quru çərəzlər: findıq, badam və qoz nizamlı qəbul edildikdə xolesterolun səviyyəsinin aşağı salınmasına yardım edir. Təkibindəki xeyli miqdarda doymamış yağ turşuları da damarların sağlam qalması üçün yararlıdır. Orta hesabla gündə 40 qr quru çərəz yeməklə, xolestrolununzun səviyyəsini nizamlamaq mümkündür.

Avokado : xolesterolun səviyyəsinin aşağı düşməsində faydalı qidalardan bir də avokadodur. Gündə  ¼ və ya ½ avokado yeməklə qandakı xolesterolun səviyyəsini azaltmaq mümkündür.

Şokolad : südsüz, yəni acı şokolad tərkibindəki antioksidantlar sayəsində ürəyin sağlam fəraliyyətinə yardım edir. Kakaonun tərkibindəki antioksidantlar faydalı xolesterolun səviyyəsinin qalxmasını təmin edir. Gün ərzində 30 qr acı şokolad yeməklə ziyanlı xolesterolun artmasının qarşısını almaq mümkündür.

Soya məhsulları : soya məhsulları tərkibindəki proteinləri  sayəsində xolesterolun miqdarını aşağı salır. Bu tip məhsullardan gündəlik istifadə etməyiniz məsləhətdir. Gündə 25 qr soya zülalının qəbul edilməsi, ziyanlı xolesterolun səviyyəsinin azalmasına gətirib çıxarır.
Davamı →

Gənc və sağlam qalmanın sirləri

Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Ömrü uzatmaq, daim sağlam və gümrah olmaq üçün qidalanmadan tutmuş gənc və gözəl görünməyə  kimi hər şeyə xüsusi diqqət ayrılmalı, lazımi prosedurlar öyrənilməli və ona riayət edilməlidir.

Gənc və gözəl görünməkdə dəriyə qulluq  vacib amillərdən hesab olunur.

Bilidiymiz kimi dərimizin günəşin təmin etdiyi D vitamininə ehtiyacı vardır. Lakin buna baxmayaraq günəş şüalarına çox nisbətdə məruz qalmağın yaşlanma müddətini sürətləndirdiyi bildirilir. Bu səbəbdən də günəş kremi istifadə etmək lazımdır.

Həmçinin bütün göz ətrafını örtən və ultrabənövşəyi şüaların qarşısını alan qorumalı eynəklərdən  istifadə də məsləhətdir. Bu eynəklərin göz kənarlarında bəzi qırışlara qarşı qoruma təmin etdiyi bildirilir.

Dərinizdə kollagenin meydana gəlməsinə köməkçi olan alfa hidroksil tərkibli üz temizləyiciləri ilə üzünüzü təmizləyin. Beləcə yeni dəri hüceyrələrinin daha tez meydana gəlməsinə köməkçi olarsınız.

Davamı →

Günvurma nədir?

Günvurma nədir? 

Günəş şüaları altında uzun müddət dayanma nəticəsində bədəndə temperaturun kəskin artmasına günvurma deyilir. Günvurmanın əsas əlamətləri tərləmə, ürək döyüntülərinin artması, bədən temperaturunun bəzən 40 dərəcədən də çox olması, halsızlıq, kəskin susuzluq hissi, başağrısı, ürəkbulanma və s.-dir.


Davamı →

Mantu sınağı

Bir çox insanlar bu sınağı peyvənd kimi dərk edirlər. Lakin bu peyvənd deyil.

Bu sınağın əsas vəzifəsi insan orqanizmində vərəm infeksiyasının erkən aşkar edilməsidir.

Mantu sınağı bir çox hallarda 1 yaşından 18 yaşına kimi olan yaş qrupu arasında keçirilir. Məsələ burasındadır ki, bu qrup insanlar bu infeksiyanın yoluxmasına xüsusilə həssasdırlar.

Mantu sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır (dağıdılmış vərəm çöplərindən hazırlanır). Lakin bu sınaq allergik reaksiya verə bilər.

Mantu sınağı dəri daxili bazu önü nahiyəsinə yeridilir. Bu yeri qaşımaq, bura yod, «zelyonka» sürtmək, plastır yapışdırmaq olmaz ki, bunun nəticəsində sınaq düzgün qiymətləndirməyə bilər.

Mantu sınağının nəticəsi 72 saatdan sonra həkim tərəfindən qiymətləndirilir. Bunun üçün xətkeşin köməyilə sınaqdan sonra inyeksiyanın yerində əmələ gəlmiş infiltratın (qabarıq yer, kiçik şiş) diametri ölçülür.

Davamı →

Gəzinti arıqladır

Ona çox enerji sərf etmədən nəticəsinin hiss etmək mümkündür.

Yeriş orqanizmə müsbət təsir göstərib, əzələ tonusunu qaldırıb, sümük toxumasını gücləndirib, hərəkətin koordinasiyasını inkişf elətdirib, maddələr mübadiləsini stimullaşdırır. İlk növbədə yeriş ürək damarının(miokard) işini stimullaşdırır. Tibbi olaraq sübut edilmişdir ki, insan gün ərzində 1 saat yeridikdə ürək damar sistemi xəstəliklərinə tutulma ehtimalı 78 % aşağı düşür. O, həmçinin öz növbəsində çəkini azaldaraq, sinir sisteminə yaxşı təsir edir.

Yaxşı formada olmaq üçün insan gün ərzində minimal olaraq 3 km gəzməlidir. Bu isə sağlamlığınıza vaxt ayırmaq gərək olduğuna gətirir. Bunu etmək üçün səhər saatlarında 7 -8, axşsam saatlarında isə 16-18 ən yaxşı vaxt sayılır. Məhz bu axşam saatlarında orqanizm yenidən aktiv fazada olaraq, fiziki gücü daha yaxşı qəbul edir. Əgər belə fitnessdən effekt görmək istəyirsinizsə o zaman həftədə 3 gün buna sərf edin. Əgər daha yaxşı nəticə istəyirsinizsə o zaman gündəlik olaraq yerişə vaxt ayırın.

Yerişi 2 növə bölmək olar: tez və sakit yeriş. Sakit yeriş daha çox yaşlı insanlara xas olaraq, orqanizmi sadəcə olaraq yaxşı formada saxlamağa köməkçi olur. Həmçinin bu halda məşqin vaxtını 90 dəqiqəyədək uzatmaq mümkündür. Tez yürüşdə isə əzələlər yüklənərək, sümük toxumasını gücləndirir. Bu iki növü istək və əhvalınızdan asılı olaraq dəyişə bilərsiniz. İstəyiniz olarsa vaxt aşırı qaçışa da keçid edə bilərsiniz.
Davamı →

Bakteriyalar

Bakteriyalar 

Yunanca «kiçik çubuq» mənasını verən bakteriya (bacterium) sözü 19-cu əsrdə elm lüğətinə girdi. Bakteriyaların uzunu 2-10, eni isə 1-2 mikron olur. Yəni 10 min bakteriyanı yan-yana düzə bilsəniz, təxminən 2,5 santimetr olar. Rəngsiz olduqlarından

mikroskopla görmək asan deyil. Xüsusi boyalar qatılaraq rəngləndirildikdən sonra bakteriyaları izləmək mümkün ola bilər.

Bakteriyalar yayılmaq üçün kifayət qədər qida və mühit tapa bilirlər. Hava ilə ətrafa yayılan bakteriyalar əlverişli mühit tapdıqları zaman təkrar çoxalmağa başlayırlar.

 

Davamı →

Babet ayaqqabıların zərərləri

Ayaqlar 26 sümük, 33 oynaq, 107 bağ və 19 əzələdən ibarət olan ən mürəkkəb üzvlərindən biridir. Ayaqlar bədənin bütün ağırlığını daşıyır. Səhv seçilən ayaqqabılar kürək və omba ağrılarından duzlaşmaya qədər bir çox sağlamlıq probleminə yol açır.

Hündürdaban ayaqqabıların bədənin ağırlıq mərkəzini önə doğru itələyərək bel və ombanın normal duruşuna mənfi təsir edir. Bu vəziyyətdə bel əyriliyi artır, bunun nəticəsində isə bel və omba əzələlərində həddindən artıq gərginlik və ağrı meydana gəlir.  

