Psixologiya kateqoriyası üzrə məqalələr

Uşaqlarda depressiya

1. Pis əhval-ruhiyyə
Uşaq və ya yeniyetmə bir neçə həftə ərzində əgər qəmgindirsə və günün müəyyən saatlarında və ya müxtəlif günlərdə bu halı bir qədər dəyişirsə, bu, depressiyanın əlaməti deməkdir. Ümumi olaraq, onu əhatə edən mühitin dəyişməsinə baxmayaraq, onun qəmgin və bədbəxt halı hələ də qalmaqdadır.

Bəzən bu daimi xəstəliyi müəyyən etmək heç də asan olmur. Bəzən bu cür qız və ya oğlanlar onlarda olan bu dəyişikliyi boyunlarına almaq istəmirlər, onu gizlədirlər. Ola bilsin ki, depressiya bu cür oğlan və qızların ruhiyyəsində özünü başqa cür büruzə versin və qəmgin olmaqları çox da hiss edilməsin.

Məsələn, heç kimə yaxınlaşmamaq, heç nəyi bəyənməmək, sözə qulaq asmamaq kimi. Onu da demək lazımdır ki, hər sözə baxmayan və ya problem yaradan uşaq depressiyada deyildir. Ancaq yeniyetmələrin arasında bu xəstəliyə kifayət qədər çox rast gəlinir. Bəzən depressiya nigarançılıqla bir yerdə olur.

Bəzən də tibbin müəyyən edə bilmədiyi baş və ya mədə ağrısı kimi özünü göstərir. Bu zaman valideyn çox nigaran olur. Onlar çalışırlar ki, bu xəstəliyi uşağın orqanizmində axtarsınlar. Amma onun qəmgin olmasını heç nəzərə almırlar.
Davamı →

Komplekslərin kompleks analizi

Kompleks- mənfi emosiyalarla, yarımçıq xatirələrlə və dumanlı meyllərlə əks olunan bir qrup davranışlar sistemidir ki, qeyri-ixtiyari insan şəxsiyyətinin daxili strukturunu formalaşdırır. Xarici struktur ilə daxili struktur heç də hər zaman bir-birinə uyğun olmur.

Bizim alt şüurumuzda qorxu, cəza, günah hissi kimi hallar formalaşır. Onların formalaşması zamanı aldığımız yanlış təəssüratlar, psixoloji travmalar bu hallarla sonradan qarşılaşdığımız zaman bizdə kompleksli davranış reaksiyaları yaradır. Həmin reaksiyalar cəmiyyət tərəfindən birmənalı qarşılanmadıqda bizdə mənfi hisslər yaranır. Cəmiyyətdə bu cür insanları “komleksləri var” adı ilə xarakterizə edirlər. Erkən yuaşda formalaşan bu komplekslər xarakteri, şəxsiyyətlərarası münasibətləri, emosional və iradi sferanı müəyyən edir. Bu cür psixoloji elementlər isə narahatedici və ya xəstəliyə çevriləcək simptomlara çevrilir.
Davamı →

Valideyn uşağa “yox” deməyi bacarmalıdır!

Uşağın formalaşmasına ölkədə olan sosial-iqtisadi vəziyyət, aldığı təhsil əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin bu faktorlarla yanaşı duran ən mühüm amil valideynin uşağı düzgün tərbiyələndirməsidir.

Əgər məktəb və valideynlər birlikdə bu istiqamətdə fəaliyyət göstərirsə, onda uşağın tərbiyəsində müsbət nəticələr əldə etməyə olan inam, şübhəsiz, reallaşacaq. Deməli uşağın psixoloji durumu da dayanıqlı olacaq və bu onun dəyərli bir vətəndaş kimi formalaşmasına da yardım göstərəcək.

Qeyd edim ki, uşağa təkcə sözdə demək kifayət etmir, həm də real sevgi sərgiləmək lazımdır. Çünki dünyanı hələ tam dərk etməyən körpələrin bizdən başqa nə istəyi ola bilər? Məgər körpələrlə diqqət, qayğı və sevgini bölüşmək çətindirmi?

Lakin sevgi heç də “hər şey olar” demək deyil. Lazım gələrsə uşağa “yox” deməyi də bacarmaq lazımdır. İstərdim sizə tövsiyyələr verim. Hər bir valideynə məsləhətdir ki, bu tövsiyələri yerinə yetirsin.

