— “Mama..
— Qonaq gəlmişik olmaz, sakit ol!.. “
Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir.
Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi…
“Dinləyir” kimi görünürük, amma dinləmirik! Ümumiyyətlə, qarşımızdakı adamın bizə demək istədiyini deyil, eşitmək istədiyimizi eşidirik. Əgər dinləməyi bacarsaq, bir çox anlaşılmazlıq asan həll edilə bilər.
Kritik nöqtə
Kritik nöqtə, dinləmənin unudulmuş bir sənət olmasıdır. İnsanların söylədiklərimizi eşitdiklərindən əmin olmaq üçün o qədər çox səy göstəririk ki, dinləməyi unuduruq.
Əslən ABŞ-lı bestseller müəllif və biznes məsləhətçisi olan Ed Brodou yazır: “Aldığım təlimlərdə çatışmazlıqlar olduğunu ilk donanmada xidmət edərkən anladım. Nəzakətli bir polkovnik mənə nəsihət vermişdi: – “Leytenant, necə dinləməyin lazım olduğunu öyrənməlisiniz.” Mən o zaman ona: – “Anlaya bilmədim?” – deyə cavab vermişdim.
Şübhəsiz, mövzunu anlamağım bir az çətin olacaqdı. İkinci macəram xüsusilə yaddaqalan idi. “Dun & Bradstreet” məni satıcı olaraq işə götürmüşdü. Bu təşkilatın fəaliyyət sferası, bütün işi yeni bir texnologiyaya əsaslanırdı. Milyonlarla şirkətə aid kredit məlumatları kompüterdə işlənilərək, verilənlər bazası yaradılmışdı və bu məlumatlar marketinq məqsədilə satılırdı.
Məsələn, təmsil etdiyiniz şirkət, eskimolara buz satırsa, D&B sizə bazarda fəaliyyət göstərən bütün eskimo şirkətlərinin siyahısını sizə verə bilirdi. Bu siyahıya, hər şirkətdəki eskimoların sayı və əsas qərarları qəbul edən eskimoların adları kimi, mühüm məlumatlar da əlavə edilirdi. 1968-ci ilin ən dəbdə olan iş anlayışı bu idi.Mənim satış bölgəm, Nyu Yorkdakı “Canal Street” idi.
İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni istifadə edə bilər.
Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Dil yalan söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz.
Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı bilmək lazımdır. Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarının yaxşı analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa-baxa yalan danışmaq çox çətindir.
Bunu hər kəs edə bilmir. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda hiss ediləbiləcək dərəcədə dəyişiklər olacaq. Dodaqlarda yüngül oynamalar, gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi — bütün bunlar insanın yalan danışmasına işarə edə bilər.
Ailə konfliktləri subyektlərin münasibətlərindən asılı olaraq: ərlə-arvad, valideyn və uşaqlar, ər-arvad və onların valideynləri, nənələr, babalar və nəticələr arasında baş verir.
Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfiliktlər esas rol oynayır. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən baş verir. Belə konfliktlərin əsas səbəblərindən aşağıdakılar daha tez-tez özünü göstərir:
— ərlə-arvadın seksual-psixi uyğunsuzluğu;
— öz ”məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik;
— müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s;
Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə istərdim onu qeyd edim ki, tualet vərdişinə başlamaq vaxtını necə müəyyən edə bilərsiniz: