Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.
a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.
b) Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.
Seçdiyiniz ayaqqabılar həm də xarakteriniz əks etdirir. Budur ayaqqabı seçiminə görə sizin xarakteriniz...
Düz ayaqqabılar: Düz ayaqqabılar sizin nə qədər rahat və “cool” biri olduğunuzu göstərir. Bununla yanaşı, müstəqil ruhunuzdan xəbər verir.
İdman ayaqqabılar: Liderlik xüsusiyyəti olan, həyatı anlıq yaşamağı sevən və atletik birisiz. Olduqca bəsit həyat tərzi sürdürməyə üstünlük veririsiniz.
Rənglər insan psixologiyasına təsir edən əsas vasitələrdən biridir və psixologiyaya müsbət təsir etdiyi kimi mənfi təsir də edə bilmək xüsusiyyətinə malikdir. Rənglərin insan psixologiyasına müsbət təsiri insanı dincəldir və rahatlandırır amma mənfi təsir nəticəsində ətrafdakı mənfi enerjini özünə cəlb edib psixologiyaya çox pis təsir edir və hətta orqanizmi xəstələndirir. Məhz bu səbəblərə görə rəngləri araşdırmaq, onların əsas xüsusiyyətlərini, insan psixologiyasına necə təsir göstərdiyini aydınlaşdırıb sizə təqdim etmək qərarına gəldik.
İnsanın ətraf mühitdə özünə müsbət aura yarada bilməsi məhz öz əlindədir. Çünki ətrafda olan rənglər insanlara gözlə görə bilmədikləri müəyyən enerjini ötürə bilmək xüsusiyyətinə malikdir. Geyinilən geyimlər vasitəsilə orqanizmi rənglərin yaratdığı enerji toru bürüyür. Bu səbəbdən də hər bir insan geyinəcəyi geyimin rəngini seçən zaman öz psixologiyasına uyğun olan rənglərə üstünlük verməlidir. Əks halda orqanizmin nə fiziki nə də psixoloji vəziyyətini tarazılaşdırmaq mümkün olmaz. Çünki, geyinilən geyimlərin rəngləri həm fiziki həm də psixoloji olaraq orqanizmi tarazlaşdırır və müsbət enerji ilə təmin edir.
İnsanın ali sinir fəaliyyətinin əlamətlərindən biri də emosiyadır (latınca emavere sğzündən götürülüb, mənası həyəcanlanıram deməkdir). Onlar özünü insanın bütün növ hissiyatını əhatə edən xarici və daxili qıcıqlara qarşı reaksiya kimi biruzə verir.
Emosional gərginlik vəziyyəti bir çox orqan və sistemlərin funksiyalarını dəyişməklə bütün orqanizmi əhatə edir. Bu funksional dəyişiklik o qədər intensiv olur ki, “vegetativ fırtına” şəklini alır. Belə ki, bu fırtınada müəyyən ardıcıllıq olur. Emosiya o sistem və orqanların işini gücləndirir ki, onlar orqanizmlə xarici mühit arasında sıx əlaqə yaradır. Bu zaman vegetativ sinir sisteminin simpatik hissəsinin güclü oyanması baş verir. Qana əhəmiyyətli miqdarda adrenalin ifraz olunur, ürəyin işi artır, arterial təzyiq yüksəlir, qaz mübadiləsi güclənir, bronxlar genişlənir, orqanizmdə oksidləşmə və energetik proseslər intensivləşir.
Skelet əzələlərinin fəaliyyəti kəskin dəyişir. Əgər adi vəziyyətdə ayrı-ayrı əzələ lifləri işə cəlb olunurdusa, affekt vəziyyətində onlar birgə fəaliyyət göstərir. Bundan başqa, yorulmada əzələ işini tormozlayan proseslər blokada olunur. Belə ki, emosional oyanıqlılıq qısa müddətdə orqanizmdə mövcud olan ehtiyyatları səfərbər edir. Hətta daha intensiv fəaliyyət zamanı potensial imkanlardan bir hissəsi qorunub saxlanılır. Onlar yalnız vacib anlarda emosional gərginlik vəziyyətində istifadə olunur.
Biz gündəlik həyatımızda belə hallara demək olar ki, tez-tez rast gəlirik. Belə ki biri özünü olduğundan daha yaxşı göstərir, məs: savadlı olmasa da elə hey savaddan, təhsilin vacibliyindən danışır. Başqa birisi çox savadlı olsada özünü olduğu kimi ifadə edə bilmir.
Özümüzü necə ifadə etmək dedikdə biz heç də özümüzü olmadığımız kimi göstərməyi, ətrafa xoş gəlmək üçün tamamilə başqa bir cilddə görünməyi nəzərdə tutmuruq. Olduğun kimi görün, göründüyün kimi ol. Gəlin, necə varıqsa, əslində necəyiksə elə də görünək yəni, dürüst olaq.
Panik atak- qorxu və narahatlıq hissləri ilə qəflətənən başlayıb, narahatçılığın 10 dəqiqə ərzində ən pik səviyyəyə çatdığı və 13 cür fiziki və ya psixi əlamətdən ən az 4-ü ilə müşahidə olunan psixoloji narahatçılıqdır. Bu 13 əlamət aşağıdakılardır: