sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

İsti havalarda rahat yatmaq üçün nə etmək lazımdır?

İsti havalarda yuxu problemləri artır. Xüsusi ilə havasız gecələrdə yatmaq demək olar ki, imkansızdır.
Rahat yatmaq üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. İstiyə qarşı çox həssas olanlar yataq otağında kondisionerdən istifadə edə bilər. Ancaq bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki nəzarətsiz kondisionerdən istifadə sizi rahatlatmaq əvəzinə daha çox problem yarada bilər. Kondisionerlərin filtrləri daha tez-tez təmizlənməli, temperatur 24-25 dərəcədən aşağı salınmamalıdır.

İnsanlar ən azı aldıqları paltar qədər yataq və örtüklərinə də diqqət etməlidirlər. Nəinki yayda, ilin bütün fəsillərində yataq dəstinin pambıqdan olması şərtdir.
Keyfiyyətli yay yuxusu üçün daha bir diqqət yetirilməli məsələ yeməkdir. Son yeməklə yuxu arasında ən azı 3 saat fərq olmalıdır. Yağlı, qızartma, acı, turş qidalardan qaçmaq lazımdır.
Davamı →

Gəncliyi qorumaq üçün unikal məsləhətlər

Etiraf edin sizin həqiqətən necə yaşınız var? Siz fikirə gedirsiniz, cavab verməkdə cətinlik cəkirsiniz. Dəfələrlə müşahidə etmisiniz ki, sizin məktəb və ya institut həmyaşıdlarınız yaşlarının eyni olmasına baxmayaraq xarici görkəmləri cox fərqlənir.

Beləliklə biz “bioloji və ya həqiqi yaş” anlayışına – yəni orqanizmin obyektiv vəziyyətinin necə olmasına yaxınlaşdıq, hər insanda bu pasportda və ya yaş kağızında kı (yəni xronoloji)kimi yox, müxtəlif olur. 

 Professor Maykl Royzenə görə keçirtdiyimiz həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır. Sizin dostunuz əgər 40 yaşında 20 yaşlı insan kimi görsənirsə, deməli o son dərəcə saglam həyat tərzi keçirir. Lakin prinsipcə mümkün olmayan hec bir şey yoxdur, əgər siz təcrübəli mütəxəssisin məsləhətlərinə qulaq assanız, elə bu gündən qocalıqla öz mübarizənizi başlaya bilərsininiz. Bu məsləhətlər aşağıdakilardır.

— Müntəzzəm olaraq qidalanmada tomatlardan(pomidor) istifadə etmək (souslar, qızardılmış şəkildə )kişilərə imkan verir ki, öz yaşından 1,9 il, qadınlar isə 0,8 il cavanlaşsınlar;
Davamı →

Vitaminlər və minerallar

Vitamin və minerallar insan bədəninin düzgün bir şəkildə işləməsini təmin edir. Hər gün yediyimiz qidaların tərkibində vitamin və mineralların olmasına baxmayaraq, bəzi qidaların tərkibində digərlərinə görə daha çox vitamin və mineral var.

Vitaminlər iki kateqoriyaya ayrılır:
1) Yağda əriyən vitaminlər
2) Suda əriyən vitaminlər

-         Yağda əriyən vitaminlərə A, D, E və K vitaminləri daxildir. Yağda əriyir və bədəninizdə qala bilər.
-         Suda əriyən vitaminlərə isə C və B kompleks vitaminlərini nümunə göstərmək olar (vitamin B6, B12, niasin, riboflavin, vefolat kimi). Bədənin bu vitaminləri sorması üçün əvvəlcə suda əritməsinə ehtiyac var. Bu səbəbdən, bədən bu vitaminləri saxlamır, onları xaricə çıxarır. Yəni hər gün bu vitaminlərdən davamlı şəkildə istifadə etmək sağlamlığınız üçün çox vacibdir.

