sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

Ebola virusu nədir və insanlar bu virusa necə yoluxur?

EbolaSon zamanlar adı tez-tez duyulan Ebola xəstəliyi və qısa müddət ərzində bir çox ölkəni təsiri altına alaraq ölümcül nəticələrə səbəb olur. Qan və ifrazat yolu ilə insandan insana asanlıqla keçən Ebola virusu ilk olaraq Sudan və Konqo Demokratik Respublikasında aşkarlanmışdır. Dünya Sağlıq Qurumu tərəfindən 4-cü Risk Qrupu Patojen olaraq qəbul edilən virusun indiyənə kimi aşkarlanan 3 əsas növü vardır.

  1.  Ebola Sudan
  2.  Ebola Reston
  3.  Ebola Fildişi Sahili

İp formasında olan virus 80 nm boyundadır və əsasən RNA'dan ibarətdir. İlk öncə insanlarda qanamalı qızdırmaya səbəb olur. Sonrakı mərhələlərdə orqan çatışmamazlığına səbəb olan Ebola virusu ölümə səbəb olan ciddi sağlıq problemidir. Xəstəlik insanlara əsasən meymunlar və meyvə yarasalarıdan keçir, qan və maye ilə yayılır. Hava ilə yayılma halına rast gəlinməmişdir.

Davamı →

Yapon uzun ömürlülüyünün sirri | Getto möcüzəsi

yapon uzun ömürlülüyünün sirriDünyada orta yaş həddinin ən yüksək olduğu Yaponiyanın Okinava adasında uzun ömürlüyün sirri tapıldı. Okinavada yerləşən Ryuku universitetindən Şinkiçi Tavada və komandası 20 il davam edən axtarışı sonunda bəhrəsini verdi. Adadakı uzun ömrün sirrinin zəncəfil ailəsindən olan yerli Getto bitkisinin olduğu aşkarlandı. Tavada laboratoriyada bitkidən əldə etdiyi iksiri ömrü 1 ay olan soxulcanda təcrübədən keçirdi. Soxulcanları iki qrupa ayıran alimlər getto maddəsi alan heyvanların yaşama müddətinin 22,6 faiz artdığını sübut etdilər. Bu bitkinin üzümdə də tapılan antioksidan resveratrol maddəsinə sahib olduğunu təsdiqləyən Tavada yerli Okinavaların qış aylarında getto yarpaqları ilə düyü yediklərini, bu yolla qripə daha az yoluxduqlarını, xəstəliklərə qarşı daha dayanıqlı və güclü olduqlarını bildirdi. 1,2 milyon əhalisi olan adada orta insan ömrü 81,2 ildir. Dünya miqyasında bu rəqəm 70 ildir. Tayvana doğru uzanan Yapon adalarından ən böyüyü olan Okinavada orta insan ömrü Yaponiyaya görə daha çox uzundur, həm də ölkədəki 100 yaşını aşan insanların əksəri bu adada yaşayır. Adada yaşayan 427 adamın yaşının 100-ü keçdiyi aşkarlanıb.


Davamı →

Düyü qadın sağlamlığı üçün çox faydalıdır

Son dövrlərdə aparılan yeni araşdırmalar qadınlar arasında müxtəlif pəhrizlərin saxlanmasının dəbdə olmasının ürək xəstəlikləri və xərçəngin bəzi növlərinə səbəb olan xroniki xəstəliklərə gətirib çıxardığını göstərir.

Tədqiqatçılar karbohidratların azlıq təşkil etdiyi pəhrizlərin qadınların orqanizmində fol turşusunun azalmasının başlıca səbəbi olduğunu müəyyən ediblər. Belə qadınlar oqranizmdəki dəmir qıtlığı nəticəsində yaranan anemiyaya da meyilli olurlar. Bədəndə kifayət qədər dəmir olmadığından orqanizm qırmızı qan hüceyrələri üçün lazımi qədər hemoqlabin hazırlaya bilmir.

