“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Otel otağı” filmi 1998-ci ildə Rasim Ocaqovun rejissorluğu ilə çəkilmişdir. Dram janrının gözəl nümunələrindən olan filmin senari müəllifi, yazıçı Anar Rzayev, əsas rolların ifaçısı isə Fəxrəddin Manafov (Kərim), Rasim Balayev (Sədyar), Muxtar Maniyev (Çopur Cabbar ) idi.
Həyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə, ona görə də çox vaxt deyirdilər ki, Məlik müəllim ekranda, səhnədə elə öz obrazını yaradır.
İlk film “Qız, oğlan və şir” filmi olub. Berberovlar ailəsi öz mənzillərində çəkilib. Ata, ana, qızları Yeva və oğlanları Roma. Filmi Çingiz Rəhimov lentə alıb. Rəssamı Elçin Axundov olub, bəstəkarı Oqtay Rəcəbov.
bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
«Molla Nəsrəddin”çi şair-publisist, aktyor Əliqulu Qəmküsarın gəncliyindən səhnəyə meyl edən, Bakı Pedaqoji təhsilini yarımçıq qoyub, Moskvada kinorejisorluq sənətinə yiyələnmiş qızı Qəmər Salamzadənin ikinci rejissor Aleksandr Popovla birgə quruluş verdiyi «Dəcəl dəstə» (ssenari müəllifi-Yuri Fidler.) 1937-ci ildə Bakı kinostudiyasında çəkilən yeganə bədii-oyun film kino tariximizin ikinci uşaq filmi oldu. Titrlərdən göründüyü kimi, Bakıdakı beynəlxalq məktəbdə cərəyan edən hadisələr burada ən çox sevilən coğrafiya dərsində baş verir.
Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Nədənsə, adama elə gəlir ki, haçansa yenə teatrın pərdəsi qalxacaq və biz yenidən öz füsunkar səsi ilə insanı riqqətə gətirən Səməndər Rzayevin oyununa tamaşa edəcəyik. Bu böyük sənət fədaisi qəlbimizə o qədər yaxın idi ki, ölümündən 18 il ötsə də, hər an canlı bir insan kimi xatırlanır. Şaqraq gülüşü, zəhmli baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o, əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir qala qurub. Yersiz müdaxilə
Abbas Zamanov- Filoloq, EA-nın müxbir üzvü (1983)
Xalqımızın sevimli bəstəkarı Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının yarım əsrə yaxın səhnə ömrü vardır. İllər keçdikcə o öz təravətini itirmir, əksinə, getdikcə gəncləşir, tamaşaçılar tərəfindən daha səmimi qarşılanır. Komediyanın müvəffəqiyyətinə səbəb onun ürəkləri dilləndirən nikbin musiqisi, xalq müdrikliyindən doğan mənalı satirası və oynaq dramatik konfliktidir.
Azərbaycan kinostudiyasının klassik operettamızın bu ölməz sənət əsərini ekranda canlandırmaq təşəbbüsü, heç şübhəsiz ki, təqdirəlayiq bir addımdır. Hazırda respublikamızın şəhər və kəndlərində nümayiş etdirilən “O olmasın, bu olsun” musiqili kinokomediyasının (ssenari müəllifi S. Rəhman, quruluşçu rejissor H. Seyidzadə, baş operator Ə. A. Atakişiyevdir) bəzi müvəffəqiyyətli cəhətlərilə yanaşı, mübahisəyə və tamaşaçıların etirazına səbəb olan ciddi nöqsanları vardır ki, onların haqqında mətbuat səhifələrində danışmaq, müzakirə açmaq lazımdır.
1949-cu ildə köhnə Bakının sıx məhəllələrindən birində, hələ sakinlərin bir-birinin sevincinə sevinən, kədərinə biganə qalmayan gözəl vaxtında bir qız dünyaya gəldi. Adını Almaz qoydular, Almaz Əsgərova. Yəqin bu ad sizə heç nə demədi. Elə isə bir nağıl danışacam. 