İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ.
Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırması ilə xarakterizə olunur. Qərarın qəbulu yəni işin hansı şəkildə icra edilməsi, iradi işin quruluşunda mühüm mərhələdir. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir elementi risk adlanır.
Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.
Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox daha kinli olur.
Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:
Hansısa bir stres, əsəb, narahatlıq keçirdiyiniz zaman özünüzü saçlarınızı “yolarkən” tapırsınız? Övladınız mütəmadi olaraq saçlarınımı qırır? Artıq gözlə görülür dərəcədə saç azlığımı yaranıb? Özünüzü və ya övladınızı heç cürə bundan vaz keçirə bilmirsiniz? Bundan bezmisinizmi? Elə isə biraz da yaxın gəlin. Böyük bir ehtimalla siz, Trixotilomaniyaya «yoluxmusunuz».
Trixotilomaniya gözə çarpar dərəcədə saç itkisi ilə nəticələnəcək qədər daim təkrarlanan saç qoparma davranışıdır. İlk dəfə 1889-cu ildə fransalı dermatoloq Hallopeau tərəfindən öyrənilmişdir. Qədim yunan sözü olub “saç qoparıram” mənasını verir. Bu xəstəlik hər yüz insandan 4-ündə təsadüf edilir. Kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
Trixotilomaniya ən çox saç qoparma, az hallarda isə qaş, kiprik, saqqal-bığ və s. bədən tüklərinin qoparılması şəklində özünü göstərir. Adətən evin birinci uşaqlarında daha sıx rast gəlinir ki, buna da əsasən qısqanclığın səbəb olduğu düşünülür. Eyni zamanda ata-ananın aşırı mükəmməlliyyətçi olduğu və ya hisslərini bəlli edə bilmədiyi ailədə böyüyən uşaqlarda da çox müşahidə edilməkdədir. Daha çox uşaq və yeniyetmə yaşlarında rast gəlinən bu xəstəlik ani bir travma, stressli həyat, diqqət və qayğı əksikliyi, depressiya nəticəsində də yarana bilir. İlk başlarda dərs oxuma zamanı saçların çəkişdirilməsiylə başlayıb, zamanla daha da irəli kiprik, qaş yolunmasına qədər gedib çıxa bilir. Saç və digər tüklərin qoparılması gərginlikdən qurtarma, rahatlama hissi yaradır.
Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.
Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.
Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.
Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.
Uşaq vaxtlarımızda hər birimiz ata, ananımızı qısqanmamış olmarıq. Hər bir uşaq özünə qarşı daha çox nəvaziş, diqqət istər valideynlərindən. 3-6 yaş aralığında bu daha çox artar. Uşaqlar valideynlərini qısqanmağa başlayarlar. Bəzən uşaqlarda kompleksə çevrilər.
Edip kompleksi nədir?
Edip kompleksi — Oğlan uşağının anasına qarşı duyduğu şüuraltı yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən addır.