Qaranquşun biri, bir adama aşiq olmuş. Pəncərənin önünə qonmuş, bütün cəsarətini yığmış, tüklərini qabartmış, gözəl dayandığına əmin olduqdan sonra, kiçik sevimli dimdiyiylə şüşəyə vurmuş. Tıq… tıq. .....Tık....
Adam şüşəyə baxmış. Amma içəridə öz işləriylə məşğul olurmuş… Məşğulmuş! Kimmiş onu işindən saxlayan? Kiçik bir qaranquş!
Həyəcanlı qaranquş, təlaşını basdırmağa çalışaraq, dərinbir nəfəs almış şirin dimdiyini açmış, sözlər tökülməyə başlamış. Ey adam! Mən səni sevirəm. Səbəbini soruşma. Uzun zamandır səni izləyirəm. Bu gün cəsarət tapdım danışmağa. Lütfən pəncərəni aç və məni içəri al. Birlikdə yaşayaq.
Adam birdən partlamış: Yox daha nələr? Dayandıq yerdə sən də haradan çıxdın indi? Olmaz, ala bilməm, demiş.