Avtomobil dünyası kateqoriyası üzrə məqalələr

Qış şinləri

Qışda yollarda avtomobillərin sürüşməsinin az bir qismi sürücülərin qeyri-peşəkarlığından baş verirsə, bunun böyük hissəsi avtomobillərin qışa düzgün hazırlanmamağından yaranır. Avtomobildə təhlükəsizliyi qorumaq üçün fəsil dəyişikliyinə ciddi fikir vermək lazımdır. Bu, xüsusilə qış dövrü üçün daha çox önəmlidir. Qışda – qarlı-buzlu yollarda avtomobillə hərəkət zamanı təhlükəsizliyi qorumaq üçün avtomobilin şinləri xüsusi əhəmiyyət kəsb edir. Bəlkə də bir çoxunuz bu fakta heç fikir də verməmisiniz, amma şinlər qarlı-buzlu, yaş və quru yollar üçün istehsal olunur.
Azərbaycanda isə yolların vəziyyətinə görə qışda şinləri dəyişdirən çox az sürücü tapmaq olar. Ölkədə qış şinlərindən istifadə olunmamasının səbəbi  yalnız sürücülərin öz həyatlarına biganə olması və ya özlərini xərcə salmaq istəməmələri ilə izah oluna bilməz. Burda qışın ömrünün az olması da mühüm rol oynayır.
Davamı →

Opel

Şirkətin yaradıcısı – alman konstruktoru və sənayeçisi Adam Opel 1837-ci ildə Rasselhaymda anadan olub. 1862-ci ildə o, tikiş maşınları istehsal edən fabrik açdı. Fabrikin məhsullarına tələbat böyük idi, bu səbəbdən tikiş maşınlarının istehsalı 1911-ci ilədək davam etdi. Amma Adam Opel daim irəliyə doğru addımlayırdı və hələ 1886-cı ildə ekipaj təkərlərinin istehsalının əsasını qoymuşdu. Bundan bir il sonra istedadlı mühəndisin təşəbbüskarlığı sayəsində onun müəssisələri velosiped istehsalını nizama saldı. Beləliklə, “Adam Opel AG” şirkəti yarandı. O vaxt bu şirkət səhmdar cəmiyyət deyil, məhdud məsuliyyətli cəmiyyət idi.
1895-ci ildə Adam Opel vəfat etdikdən sonra şirkətin idarəçiliyi onun beş oğlunun – Karl, Vilhelm, Henrix, Fridrix və Lüdviqin ixtiyarına keçdi. 1898-ci ildə Rasselhaymda ilk “Opel-Lutsmann” avtomobilləri yığıldı. Bu avtomobillər bir silindrli mühərriklərlə təchiz olunmuşdu. Arxada yerləşən bu aqreqatın həcmi 1,5 litrə, gücü 4 at gücünə, maksimal sürəti isə 20 km/saata bərabər idi.
Opel şirkətinin tarixini 6 mərhələyə bölmək olar:
Davamı →

Honda

Honda 1906-cı il təvəllüdlü yapon mühəndisi, ixtiraçısı və avtomobil yarışçısı Soixiro Honda (Soichiro Honda) tərəfindən 1946-cı ildə yaradılmış şirkətdir. Kompaniya 60 ildən artıq tarixi ərzində cəsarətli, fantaziyalı və qeyri-standart təfəkkür və davranış tərzi sayəsində özünün hazırkı formasına çatmışdır.
Yoxsul ailədə doğulmuş Honda orta məktəbi bitirmədən 16 yaşında Tokio avtomobil təmiri emalatxanasına usta şagirdi kimi daxil oldu.
Avtomobil idmanına erkən bağlılıq onun atasının peşəsi ilə əlaqədar idi, belə ki, atası velosipedlərin təmiri ilə məşğul olan dəmirçi idi və texniki problemlərin həlli üzrə peşə vərdişlərini oğluna aşılamışdı.
1928-ci ildə o, kifayət qədər pul toplayaraq, Hamamatsu əyalətindəki doğma şəhərinə qayıtdı və orada ilk təmir emalatxanası açdı. Elə həmin il o, sonralar alacağı yüzlərlə patentlərdən birincisini aldı. Bu patent ona təkərdə taxta milləri metal millərlə əvəz etmək ideyasına görə verildi.
Davamı →

Hyundai

Hyundai hərfi tərcümədə “yeni zaman” deməkdir. Koreya konserni zamanı haqlamaq və dünya sənayesinin flaqmanları sırasına çıxmaq üçün 60 ilə yaxın vaxt sərf etmişdir. Konsernin inkişaf yolunda nəhəng sıçrayışlar baş verməmişdir. O, minlərlə əməkdaşın əzmkarlıqla iş prosesini öyrənməsini və gərgin əmək sərf etməsini tələb edən uzunmüddətli inkişaf yolunu keçmişdir.
İkinci dünya müharibəsi başa çatdıqdan az sonra əsası qoyulmuş Hyundai kompaniyası avtomobil texnikasına uzun müddət xüsusi maraq göstərməmişdir. Qərargahı Seulda yerləşən Hyundai Motor bölməsi 29 dekabr 1967-ci ildə yaradılmışdır, yarım ildən sonra isə (bu, qısalığına görə rekord göstəricidir) illik istehsal gücü 20.000 avtomobil olan ilk müəssisə istismara verilmişdir.
Hər şey Ford-un Avropa filialının Cortina lisenziya modelinin yığılmasından başlandı, daha sonra əməkdaşlar tam istehsal siklini də mənimsədilər. Ford konserni ilə əməkdaşlıq 80-ci illərin əvvəllərinə qədər davam etdi, o vaxtlar Koreyada hələ Taunus və Granada modelləri buraxılırdı.
Davamı →

Chevrolet

Avtomobil istehsalı sənayesinin ilk çağlarında yeni avtomobil markaları onları yaradanın adını daşıyırdı. Lakin Chevrolet markasının yaranması tamamilə başqa cür oldu. Heç vaxt onun adını daşıyan firmanın sahibi olmayan İsveçrəli Lui Cozef Şevrole (1878-1941) tanınmış avtomobil yarışçısı və mexanik idi. İsveçrənin Şo-de-Fond şəhərciyində yaşayan yoxsul saatsazın yeddi övladından biri olan Lui Şevrole 10 yaşı tamam olanda ailəsi ilə birlikdə yaxşı güzəran dalınca Fransaya köçdü.
Orada o, orta məktəbi bitirdi, sonra isə «Mors» avtomobil firmasına işə düzəldi. Lui ömrünün sonunadək avtomobillərə həvəs göstərdi və həmin firmanın rəsmi avtomobil yarışçısı oldu. O, avtomobil quruculuğunda və idmanda yaxşı təcrübə qazanaraq Kanadaya, 1900-cü ildə isə Amerika Birləşmiş Ştatlarına köçdü və bir müddətdən sonra «De Dion Buton» fransız avtomobil zavodunun Amerikadakı təmsilçisi qismində fəaliyyətə başladı. Lakin onun diqqətini avtomobil biznesindən daha çox avtomobil yarışları çəkirdi.
Davamı →

Jaguar

“Yaquar” (Jaguar Cars Ltd.) şirkətinin tarixi ötən əsrin 20-ci illərindən başlayır. 1922-ci ildə Uilyam Layons (William Lyons) və onun ortağı Uilyam Uolmsli (William Walmsley) Britaniyanın şimalındakı dənizkənarı Blekpul (Blackpool) şəhərində Swallow Sidecar (qısa adı SS) kompaniyasının əsasını qoydular. Şirkət əvvəlcə motosikletlər üçün yedəklərin istehsalı üzrə ixtisaslaşmışdı. Olduqca yaraşıqlı Swallow alüminium yedəkləri avtomobil həvəskarlarının diqqətini tez bir zamanda özünə cəlb etdi.
İstedadlı və zirək Uilyam Layons əldə edilən uğurlarla kifayətlənməyərək özünü yeni istiqamətdə – avtomobillər üçün Swallow kuzovlarının hazırlanması sahəsində sınamağı qərara aldı.
Davamı →