Davamı →

Möcüzəvi meyvə | Gilənar

İstilərlə birlikdə bədəndə olan tərləmə ilə yüksək nisbətdə maye və mineral itkisi meydana gəldiyini ifadə edən mütəxəssislər, bu itkini balanslaşdırmaq üçün bol miqdarda maye istehlak edilməsini təklif edir. Tərkibində olan A, E və C vitaminləri ilə yanaşı bol miqdarda antioksidan maddə olan gilənar suyunun xüsusilə yaz dövründə 7dən 70ə hər kəs tərəfindən istehlak edilməsi lazım olduğu ifadə edilir.

Gilənar suyu bədənin müqavimətini artırdığını yazan ekspertlər, kalium, kalsium və fosfor səbəbiylə də xüsusilə qızdırma kimi xəstəliklərə qarşı bir qalxan meydana gətirdiyinə diqqət çəkir.

Gilənar suyunun antioksidan xüsusiyyətləriylə diqqət çəkən üzüm suyu məhsulları və tünd şokolad kimi bilinən məhsulları geridə buraxdğını söylənildi. Təyin olunan ən yüksək antioksidan xüsusiyyətə sahib 50 qida arasında 14 cü sırada iştirak edən gilənar suyunun istehlakının, yaz aylarında düşən müqaviməti artırmaq üçün də əhəmiyyətli olduğunu vurğuladı.

Gilənar suyunun ayrıca, müxtəlif mikrob və toksinlərə qarşı bədəni qoruyucu təsirə sahibdir.  Gilənar meyvəsi, şiş atılmasının, mədə və qaraciyərin nizamlı işini də təmin edir.

Davamı →

Gün eynəyini düzgün seçmək üçün 5 məsləhət

Alimlər parlaq günəşin gözlər üçün ziyanlı olduğunu isbat ediblər. Yay aylarında günəş şüalarının təsiri daha intensiv olduğundan bu müddət daha da ziyanlı sayılır.

Məhz bu səbəbdən bir çoxlarımız yay aylarında günəş eynəklərindən intensiv istifadə edirik. Bu həkimlərin fikrinə görə mütləq sayılır. Bu məqalədə sizə, günəş eynəyini düzgün seçmək üçün bir neçə məsləhət verəcəyik:

1. Plastik yoxsa şüşə?
Yadda saxlayın ki, yüksək dərəcədə tündləşdirilmiş linzalar, heç də keyfiyyətli və qoruyucu demək deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz eynəklər, nəinki xeyirsiz sayılır,onlar hətta gözlərə travma vura bilirlər. Səbəb odur ki, tünd şüşə arxasında göz bəbəyi genişlənir, nəticədə arasından daha çox işıq keçmiş olur.

Şüşə eynəklər, tam olmasa da ultraviolet şüaların qarşısını alır.

Polikarbonatdan hazırlanan plastik linzalar, yalnız A və B tipli ultrabənövşəyi şüaların qarşısını ala bilir… Orqanik linzalar sınmırlar, lakin onların səthində cızıqların daha tez yaranması səbəbindən bu tip linzalarla daha ehtiyyatlı olmanız məsləhət görülür.

2. Əlavə vərəq tələb edin.(qoşma)
Keyfiyyətli gün eynəklərini optikalarda və yaxşı eynək mağazalarından almaq olar. Bu eynəklər əsasən markalanmış (nişanlanmış) olurlar və onların hər birinə əlavə kağız aid edilir. O kağızda eynəyin günəşdən qorunma səviyyəsi və onu hansı hallarad taxmanız göstərilir. Ümumilikdə 0-4 qədər müxtəlif qoruma dərəcəli 5 filter kateqoriyası vardır.
Davamı →

Tərləmənin insan sağlamlığına faydaları

İsti havalarda ən çox narahatlıq yaradan problemlərdən biri olan tərləmənin əslində insan sağlamlığı üçün faydalı olduğu müəyyən olunmuşdur. Tər vəziləri qanı təmizləyir və bədənin hərarətini normal saxlayır.

