Mərziyyə Davudova 1901-ci ildə Həştərxanda dünya gəlib. Ötən əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilmirdi. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər. Beləliklə də Azərbaycan qadınlarının səhnəyə doğru gələn yolu qorxudan, qandan, ölümdən, maneədən qurtulmağa başladı. 
Bir çiskinli oktyabr günündə, köhnə Bakı kəndi Buzovnada bir qız dünyaya gəlir. Gəlişi ilə bəlkə də heç kimə sevinc bəxş etmədən, arzu olunmadan. Bəlkə də o vaxt bu ailə sevinc nə olduğunu unutmuşdu, yoxsa ailədə ondan başqa iki qız övladı olsa belə, bu qızın gəlişinə də sevinərdilər. Bəlkə də sevindilər ki, nə yaxşı dünyaya oğul gətirmədik, o da ailənin yaxın dostu, bu qızın doğmaca dayısı Ruhulla Axundov kimi “xalq düşməni” damğası ilə həbs edilib ilim-ilim itirilərdi.
Nəsibə Zeynalova Azərbaycanın ilk xalq artisti adını almış qadınlardan biridir. Azərbaycan teatrsevərləri arasında «qaynana» kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayevin APA-ya müsahibəsi.
— Rasim müəllim, necəsiniz, səhhətiniz necədir?
— Son vaxtlar bel ağrılarından ciddi əziyyət çəkirəm, davamlı müalicə olunuram, görək sonu necə olacaq. Deyirlər yaxşı olacaq. Buna da şükür… Gözüm sulanırdı, həkimə getmişdim, bildirdilər ki, belə getsə gələcəkdə gözümdə mirvari suyu əmələ gələcək. Maraqlandım, dedilər 5-7 dəqiqəlik lazer əməliyyatıdır. Yəni, əgər əmələ gəlsə, cərrahiyyə əməliyyatı ola bilər...
Görünür, yaşdandır, insan yaşa dolduqca problemlər ortaya çıxır. Mənə deyirlər ki, sən belindən zərbələri harada almısan? Düzdür, cavanlıqda atdan yıxılmışam, qaçanda ayağım ilişib, nə bilim, cürbəcür çəkilişlərdə hadisələr olub. Bir az ağrıyıb keçib, sən demə, onlar hamısı bir-bir yerini alıb, indi yavaş-yavaş üzə çıxır. Ömrün qış fəslinə gedirik. Ömrün yaz, yay, payız, qış fəsli var. Alın yazısına inanıram, hər kəsin öz alın yazısı var...
— Bəlkə elə səhhətinizdə yaşanan problemlər Azərbaycan kinosundakı nisbi durğunluqla da bağlıdır?
— Bilirsiniz ki, son bir neçə il çəkiliş problem oldu. Amma mən hər il ən azı bir filmdə çəkilirəm. O mənada şükür. Ötən il iki filmdə — “Sübhün səfiri” və Ayaz Salayevin bir filmində çəkildim. Birini dövlət qəbul edib, biri gözləmə məqamındadır. Amma 2013-cü ilin planını, ssenariləri, məni dəvət edib-etməyəcəklərini bilmirəm. Bizim sənət asılı sənətdir. Yəni, ola bilər ki, gələn il məni heç kim dəvət etməsin. Bu, mənlik deyil. Rasim Ocaqovun bir neçə filmində çəkilmişəm, o mənimlə işləmək istəyirdi, bir də görürdün deyirdi ki, “Rasim, təəssüf ki, ssenaridə sənə uyğun rol yoxdur”. Hələ ki canımda can var, ağrıya-ağrıya da olsa çəkilmək istəyirəm… Mən kamera, çəkiliş üçün darıxmaqdan qorxuram, darıxıram və buna görə də çəkilirəm.

Həyat yenə öz sərt üzünü göstərmişdi. Bir uşağın yaşaya biləcəyi ən böyük dərdi yaşatmışdı. Yetim qalmışdı İsmayıl. İsti ana qucağına, ana nəvazişinə ehtiyac duyduğu yaşda...«Bəyin oğurlanması»
-Görəsən monqol turistləri monqol dublyonkalarını buradan niyə alırlar?
-Sənə əjdaha lazımdır? Yox, mənim nəyimə lazımdır? Heç mənə də lazım deyil.
-Əşi nə fərqi var səs hardan gəlir, burdan eşit, burdan da oyna da.
-Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir həm də ki, vacib.
-Ay yoldaş, bir az sakit olar?
-Olar, niyə olmur?
-Nananay nay nay nananay nay -evdə uşaqlar da deyir ki, atamız işə gedib
— Ay kişi istəmirsən səni- ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər?
— Yox
— Düz deyirsən, səni elə görməsələr yaxşıdır.
Ssenarist, rejissor, yazıçı, əməkdar incəsənət xadimi, xalq artisti Həsən Seyidbəyli. Uzun illər Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri olmuş bu unudulmaz şəxsiyyət haqqında düşünəndə onun genişşaxəli yaradıcılıq yolu göz önündə canlanır. Kinorejissor kimi də, yazıçı kimi də çox uğurlara imza atmış, nailiyyətlər qazanmış Həsən Seyidbəylinin mənəvi dünyamızın formalaşmasında böyük xidmətləri var. O, nəinki Azərbaycan, hətta sovet kinosunun aparıcı rejissorlarından və ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olub. Onun hər iki sahədəki yaradıcılığını araşdırarkən heyrətlənməyə bilmirsən. Elə mövzulara toxunub, elə bəşəri ideyalara söykənib ki, həmişəyaşardır, həmişə seviləndir.