Bu zərərli vərdişi tərgitmək istəyənlər, biz sizin üçün burda ən populyar üsulları diqqətinizə çatdırırıq. Bu üsulların effektliliyi insanların xarakterindən asılıdır. Yəni hər bir üsul bir qrup insanlara kömək edir, digərinə yox. Ona görə bütün üsulları diqqətlə oxuyun,sonra hansı üsul sizdə daha çox inam yaratdısa, demək o üsul sizə mütləq kömək etməlidir. Məhz həmin üsulu da seçin!
Siqareti tərgitmək qərarına gəlmək bu üsulların hamısının açarı hesab oluna bilər. Amma ürəkdən, ciddi siqaret çəkməməyi istəmək lazımdır. İlk növbədə insan öz nəhfsinin iradəsinə hakim olmağı bacarmalıdır. Hər gün siqaretin zərərləri haqqında yazılar oxumalı videolara, şəkillərə baxmalıdır.
Siqaretçəkmənin nəticəsində əmələ gələn, əzabverici, işgəncəli ölümə səbəb olan ağciyər, mədə, dil, dodaq, qırtlaq xərçəngi və s. xəstəliklər haqqında oxumalıdır. Siqareti hətta cibindəki siqaret qutusunu çixarıb ayaq altında əzib və bir daha əlinə siqaret almamaqla da atmaq olar.
Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, «nə bişirim» problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bunun üçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin.
Bəs gündəlik qidanın tərkibi necə olmalıdır? Unutmayın ki, düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir. Gündəlik rasionda zülallar, yağlar, karbohidratlar, mineral duzlar və təbii ki, vitaminlər olmalıdır. Bu üzvi maddələrin hər biri müəyyən miqdarda insan orqanizmi üçün çox vacib və faydalıdır.
Zülallar
Zülallar hər bir canlı hüceyrədə olur. Onlar yeni hüceyrələrin yaranması, bütün orqanizmin toxumalarının bərpası və inkişafı üçün lazımdır. Zülallar həm heyvan, həm də bitki mənşəli olurlar. Heyvan mənşəli zülallar ən çox süd, ət, balıq və yumurtanın tərkibində mövcuddur. Tərəvəzlər, yarmalar, çörək bitki mənşəli zülallarla zəngindir. Qidalanma üçün meyvələrin, kələmin və kartofun tərkibinə daxil olan zülallar xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan gündə 100-120 qram zülal qəbul etməlidir. Fiziki işlə məşğul olan insanla üçün gündəlik zülal həddi 150-160 qramdır. Bu miqdarın 60 faizini heyvan mənşəli zülallar təşkil etməlidir.
Yaşınızın neçə olmağından asılı olmayaraq bədəniniz sağlam və canlı olduğu müddətdə özünüzü həmişə gümrah, gənc hiss edəcəksiniz. Belə ki, kosmetika sektoru bu sahədə çox inkişaf etmiş olsa da, ən təsirli üsullara sağlam qidalanma və idmanla məşgul olmaq aiddir.
Amerika dieta saxlayanlar dərnəyi, bədəni gənc və təravətli saxlayacaq yeməkləri, qidaları açıqlayıb. Bunlara sırf buğdadan hazırlanan makaron, qovrulmuş qarığdalı, yumurta, paxla, qatıq, kanola yağı, təbii şirniyatlar və desertlər (bal, bəhməz və s.) aiddir.
Ensklopedik biliklərə əsaslanan və söykənən bu qidalar insanlarda vaxtından tez yaşlanmağın qarşısını almaqla bərabər onları xərçəngə və ürək xəstəliklərinə qarşı qoruyur.
Sırf buğdadan hazırlanan makaron adı verilən bu qidanın tərkibində adi, normal makarondan üç qat artıq antioksidant var. Tədqiqatçılar tədqiqatlar zamanı qidada olan liflərin xolestrolu azaldaraq, ürək tutması xəstəliyi olan kəslərin bu riskdən uzaq olduğunu göstərir.
Mütəxəssislər soyutma qidaları məsləhət görürlər.
Türkiyə və bir sıra xarici ölkə alimləri 120 dərəcə istilik altında bişirilən və qızardılan qidalarda xərçəng şişinə yol aça bilən akrilamid maddəsinin formalaşdığını müəyyənləşdiriblər. 120 dərəcədən az temperaturda bişirilən qidaların daha xeyirli olduğunu qeyd edirlər.
Akrilamidin daha çox tərkibində nişasta olan çörək, kartof qızartması və digər qənnadı məmulatlarında daha çox olduğu bildirilir və bu cür qidaları nisbətən aşağı temperaturda tədricən bişirməyi məsləhət görürlər.
Beləliklə suda pörtülmüş qidaların insan orqanizmi üçün daha xeyirlidir!