Anemiyanın ən geniş yayılmış bu növü ABŞ-dakı qadınların beşdə birini, hamilə qadınların isə yarısını əhatə edir, yorğunluq, gücsüzlük, tənəffüsdə çətinlik, baş ağrıları və diqqəti cəmləməkdə yaranan çətinlik kimi müxtəlif simptomların ortaya çıxmasına səbəb olur.

ABŞ-dakı «Rice Federation» adlanan qurumun apardığı araşdırma nəticəsində düyünün hər bir yaşda olan qadının sağlamlığında böyük önəm daşıyan fol turşusu və dəmir kimi qida maddələri ilə zəngin olduğu məlum olub.
Davamı →

İtburnu çayının faydaları

İtburnu meyvəsində olan vitamin və minerallar infeksiyalara qarşı daha yaxşı təsir göstərir. Bu meyvənin bioloji aktivliyi əsasən onun tərkibində olan C vitamini ilə əlaqədardır.

C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Xroniki yorğunluğa, soyuqdəyməyə, təzyiq problemlərinə, böyrək problemlərinə faydası olan itburnu həm də qanı təmizləyir.

Qanda olan xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır və qan dövranını sürətləndirir. Müalicə və profilaktika məqsədilə sidik yolları xəstəliklərində, nefritlərdə istifadə olunur. Mübadiləni yaxşılaşdırdığına görə yara və xoraların sağalmasına da təsir göstərir. Bədəni yaşlanma, siqaret və spirtin təsirlərindən qoruyur.
Davamı →

Dərmanlardan ehtiyatlı olun!

Bir çox ailələrdə gizli bir küçədə, uşaqların gözünə dəyməyən yerdə ehtiyat üçün içində yod tinkturu olan flakon (birdən kimsə barmağını kəsər), içində gənəgərçək yağı olan şüşə (birdən qarnı ağrıyan olar), başağrısı dərmanı, bint saxlamaq bir adət halını almışdır. Bir hadisə baş verdikdə ehtiyat görülmüş vasitədən istifadə edilirdi. İndi isə elə deyildir. Ailələrin çoxunda, xüsusən şəhər sakinləri arasında evdə nəinki dərman qutusu, hətta tam bir aptek, öskürəyə, başağrısına, revmatizmə, böyrək ağrısına, ürək fəaliyyətinin pozulmasına, təngnəfəsliyə, bir sözlə, nəyə qarşı istəsəniz, az qala bir yeşik dərman tapmaq olar.
Bütün bunlar yalnız həkimin göstərişi ilə qəbul edilsəydi, bəlkə, o qədər də təşviş doğurmazdı. Amma çox vaxt həmin dərmanlar Hafizə xalanın və ya İsmayıl dayının məsləhəti ilə qəbul edilir ki, bunların da bütün tibbi bilikləri yalnız özlərindəki xəstəlikləri müalicə etmək təcrübəsindən, həm də həmişə uğurlu olmayan təcrübədən ibarətdir.

Davamı →

Məktəbdən gələn infeksiyalar

Yeni tədris ili başlandı. Uşaqlar yeni bilikləri əldə edir və yeni… infeksiyalarla qarşılaşır.

Sirr deyil ki, məktəbə getməyə başlayan uşaq daha tez-tez xəstələnməyə başlayır, məktəbdən evə müxtəlif infeksiyalar «gətirir». Bu təbii bir prosesdir. Kiçik yaşlı uşaqların immun sistemi hələ ki tam formalaşmayıb və bu səbəbdən uşağın orqanizminə düşən istənilən infeksiya xəstəliyin inkişafına gətirib çıxarır.

Məktəbdə uşaq tam fərqli mühitə düşür, onun orqanizmi yeni mikrob və infeksiyalara rast gəlir. Uşaq baxçasına getməyən uşaqlar xüsusilə tez-tez xəstələnir. Buna səbəb onların müxtəlif infeksiyalarla kontaktların az olmasıdır.

Stress də xəstəliklərin artmasına səbəb olur. İlk dəfə məktəbə gedən uşaqların əksəriyyəti müəyyən stress keçirdir. Bu isə onların immun sisteminin zəiflənməsinə səbəb olur.

