Düşündürücü hekayələr kateqoriyası üzrə məqalələr

Çanta

Rejissor yeni filminin qəhrəmanını oynamaq üçün gənc bir qız axtarırdı. Hətta bunun üçün qəzetə də elan da vermişdi. Aradan çox az bir vaxt keçsə də, müraciət edənlərin sayı xeyli çox idi. Buna görə də, heç iki gün keçməmiş namizədləri studiyasına dəvət  etdi...

İndi o, bütün günü fasiləsiz gələn fasiləsiz gələn namizədlərlə söhbət etmiş və üstəlik, xeyli gərgin keçən bu söhbətlərdən yorğun düşmüşdü. Nəfəsini yenicə dərmişdi ki, növbəti namizəd içəri girdi və üzündə qəribə bir təbəssüm sınaq kamerasının qarşısında oturdu. Gənc qızın adı Emil Müller idi. Qısa bir tanışlıqdan sonra rejissor gənc qızla söhbətə başladı və başlanğıc üçün: "Çantanızı açıb mənə içindəkilər barədə danışa bilərsinizmi?" — dedi. Gənc qız əlini arxasındakı çantaya uzatdı və çantadan iri qırmızı alma çıxartdı: «Bu almanı səhər meyvələrini rəfə düzən meyvəsatan hədiyyə etdi. Görünür çox iştaha ilə baxmışam»…
Davamı →

"Dəfn mərasimi"

Donna müəllimənin dördüncüləri ilk baxışdan keçmişdə gördüyüm siniflərdən heç nə ilə fərqlənmirdilər. Pəncərələrə cürbəcür çiçək dibçəkləri qoyulmuş, divarlara isə şagirdlərin "əl işləri" asılmışdı. Demək olar ki, burada da başqa ibtidai siniflərdə olduğu kimi ənənəvi ibtidai sinif havası hiss olunurdu. Ancaq yenə də sinifə girəndə sinifdə başqa atmosferin hakim olduğunu görürdüm. Çünki müəllimə də, şagirdlər də həyəcanlı idilər...

Donna müəllimənin təqaüdə çıxmasına iki il qalmışdı və o, Miçiqanın kiçik bir qəsəbəsində ibtidai sinif müəlliməsi idi. Üstəlik, bütün ştatda həyata keçirilən (həm də mənim tərəfimdən) xüsusi layihədə könüllü iştirak edirdi. Donna müəllimənin işi bu layihəni öz sinifində həyata keçirmək, mənim işim isə bu layihənin həyata keçirilməsini sürətləndirmək idi. Bunun üçün isə gündə bəzən üç, bəzən də daha çox sinif gəzmək lazşm idi (yeri gəlmişkən deyək ki, bu layihə eyni vaxtda bir neçə sinifdə tətbiq olunurdu)…
Davamı →

Oğruya da mərhəmət

Mövlana bir gecə namaz qılırdı, yəni meracda idi.
" Eşq sultanı " bir başqa dünyanın insanı idi. Nə evində idi, nədə dünyada. Hüzurunda hüzür tapdığı Rəbbinin yanında idi. Ondan heç bir şey ala bilməyənlərdən biri oğurluqla keçinməkdə idi.
Mövlananın otağına girdi və oradan yerə sərilən xalçanı götürüb getdi.
Bir-neçə gün sonra oğurladığı xalçanı bazarda satarkən yaxalandı. Həzrəti Mövlananın hüzuruna gətirildi.
Mövlana oğrunu vəhşi kimi tutub gətirənləri sözləri ilə təəccübləndirdi. Oğruya yazığı gəlmişdi:
Davamı →

Seminar dərsi

Professor seminar dərsində tələbənin birinə sual verir:
— Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
— Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər — i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhal olan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
— Professor, sizə sual vermək olar?
-Buyur.
Tələbə ayağa qalxaraq sual verdi:
-Professor, soyuq mövcuddur?
-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?
Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:
— Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.
Tələbə davam etdi:
-Professor, bəs qaranlıq mövcuddur?
-Əlbəttə mövcuddur.
— Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. Çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.
Sonda tələbə bir daha sual verdi:
— Professor, bəs şər qüvvələr, şər özü mövcuddur?
— Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.
Buna cavab olaraq tələbə:
— Yox,yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. Şər ALLAHsızlıq deməkdir. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur. deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHsız qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!
Bu tələbənin adı Albert Eynşteyn idi!
Davamı →

Qırx rahib və Mövlana

Əflatun kilsəsinin rahibi rəvayət edir:
— Bir gün biz 40 rahib sual vermək üçün Mövlananın yanına gedirdik. Onunla bazarda bir sobanın qarşısında qarşılaşdıq və sualımızı soruşduq:
— Quranda Məryəm surəsinin 71-ci ayəsində deyilir ki, içinizdən heç biriniz xaric olmamaq şərti ilə hamınız mütləq Cəhənnəmə girəcəksiniz. Bu, Allah qatında mütləq olaraq bir hökmdür. Bu ayəyə görə, istər mömin olsun, istər olmasın, hər kəs Cəhənnəmdən keçəcək, onda İslamın üstünlüyü necə bəlli olacaqdır?
Mövlana sualı belə cavablandırdı:
Davamı →

Vaza və Alma

Qədim Çin filosofu Konfutsi insanlara bir şeyi göstərməyin ən yaxşı yolun onu nümunələrlə göstərmək olduğunu bilirdi.
Bir gün Konfutsi şagirdlərinin yanına gəldi. Onun bir əlində vaza, bir əlində isə alma var idi. Konfutsi şagirdlərinin təəccüblü baxışları altında almanı vazanın içinə saldı. Sonra da üzünü şagirdlərinə tutub:
— Kim almanı vazadan çıxarsa, o, almanı yeyə bilər, — dedi.
Davamı →

Təqvalı kölə

Bir bəy hamama getmək istədi. Köləsinə:
-Sunqur, oyan, başını yastıqdan qaldır,-deyə səsləndi.
-Tası, dəsmalı hazırla, hamama gedək.
Sunqur dərhal tası, dəsmalı aldı, bəylə birgə yola düşdü.
Yolda bir məscid var idi. Sunqurun qulağına azan səsi gəldi.
Davamı →

Günahın qoxusu

Hindistanda bir dəstə yoldaş birlikdə gəzməyə çıxmışdı. Yolları bir Allah dostunun yanından keçirdi. Bu mübarək şəxs onlara bu nəsihəti verdi:
— Qarşınıza fil balaları çıxa bilər. Nə qədər ac olsanız da, məbada onları kəsib ətlərini yeməyin! Əgər yesəniz, anaları sizi məhv edər!
Həmin yoldaşlar söhbətdən sonra yenidən yola düşürllər. Uzun-uzadı səyahətdən sonra bərk acırlar. Bir az sonra qarşılarına bir fil balası çıxır. Allah dostunun verdiyi nəsihətə qulaq asmayıb fil balasını kəsir, ətini də yeyirlər.
Davamı →

Çürük almalar

Atı ilə səyahət edən bir şəxs yatan birinin açıq qalmış ağzına bir ilanın girdiyini gördü. Atını sürətlə çapdı, amma həmin şəxsə çata bilmədi. Gəlib çatanda isə ilan tam olaraq onun ağzına girmişdi.
Dərhal onu oyandırdı. Onun kefi pozulmuş və narahat olmuşdu. Ancaq itiriləcək vaxt da yox idi. Onu zorla, hətta sürüyərək bir alma ağacının altına gətirdi.
Ağacdan tökülmüş çürük almaları zorla ona yedizdirdi. O, atlının əlindəki toppuzun qorxusundan hər istədiyini məcburən edirdi. Zorla yediyi almalardan sonra sıra qaçmağa gəlmişdi. Yenə təhdid edərək " indi sıra qaçmağa gəldi. Haydı, dayanma! " dedi.
Davamı →

Zavallı qızcığaz

O gün çox isti idi. Həmişəkindən də isti. Göydən od yağırdı sanki...
Bir kişi və bir qız uşağı… Qızcığazın iki yaşı olar bəlkə də. Bəlkə də heç olmaz. Bütün uşaqlar kimi şirindir o da...
Bir məchulluğa doğru gedirdilər. Atası dartır əllərindən tez-tez. Ağrıyır əlləri. Ürkək baxışlarla atasına baxır. Görəsən günahı nədir? Atası onu hara aparır?
Axşam anası çox ağlamışdı, niyə görəsən? Hər dəfə hıçqırıq səsinə oyananda anası ona şəfqətlə baxıb oxşamışdı yaşlı gözləri ilə...
Kim bilir, nə baş verirdi? Halbuki " bazara gedirik " deyə çıxmışdılar evdən. Anası ağlayır, atası isə qəzəblənirdi. Bu cür də bazara getmək olmaz ki?...
Getdilər, getdilər. Nəhayət, kimsəsiz bir yerə çatdılar. Qız atasının əlindən çıxıb, ətrafdakı kiçik daşları yığmağa başladı. Bu da onun üçün bir oyun idi yəqin ki…
Davamı →
Top