Alfa Romeo

“Alfa Romeo” kompaniyasının tarixi onun vətəni Milandan xeyli uzaqda, Neapol şəhərində başlamışdır. Məhz olrada fransız Aleksandr Darrak (Alexandre Darracq) 1906-cı ildə lisenziya ilə iki avtomobil modeli buraxan Parisdəki müəssisəsinin filialını yaratmışdır. Həmin modellərdən biri 8 və 10 at gücünə malik 1 silindrli mühərriklə təchiz edilirdi. Digər modelin mühərriki isə daha güclü idi, 2 silindrli bu mühərrik 14 at gücünə malik idi. Filiala, Societa Anonima Italiana Darracq (SAID), yəni “Darrakın açıq tipli İtaliya şirkəti” adı verildi.
ALFA (Anonima Lombarda Fabbrica Automobili) kompaniyası 1910-cu ildə SAID-in istehsal etdiyi minik avtomobillərinin yığılması ilə məşğul olan istehsalat birliyinin bazasında təşkil edildi. Sonradan Societa Anonima Italiana Darracq kompaniyası istehsalatı Milan yaxınlığındakı Portelloya köçürdü. Beləliklə, 1910-cu ildən Lombardiyada ALFA markalı avtomobilləri istehsal edən zavod peyda oldu.
Davamı →

Avtomobil sığortası

Avtomobilin sığortasına aşağıdakı sığorta növləri daxildir:
1. Tam kasko (tam avtokasko).
2. Natamam kasko (natamam avtokasko).
3. Mülki məsuliyyətin məcburi sığortası.
4. Bədbəxt hadisədən sığorta.
5. Əlavə avadanlığın sığortası.
Davamı →

Nikolaus Avqust Otto

İnsanların avtomobildən istifadə etdiyi yüz il ərzində praktiki olaraq hər şey dəyişib: dizayn dəyişikliklərə məruz qalıb, avtomobil istehsalçılarının bir qismi fəaliyyətinə son qoyub, digər bir qismi fəaliyyətə başlayıb, avtomobil dəbi də dəyişikliklərdən kənarda qalmayıb. Demək olar ki, hər şey dəyişib… Amma… yox. Hər halda dəyişməyən bir şey var. 1876-cı ildən bəri bütün bu dövr ərzində mühərriklərin taktları dəyişməz olaraq qalır. Bu, avtomobil ustalığını öz praktiki təcrübəsi əsasında öyrənmiş ixtiraçı Ottonun sayəsində mümkün olub.
Nikolaus Avqust Otto 10 iyun 1832-ci ildə Taunus çayının sahilində yerləşən kiçik Holtshauzen kəndində anadan olub. Bir neçə ildən sonra o, atasını itirib və ailəni dolandırmaq üçün təhsilini buraxaraq işləməyə məcbur olub.
Davamı →

Şkoda

1895-ci ildə milad bayramı ərəfəsində Slavia velosipedlərinin istehsalı və təmiri üzrə kiçik bir müəssisə yaradıldı. Onun sahibləri – 30 yaşlı Vatslav Laurin (Václav Laurin) və 27 yaşlı Vatslav Klement (Václav Klement), yəqin ki, axıra qədər bu aqreqatları hazırlamaqda davam edəcəkdilər, amma dahiyanə bir ideya, yəni velosipedin ramasına birsilindrli mühərrik quraşdırmaq ideyası hər şeyi dəyişdi.
Bu, tərəqqiyə doğru kiçik, amma əhəmiyyətli addım idi. 1898-ci ilin sonunda Laurin&Klement markası altında motosiklet istehsal olundu. Bu, gündəlik istismar üçün kifayət qədər etibarlı olan ilk motosiklet idi. “Allgemeine Automobil Zaitung” qəzeti yazırdı: “Fransız konstruktorları Verner qardaşlarının xidmətlərini kiçiltməmək şərti ilə, Çexiya Krallığında Laurin&Klement firmasını ikitəkərli mühərrikli nəqliyyat vasitəsinin yaradıcısı kimi tam əsasla fərqləndirmək olar. Birincilər sadə velosipeddə hər hansı dəyişiklik etmədən ona mühərrik quraşdırdıqları halda, Laurin&Klement tamamilə başqa üsuldan istifadə etdi.
Davamı →
Top