Davamı →

Vitamin qrupları və faydaları

Vitamin qrupları və faydaları

 

 

 

 

A Vitamininin Faydaları:

— Gözləri qoruyur.
— Infeksiyalara qarşı bədəni qoruyar.
— Diş və diş ətlərini tamamilə qoruyar.
— Qırışların aradan qaldırılmasını təmin edər.
— Sızanaqların yaranmasının qarşısını alır.
— Dırnaqlar üçün lazımlıdır.

A Vitamini hansı qidalarda tapılır?

Kök, ərik, nektar, şirin kartof, yumurta sarısı, ispanaq və brokoli kimi yaşıl tərəvəzlərdə olur.

Davamı →

Ən faydalı payız tərəvəzləri

İsti yay günlərini geridə qoyduq. Qarşıdan gələn payız fəslinin özünə xas meyvə və tərəvəzləri var. Aiem.az bu tərəvəzlər arasında ən faydalı olanları təqdim edir.

Kərəvəz özünə xas ətri və dadı ilə az kalorili qidalar arasında birincidir. K vitamini ilə zəngindir. Pəhriz saxlayanların sevimlisi olan kərəvəzin 100 qramı sadəcə 16 kaloridir.


Kələm 
yaşlanmanı əngəlləyəcək mineral olaraq qəbul edilən seleniumla zəngindir. Dəriyə gözəllik verir. Mədə və qida borusu xərçəngi riskini azaldır. Kələmdə olan U vitamini mədə və bağırsaqların iç toxumasını qoruyur və oralardakı yaraların sağalmasına kömək edir.

Davamı →

Uşaqların məktəb çantasına hansı qidaları qoyaq?

Məktəblərin açıldığı sentyabr ayı uşaqların nizamlı və yetərli qidalanmaları üçün əsas aylardan biridir. 

Yüksək lifli çörəklə hazırlanmış pendirli, ton balıqlı və yaşıl tərəvəzlərdən ibarət faydalı sendviçlər daha çox məsləhət görülür.

Lif səviyyəsi yüksək olan çörəklə yanaşı qəlyanaltı olaraq süd məhsulları və meyvələr də əhəmiyyətlidr.

Məktəb dövründə olan uşaqların yetərli və sağlam qidalanmasının vacibliyinə diqqət çəkən mütəxəssislər, valideynləri qida çantasını hazırlayarkən sağlamlıqla yanaşı ləzzəti də unutmamağa çağırır. Bu cür hazırlanan çantalar uşaqların ziyanlı çips və digər şəkər məhsullarına olan meylini azaldacaq.

Evdə hazırlanmış tort, kökə, smit, çörəkdən hazırlanmış pendirli və yaşıl tərəvəzli sendviçlər, meyvə və tərəvəz, meyvə suyu, ayran, süd, qatıq məktəb dövründə olan bir uşağın qida çantasında olması gərəkən əsas yeməklərdir.

Davamı →

Payız fəslinin ən faydalı məhsulları

Yaxın zamanlarda qışın yaxınlaşmasına görə, payız aylarında orqanizmi lazımi vitamin və mikroelementlərlə təmin etmək gərəkdir.

Payız fəslinin, bütün qış ərzində sizi enerji ilə təmin edə biləcəyi bir çox energetik meyvə və tərəvəzləri vardır. Onlardan ən faydalı olanlarını sizə təqdim edirik:

1. Balqabaq - tərkibində dəmirin çoxluğuna əsasən tərəvəzlər arasında lider  olan bu məhsul, B, C, E, D, PP vitaminləri və həmçinin orqanizmdə mübadilə prosesslərinə təsir edən çox nadir  T vitamini ilə zəngindir. Balqabaq, pektin telləri sayəsində orqanizmdən artıq xolesterini, toksin və şlakları çıxarma gücünə malikdir.

2. Alma  — payız aylarında tez tez rast gəlinən, halsızlıq, anemiya və ürək damar xəstəliklərizamanı köməyimizə çatır. Alma dərini sağlamlaşdırır, həzmə kömək edir və görmə qabiliyyətini yaxşılaşdırır.

Davamı →
Top