Hamımızın, əsasən də, yaşlı nəslin çox yaxşı tanıdığı və istifadə etdiyi, günümüzə qədər gəlib çıxan VAZ-2101 markalı “Jiquli” avtomobilinin tarixi İtaliyadan başlayır. Bu avtomobil ilk dəfə İtalyada FİAT-124 adı ilə istehsal olunmuşdur.
FİAT-124 öz dövrünün ən yaxşı avtomobillərindən sayılırdı. 1966-cı ildə istehsal olunmuş avtomobilin rəsmi primyerası Paris şəhərində keçirilib. Bir il sonra 1967-ci ildə FİAT-124 ilin maşını adına layiq görülmüşdür. Görünür, həmin vaxtdan rus çinovnik və texnikləri maşına göz qoyublar.
İtalyan avtomobil şirkəti “Ferrari” 1929-cu ildə “Alfa Romeo”nun yarış komandası kimi qurulmasına baxmayaraq, 1946-cı ildə avtomobil istehsalına başlamışdır. Şirkətin mərkəzi İtaliyanın Modena şəhəri yaxınlığında yerləşən Maranello qəsəbəsindədir. “Ferrari”nin tarixi onun qurucusu Enzo Ferrarinin həyat hekayəti ilə üst-üstə düşür.
Enzo Ferrari 1898-ci ildə Modena şəhərində anadan olub. Birinci Dünya müharibəsində ailəsini itirən Ferrari 18 yaşında ikən yarış aləmi ilə tanış olur. Elə karyerası da bu vaxtlardan başlayır. İlk dəfə 1920-ci ildə “Alfa Romeo”nun pilotlarından biri kimi çıxış edir. Sürətə olan marağı, əvvəllər heç kimin çata bilmədiyi sürətlə döngələri dönmək qabiliyyəti və avtomobillərə göstərdiyi hərtərəfli maraqla o avtomobil yarışlarının tarixinə düşür.
Vaxtilə sovet partiya və dövlət rəhbərlərinin istifadə etdikləri ZİM və «Çayka» markalı avtomobillər təkcə keçmiş SSRİ mənkanında deyil, bütün dünyada məşhur idi.
QAZ-ın tarixində ən orijinal modellərdən biri 12-ci seriyadan olan, ömrünün ilk yeddi ili ərzində ZİM adlandırılan avtomobillər olub. 1948-ci ildə Molotov adına Qorki avtomobil zavodu altı yerlik avtomobil hazırlamaq barədə hökumətdən tapşırıq alıb. Tapşırığa görə, yeni avtomobil öz komfortuna, yanacağa qənaət etməsinə və dinamikliyinə görə prestijli ZiS-110 ilə kütləvi «Pobeda» avtomobilləri arasında aralıq mövqe tutmalı idi.