Davamı →

Vizual, audial, kinestik və diskrit

İnsanlar ətraf aləmdə baş verən hadisələri fəqli cür qavrayır, analiz edirlər. Baş verənlərə bir qrup insanlar daha çox dinamikliyə, formaya, məkana görə, başqa qrup insanlar səslərə, digərləri isə ətrlərə, hisslərə əsasən yanaşırlar. Bunlara əsasəsən insanları aşağıdakı qruplara bölürlər:
— Vizual
— Audial
— Kinestik
— Diskrit

Vizual tip insanlar daha çox təsvirlərə, obrazlara, formalara diqqət verir. Dünyanı görmə analizatorlarının vasitəsilə daha rahat dərk edirlər. Onlar öz nitqlərində daha çox görmə ilə hiss edələn fel, sifət, zərfliklər işlədəcəklər. ( gördüm ki, ilk baxışdan, al-əlvan və s.) Vizualların adətən baxışları yuxarıya yönəlmiş olmur. Səs-küy onlara mane olmur.

Vizuallar gördükləri hər bir şeyi yadda saxlamağa qadirdirlər, onlar kadrlarla yadda saxlayırlar. Vizuallar hər hansı məlumatı birbaşa mənbədən qeyd etməyi xoşlayırlar. Onlar bir yerdə durub insanları müşahidə etməyi üstün tutacaqlar. Onların diqqətini yayındırmaq daha çətin olur. Vizuallar yad məkana tez uyğunlaşırlar.Onlara verilən çətin tapşırıqları tez həll edirlər. düşünərkən mütləq nəyi isə cızacaq, əl altında qələm olarsa mütlər ondan kağız üzərində yazmaq üçün istifadə edəcəklər. Vizuallar danışarkən və ya eşidərkən deyilən sözləri obrazlaşdırırlar.
Davamı →

Tək qalmağın 10 faydası

1. Ruhən tükənməyimizin qarşısını alır
Müasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun “məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir. Heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. “Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.

2. Duyğu üzvlərimiz kəskinləşir
Çox adam üçün 10 gün ərzində sakit qalmaqla suda gəzmək arasında fərq yoxdur. Vipassana Səssizlik İnstitutu da bu işlə məşğuldur. Bura qatılanlar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq dururlar. 100-ə yaxın elm adamı araşdırma məqsədi ilə sakit qalmaq meditasiyasını həyata keçirib və danışmaq funksiyasını istifadə etməməyin digər duyğu orqanlarının işinin yaxşılaşmasına gətirib çıxardığını sübut ediblər.

Davamı →

Kompüter asılılığından necə xilas olaq?

Bu gün gənclərin ən çox istifadə etdiyi texnoloji alətlərdən biri də kompüterlərdir. Telefonlar qədər olmasa da, kompüterlər insanlar arasında olduqca populyardır və demək olar ki, hər iki insandan birində kompüter var. İstifadəsi heç də qəliz olmayan kompüterlər bu gün bütün dünyada istər iş, istərsə də əyləncə məqsədi üçün olduqca geniş istifadə olunur.

Əsasən gənclər arasında ən sevimli alət olaraq məşhurlaşan kompüterlərə maraq böyükdür. Yaşından asılı olmayaraq kompüter istifadə edən hər kəs bilir ki, çox əyləncəli olan bu alət insan üçün çox böyük də fəsadlar yarada bilir. Buna baxmayaraq kompüterlərdən imtina heç də asan deyil.

Maraqlı haldır ki, bu gün valideynlər belə övladlarında kompüter olmasının tərəfdarıdır. Azyaşlıların belə kompüterdən istifadə etdiyi bir dövrdə hansısa uşağa kompüter qadağası qoymaq da mümkün olmur. Azmüddətli istifadə imkanı verildikdə isə uşağı kompüterdən ayırmaq olduqca çətin olur. İstənilən halda kompüter insanın sinir sisteminin dağıcıdı zərbəsi, vaxtın düşməni və aludəçilik üçün ideal bir vasitədir.
Davamı →

Depersonalizasiya-derealizasiya sindromu


Özünü dərk etmənin pozulması depersonalizasiya, xarici mühitə qarşı dərk etmənin pozulması (ətraf mühitin düzgün dərk edilməməsi) isə derealizasiya adlanır. Bir sıra psixi xəstəliklər nəticəsində meydana çıxan bu əlamətlər əksər hallarda birlikdə təsadüf edilir.

Depersonalizasiya və ya özünü dərketmənin pozulması şəxsiyyətin ikiləşməsi və ya tamamilə inkar edilməsi formasında ola bilər. Depersonalizasiya zamanı xəstə bəzən yaxşı tanıdığı küçəni və ya adamları tanımadığını söyləyir. Bəzən isə hadisələrin çox sürətlə cərəyan etdiyini (vaxtın sürətlənməsini) və ya əksinə onun tam hərəkətsizliyini qeyd edir. Məsələn: gündüzü gecədən ayıra bilmir, ətrafdakı adamların hamısını bir sifətdə, bir boyda qavrayır.