Tər vəzilərinin işləmə funksiyasının böyrəyin işləmə funksiyası ilə oxşar olduğu və orqanizmdəki bəzi ziyanlı maddələrin tər vəziləri vasitəsi ilə xaric olunduğu bildirilir.

Normal bir insanın orqanizmində bir milyona yaxın tər vəzisi vardır ki, bəzən bu vəzilərin hamısı orqanizmdəki ziyanlı maddələrin xaric olunmasında aktiv olurlar.

Həkimlər tərləmənin sağlamlıq üçün olduqca faydalı bir proses olduğunu və bunun qarşısının alınması yerinə tərləmə zamanı yaranan xoşagəlməz qoxunun qarşısının alınmasına üstünlük verməyin daha faydalı ola biləcəyini bildirirlər.

Tərlədikdən sonra tərin buxarlanması isə orqanizmdə hərarət balansını nizamlayır.

 

Davamı →

İtburunun çox saylı şəfası

Təbiətin insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkilərdən biridə itburnudur.

İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosfordan ibarətdir. İtburnunun dənəsinin tərkibində isə vanil var.

İtburnu yoluxucu xəstəliklər və soyuqdəyməyə qarşı orqanizmin immunitet sistemini gücləndirir. Bununla yanaşı həmçinin o qəbizlik, öd kisəsi və böyrək üstü vəzilərə də müsbət təsir edir. Həmçinin itburnu mükəmməl bir təzyiq tənzimləyicisidir.

Zəngin vitamin tərkibinə malik olan itburnu gözləri qidalandırır eyni zamanda gündə iki və ya üç stəkan itburnu çayı içən qadınlarda selülit problemi olmaz.

İtburnunun tərkibindəki A vitamini gecə korluğu adı verilən xəstəliyi aradan qaldırır və dərini sızanaqlardan təmizləyir.

Tərkibindəki B1 vitamini isə qavrama qabiliyyətini artırır və beyinin funksiyasını gücləndirir.

Davamı →

Giləmeyvə yemək üçün 5 səbəb

1. Xəstəliklə mübarizə
Giləmeyvələr ürək xəstəliyi, xərçəng və yaşla əlaqədar yaranan korluğa qarşı mübarizə aparan təbii antioksidant mənbəyidir. Giləmeyvələr içərisində qarağat daha çox üstünlük təşkil edir.

2. Vitaminləri artırır
Bir fincan çiyələk insanın ürəyinin sağlamlığı üçün lazım olan C vitaminini özündə saxlayır. Araşdırmalar sübut edib ki, gün ərzində çiyələk yeyen insan C vitamini ilə təmin olunur.

3. Xərçəng riskini azaldır
ABŞ-da aparılan tədqiqatlar göstərib ki, qarağatın tərkibində olan pterostilben qadınlarda tez-tez rast gəlinən kolon xəstəliyinə qarşı kömək edir.
Davamı →

Ət qidasından çox istifadə edələrə tövsiyyə

Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər. Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir.

Həzm problemi və ya xolesterolu olanlar, həmçinin ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər.

Heyvan mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.

Mərcimək, noxud, quru lobya kimi paxlalı bitkilər əslində həm orqanizmin protein ehtiyacını ödəyir, həm liflə zəngin olduğu üçün xolesterolu aşağı salır, həm də qəbizlik problemini aradan qaldırır. Buna görə də ətdən çox, belə məhsullardan istifadə etmək daha məqsədəuyğundur.

Davamı →

Faydalı meyvə şirələri

Meyvə şirələri orqanizm üçün meyvənin özündən daha faydalıdır. Belə ki, şirələr daha tez, bir neçə dəqiqəyə həzm olunur və həzmetmə sistemi yüklənmir. Qida maddələri ilə zəngin olan şirələrin faydası:
Davamı →
Top