Bir çox qadının istifadə etdiyi babeti uzun müddət geyindikdə ayaqlarda deformasiyalara səbəb olur. Babet ayaqqabılar hündürdaban ayaqqabıların əksinə, ayağa düşən yükü önə deyil, topuğa sürüşdürərək yüklənməyə səbəb olur. Bu da topuq, bilək və omba ağrılarına yol açır. Xarici döşəmə qismi çox incə olduğu üçün babet yerdən gələn zərbələrin qarşısını ala bilmir.

Yer ilə ayaq arasında qalın bir təbəqənin olmaması ayaq zədələrinə səbəb olur. Normalda ayaqqabıların döşəmə hissələri ayaqların yayılmasının qarşısını almaq və ağırlığın tarazlanması üçün daha sərt materialdan hazırlanır. Ancaq babetlərdə belə bir dəstəkləyici hissə yoxdur. Buna görə də babeti uzun müddət geyindikdə ayaq deformasiyalarına səbəb olur.  

İdeal daban yüksəkliyi 2-5 sm arasında olmalı, ayaqqabıların burun qismi yumru və geniş olmalı, barmaqlar kifayət qədər rahat hərəkət etməlidir. Sintetik materialların yerinə təbii dəridən hazırlanmış, hava dövranı olan ayaqqabılar seçilməlidir. Ayaqqabının böyüklüyü ən uzun barmağa görə seçilməlidir. Əgər babetdən əl çəkmirsinizsə, içinə yumşaq bir dəstək verilməlidir.
Davamı →

Qocalıq əlehinə 5 qida

Xəstəliklər bədənin qüvvəsini alır və yaşlanmağa səbəb olur. Buna görə hər şeydən əvvəl düzgün və balanslı qidalanma rejiminə əməl etmək lazımdır. Məsələn, bu qidalar vaxtından əvvəl qocalmağa qoymur, həm də gəncliyin ömrünü uzadır.

Meşə giləmeyvələri — Meşə giləmeyvələri qocalmağa qoymur. Buraya: böyürtkən, moruq, qara üzüm, qaragilə kimi antioksidant tərkibli meyvələr daxildir. Bu meyvələr dərininin təravətini itirməyə qoymur.

Nar — Qırışların meydana gəlməsinə mane olur. Tərkibindəki C vitamini dərini daha sağlam edir.

Sarımsaq — Sarımsaq bir çox xəstəliklərdən qoruyan güclü antioksidantdır. Həmçinin bəzi dərmanlardan daha təsirlidir, xolesterolu aşağı salır.

Şokolad – Kakaonun tərkibindəki flavonoilər dərini günəşin zərərli təsirlərindən qoruyub qan dövranını sürətləndirir.

Avokado — Avokada meyvəsi E vitamini ilə zəngindir. Bu meyvə şişləri önləyir, dəri üçün sağlam komponentlər saxlayır. Başqa sözlə, dəri gözəlliyinin qeydinə qalır.
Davamı →

Mixək - təbii sakitləşdirici vasitə

Mixək tək ədviyyat deyil. Mixək tibbdə müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı çox geniş istifadə olunur.
Mixek çox zəngin kimyəvi tərkibinə malikdir. Onun tərkibində B qrupu vitaminləri (В1, В2, В3 или РР, В4, В6, В9), A, C, E, K vitaminləri, qiymətli efir yağları var.

Bundan əlavə mixək bu kimi mikro- və makroelementlərlə də zəngindir: kalium, kalsium, mis, fosfor, dəmir, selen, sink, maqnezium və s.

Bu zəngin tərkibinə görə mixek bütün insan orqanizminə çox müsbət təsir edir. Mixək antiseptik və bakteriyalar əleyhinə, ağrısızlaşdıran, yarasağaldan təsirinə malikdir.

Mixək qadınların cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual funksiyasını tənzimləyir.

Mixək bütün mədə-bağırsaq sisteminə də çox yaxşı təsir edir. Belə ki, mixək həzm şirələrinin ifrazını artırır, iştahanı artırır, həzm prosesləri tənzimləyir. Bu ədviyyat kolit, bağırsaq köpü, diareya (ishal) müalicəsi zamanı geniş istifadə olunur.
Davamı →
Top