Davamı →

Ailə zorakılığı və onun fəsadları

Əksər hallarda uzun müddət istirahətin olmaması, maddiyyat məsələləri, seksual xarakterli problemlər və s. insanın zorakılıq etməsinə gətirib çıxarır.

Baş verə biləcək konfliktlərin əsasını təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi pozuntuların profilaktikası və müalicəsi aparılmalıdır.

 Ailədə aqressiya tez–tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb. Zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq  halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir,  çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır. Adətən ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir.

 Statistik məlumatlara görə hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana çıxarılmasının vacibliyini göstərir. Belə getsə ailə münaqişələri zəminində baş verən cinayətlər kriminologiyanın bir hissəsinə çevriləcək.

 Ailə  daxili zorakılıq insana müxtəlif dərəcəli zərər vurulmasına gətirib çıxarır. Bura tənqid, təhqir, şəxsiyyətin alçaldılması, hətta ölüm faktları daxildir.

Davamı →

Özlərinə aşiq insanlar: narsistlər

Davamlı bir grandiozite (böyüklük və əhəmiyyətlilik) meyli (fantaziya və ya davranış səviyyəsində), empati əksikliyi, tənqidlərə qarşı həddindən artıq həssaslıq və reaksiya şəklində erkən yetişkənlikdən etibarən ortaya çıxan mənzərədir.

DSM IV görə diaqnoz üçün aşağıdakı maddələrdən beş və ya çoxunun uygunluğuna ehtiyac vardır.

1. Özünü çox xüsusi və əhəmiyyətli görər, müvəffəqiyyət və qabiliyyətlərini şişirdər

2. Limitsiz müvəffəqiyyət, güc, gözqamaşdırıcı xüsusiyyətlər, ideal eşq və gözəllik ilə əlaqədar məşğuliyyətlər və fantaziyalar inkişaf etdirər

3. Şəxsi və bənzərsiz olduğu üçün özünün ancaq özü kimi xüsusi və ya yüksək statuslu insanlarla münasibət yaradacağını düşünər

4. Həddindən artıq diqqət, heyranlıq, iltifat gözləyər.

5. Prioritet imtiyazlı olduğuna inanaraq, normal kəslərlə eyni səviyyədə iştirak etməyi rədd edir. Gözləntilərinin dilə gətirilmədən özbaşına başa düşülməsini və qarşılanmasını, standartların üzərində xidmət almağı gözləyər.

Davamı →

Uşağınız sizi vurursa bunları edin

Uşağınız tünd xasiyyətləşib sizə vurduğunda ona necə davranacağınızı bilməyirsinizsə yazımızı oxumanızda fayda var.

Evinizdə şiddətə yer olmadığını idrak etməsini təmin edin
Onsuz da vurmaq kimi bir vərdişi olan uşağa “biz heç kimi vurmuruq!” deməyin heç bir məntiqi yoxdur. Əslinə baxarsınız bu üsul sizi daha təsirsiz və nüfuzsuz bir vəziyyətə salar. Çünki “biz heç kimi vurmuruq!” doğru olsaydı əgər, uşağınız sizə vurmazdı. Fiziki baxımdan təcavüzkar uşaqlarla maraqlanarkən, zəiflik göstərərək uşağa vurmaması üçün yalvarmaq yerinə, hirsli hiss etmənin normal, ancaq vurmanın qadağan olduğunu qəti bir dillə izah etmək lazımdır.

Uşağınız sakitləşdikdən sonra onunla qərarlı və dəqiq bir şəkildə danışın: “Bilirəm əsəbiləşirsən, çox hirsin var. Bu böyük duyğularla kimsəni incitmədən başa çıxa bilməyin üçün sənə kömək edəcəyəm. Səni çox hirsləndirən şeylərlə mən maraqlanacağam; ancaq anaya vurmaq qadağandır.”

Uşağınızın yaxşı istirahət etmiş və qidalanmış olduğundan əmin olun
Uşağınız yorğundurmu? Acdırmı? Uşağınızın ani reaksiyaları və hücumları, mədəsinin boş olduğu zamanlara bərabər gəlir ola bilər. Bu problemli davranışların təqibində olun. Yatmaq saatından dərhal əvvəlmi? Yorğun düşməməsi üçün bir az daha erkən yatmasını təmin edin.
Davamı →
Top