Kobud və solğun görünüşlü yaşlılar Boston qatarından enib utancaq bir şəkildə rektor olan binanın dəhlizinə çatdılar. Katibə masadan cəld qalxaraq onların qarşısını kəsdi. Əzilmiş geyimdə və yöndəmsiz halda olan bu kəndlilərin Harvard kimi universitetdə nə işləri ola bilərdi?
Qoca astaca rektoru görmək istədiklərini söylədi. Lakin bu mümkün deyildi. Rektorun o gün onlara sərf edəcək saniyəsi belə yox idi. Yaşlı qadın çəkinərək gözləyəcəklərini söylədi. Katibə bir söz demədən masasına geri döndü. Necə olsa da bir müddət sonra səbrləri tükənib gedəcəklərdi. Saatlar keçdi, yaşlılar gözləməyə davam edirdi. Katibə vəziyyəti belə görərək rektora müraciət etməli oldu. «Bir neçə dəqiqə görüşəsiniz bəlkə, yoxsa getmək niyyətləri yoxdur.» — deyərək rektoru razı salmağa çalışdı.
Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Hərçənd mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün kafi idi. Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə… Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sağ qismi, dizinin alt qisimindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar, sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan ayılıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
Ölümündən sonra bir neçə insanın ruhu Cənnətə düşür. Burada onların bütün arzuları dərhal yerinə yetirdi. İstədikləri, dilədikləri həmin an həyata keçirdi. Bax həyat budur! Yer üzündə nail ola bilmək üçün illərini, hətta bütün ömürlərini sərf etdikləri bütün əlçatmaz olan hər şeyi bir andaca əldə edə bilirdilər. Sadəcə istəmək lazım idi. Onlar hədsiz xoşbəxt idilər. Bu beləcə davam edirdi. Onlar nəinki təsəvvür oluna bilən, hətta təsəvvür oluna bilməyən, ən qarışıq arzular da diləyirdilər. Və nəhayət elə bir gün gəldi ki, onlar artı diləyə biləcəkləri yeni istəklər düşünə bilmədilər. Daxillərində bir boşluq, sıxıntı yaranmağa başlandı. Onlar üzlərini Allaha tutub dedilə: