Öz həyatlarını karyeraya hesr etmiş və adətən günləri evdən kənarda keçən ər-arvad, kiçik qızlarına ad günü üçün bir hədiyyə almaq qərarına gəlirlər və oyuncaq dükanına gedirlər. Qadın satıcı qıza deyir: «Qızım bütün günü evdə bacısıyla qalır. Elə bir oyuncaq istəyirəm ki, ona mənim yoxluğumu hiss etdirməsin».
Satıcı qız başını yellədi:
Amerikada bir kişi lotodan bir milyon dollar qazanır,avtomobilinə gedərkən bir qadın qızının çox ağır, ölümcül bir xəstəliyə tutulduğunu və beş yüz min dollar tapa bilməzsə sabah qızının öləcəyini söyləyir.
Gənc ər-arvad kəndin ucqarında, gözəl bir yerdə qayğısız ömür sürürdü. Onların yeganə qız uşağından başqa, heç bir övladı yox idi. Hər ikisi uşağı dünyalar qədər sevərdi. Qız lap körpə ikən atası əldən-ayaqdan uzaq bir şəhərə, kral paytaxtına səyahətə çıxmalı oldu. Çox uzaq olduğundan nə uşağı, nə də arvadını özü ilə apara bildi. Tək getdi. Yola düşərkən söz verdi ki, qayıdanda onlara nadir hədiyyələr gətirəcək. Öz körpəsi ilə tək qalmış ana yalqızlığın xofunu, qorxusunu özündən uzaqlaşdırmalı idi. Axı onun əri bu ətrafda ilk adam idi ki, uzaq bir ölkəyə səyahətə çıxmışdı. Doğma kənddən başqa, heç yeri görməyən gənc ananın qəlbində yaranan iftixar hissi qorxuya qalib gəldi.