Məktəb yaşına çatmadan tez-tez ev dəyişdirən uşaqların davranışlarında problemlər yaşanır. Bununla bağlı ABŞ-da 3 min ailənin qatıldığı araşdırma aparılıb.
Araşdırma nəticəsində 5 yaşından öncə 3 dəfə, ya daha çox ev dəyişdirən uşaqlarda diqqətsizlik, narahatlıq, hiperaktivlik və davranış problemlərinə 5 yaşına kimi eyni evdə yaşayan, ya cəmi bir dəfə ev dəyişdirən uşaqlara nisbətən daha çox rastlandığı ortaya çıxıb.
Əlbəttə, uşağın davranışındakı bu problemlər sadəcə ev dəyişdirməklə bağlı deyil. Valideynlərinin boşanması, sıxıntılardan qaçmaq, yeni arayışlar — bu kimi problemlər də uşağın həyat normasına mənfi təsir göstərə bilər.
Uşaqlar valideynlərinin yeni evdə xoşbəxt olduqlarını gördükləri halda bu problemlərlə tez başa çıxa bilər.
Araşıdırmanın digər nəticələrindən biri uşaq vaxtı 3, ya daha artıq ev dəyişdirən uşaqların 18 yaşına kimi narkotik vasitə istifadə etmə riskinin 3 dəfə artıq olması və yetişkinlik dövrünə uyğunlaşmaqda çətinlik çəkməsidir.
Xərçəng diaqnozu qoyulan xəstədə, bu problemə qarşı həll etmə və reaksiya verməklə bağlı psixoloji problemlər yaranır. Xərçəngin varlığı xəstədə və yaxınlarında həyata dair bütün sahələrdə müəyyən formada travmaların ortaya çıxmasına səbəb olur. Normal şərtlərdə kənardan anlaşılmayacaq psixoloji problemlər proqressivləşir və daha diqqət çəkən bir vəziyyət alır.
Bu mərhələdə həkimin və digər səhiyyə işçilərinin vəzifəsi həm ailəyə həm də xəstəyə bu problemi həll etmə, normal həyat tələbatlarını yerinə yetirə bilmə mövzusunda kömək edəcək. Bu istiqamətdən baxdıqda xüsusiləşmiş şəxslər (psixiatr, psixoloq) xaricində onkoloq-həkim, digər işçi heyyət və xəstəyə dəstək olacaq yaxınlarının da mövzu ilə bağlı məlumatlandırılması vacib amil hesab olunur.
Ünsiyyət insanı sosiallaşdıran başlıcalıqdır. İnsanlara sadə gələn bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda — heyvan, bitki və insanlarda var. Amma bizi digər canlılardan fəqləndirən cəhət şüurumuzla ünsiyyəti mükəmməl şəkildə həyata keçirməyimizdir.
Ümumiyyətlə, ünsiyyət deyəndə nə başa düşürük? Gəlin, birlikdə aydınlaşdıraq. İnsan bir fikri başqasına çatdırmaq, fikrə münasibət bildirmək və münasibət öyrənmək üçün ünsiyyətə girir. Ünsiyyət bizim cəmiyyətdə mövqeyimizi təyin edən faktordur. İnsan bu keyfiyyəti ilə gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs də ola bilər.
Psixologiyanın bir qolu olan NLP-də (Neyro Linqvistik Proqramlama) ünsiyyət prosesi geniş şəkildə izah olunur. Ünsiyyət sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) şəkildədir.
Biz fikrimizi sözlə ifadə etsək də, eyni anda bədən dilimizlə də danışırıq. Sözlü və sözsüz dilimiz bir-biriylə nə qədər ahəngdar olsa, ünsiyyətimiz bir o qədər təsirli və uğurlu olar. Qarşınızdakının dili yalan söyləsə belə, bədən dili özünü ələ verir. Çünki bədən dilini idarə etmək dil qədər asan deyil.Bulimiya - iştahanın kəskin artması, tutma şəklində başlaması, əzabverici ağrı, ümumi zəiflik və s. ilə xarakteriza olunan qida qəbul pozuntusudur. Bu pozuntuya bir çox xəstəliklərdə — mərkəzi sinir sistemi, endokrin sistem, psixi pozuntu hallarında təsadüf olunur. Müxtəlif mənfi həyəcanlar – iflas, müvəffəqiyyətsizlik, qəbul olunmama, cəmiyyət tərəfindən təcrid olunma, yalnızlıq, hirs və yaxud müsbət reaksiyalar — vəzifənin artması, nəyinsə qeyd olunması başlanğıc amil ola bilər.
Narahatlıqlarını aradan qaldırmaq üçün belə şəxslər dayanmadan tez-tez yeyir. Bulimiyadan əziyyət çəkən şəxslər çəkini nəzarətdə saxlamaq üçün süni yolla qusma aktı həyata keçirir, işlədicilərdən, sidik qovuculardan istifadə edir. Hədsiz qidalanma, mədə-bağırsaq sistemini məcburi təmizləmə çox ciddi pozuntulara-nevrastiniyadan tutmuş yaxınlarla əlaqənin və həyata marağın itirilməsinə, dərman və narkotik maddələrdən asılılığa, hətta ölümə belə gətirib çıxarda bilər.
Televiziya yaranmağa başlayanda bir çox insanlar bu hadisəni mədəniyyətin inkişafında son addım kimi qiymətləndirirdilər. Mütəxəssislər bu ixtiradan sonra kitabların, teatr və kinonun yox olacağına əmin idilər. Televizorların ekranlarının ölçüsü nəlbəkidən böyük deyildi. O zamandan çox vaxt ötüb keçib. Bugünkü gündə televizorların böyük rəngli ekranları, həcmli səsləri və digər çox saylı tənzimləmələri var. Lakin incəsənətin təxmin edildiyi növləri yoxa çıxmayıb. Bundan savayı, bugünkü gündə televizorlara baxanlar pis zövqün sahibləri hesab edilirlər.
Televizora baxmaqdan imtina etmək yüksək mədəniyyətin və intellektin göstəricisi kimi qəbul edilir.
Bizim televiziyada nəyin xoşumuza gəlmədiyini və ondan bir dəfəlik imtina etməyin lazım olub olmadığını araşdıraq.
Televiziya bizim vaxtımızı alır
Əvvəllər tamaşaçılar verilişlərə boş vaxtları olanda baxırdılar. Sonra isə seriallar icad olunur. Və insanlar televizora baxmaqdan boş vaxtları olanda yaşamağa başlayırlar.
Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu) — təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.
Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin «qüsurlu dövranı» yenidən işə düşür.
Belə ki, onunla xəstələnmə riski orta hesabla 2,5%-dir. Bu nevroz intellektual şəxslərdə daha çox rast gəlinir. Qadınlar və kişilər arasında bu pozuntu eyni dərəcədə yayılmışdır. Kişilərdə bu əsəb pozuntusu, bir qayda olaraq, yeniyetmə dövründə başlayır. Qadınlarda isə xəstələnmə halları daha çox 20-30 yaşlarına təsadüf edir.
Sarışan hallar nevrozuna səbəb bioloji və psixoloji amillərdir.
Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.