İqtisadi təlimlər tarixində fiziokratlar məktəbi mühüm yer tutur və bu məktəbin nümayəndələri bir çox yeniliklər yaratmışlar. Fiziokratların yaradıcılığı feodalizmdən kapitalizmə keçid dövrünə təsadüf edir ki, bu dövrdə Qərbi Avropa nisbətən yetkinləşmiş iqtisadi inkişaf mərhələsində idi. XVIII əsrin ortalarında Qərbi Avropada kapitalizmin inkişafı çox uzağa getmişdi. İngiltərədə sənaye çevrilişi başlamışdı. Fransada isə manufaktura kapitalizmi möhkəmlənirdi. Fransada manufaktura kapitalizmi antifeodal inqilab ərəfəsinə daxil olmuşdu. Məhz buna görə də Qərbi Avropada kapitalizmin yaranması və inkişafı merkantilistlərin proqramına və nəzəriyyələrinə yenidən baxmağı tələb edirdi.İlkin kapital yığımı dövrü artıq başa çatmışdı. Aqrar ölkələrdə, xüsusilə müstəmləkələrdə ticarət öz ictimai əhəmiyyətini itirmişdi.
İslam — dini əqidə olmaqla, insanların həyat tərzini nizamlayan və tənzimləyən ictimai-iqtisadi, sosial-siyasi, hüquqi-əxlaqi, mənəvi-mədəni davranış qaydalarını əsaslandıran bütöv bir elmi sistemdir. Bu sistem öz zənginliyini Qurani-Kərimdən, Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən, əhli-beyt umanlarının fikirlərindən və böyük ilahiyyatçı alimlərin fitvalarından (qərar və ya mühakiməli) ictihadları (müstəsna qərar) götürmüşdür. Qurani-Kərim Allahdan Həzrəti Məhəmmədə (s.ə.s.) 610-cu ildə Ramazan ayında nazil olunan sözlərin oxunması kimi 23 il ərzində yığılmış və islam dininin ən möhtəşəm, müqəddəs kitabına çevrilmişdir.
İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq qədim dünyada meydana gəlmişdir. Minilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəslə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədəniyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qədim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunələri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir.
Dünya mədəniyyət tarixində özünəməxsus istiqaməti ilə fərqlənən Çin elmi bir çox sahələrdə, o cümlədən iqtisadi fikir tarixində olduqca dəyərli nailiyyətlər əldə etmişdir. Xüsusən Konfutsiyanın (552-479 e.ə.) (Kun-Fut-zı) irəli sürdüyü iqtisadi ideyalar Qədim Çin dövlətinin milli ideologiyasının əsası kimi onun iki minillik tarixi dövrünü təşkil etmişdir.
İri ailə icmaları daxilində formalaşmış ənənələrə sadiq qalan Konfutsiya onu böyük — kiçik, ata — oğul, böyük qardaşlar — kiçik qardaşlar prinsipi ilə bütün cəmiyyətin sosial-iqtisadi quruluşunu stabilləşdirmək istəyirdi.
Konfutsiya təkmilləşmiş adam-xeyirxah ər təlimini yaratmışdır. Bu təlimin əsasında böyüklərə hörmət, humanizm, öz borcunu dərk etmək prinsipi dururdu. Humanist adam təvazökarlığı, ədalətliliyi, dözümü, hamıya qarşı eyni olmağı ilə səciyyələnirdi. Konfutsiya göstərirdi ki, xeyirxah ər yalnız öz borcunu bildiyi halda, lakin aşağı adamlar yalnız faydalanmağı bilirlər.