Türkiyədə yaşayan bir şəxs xəbər tutur ki, İranda dahi bir müəllim yaşayır. O düşünmədən bütün əşyalarını satır, ailəsi ilə vidalaşır və dahilik axtarışına yola düşür. Bir neçə il səyyahlıqdan sonra o ali müəllim yaşayan daxmanı taparaq, qorxu və hörmətlə onun qapısını döyür. Müəllim döyüntü səsinə çıxır.
Şəxs deyir: “Mən Türkiyədənəm”, mən bütün bu yolu qət etmişəm ki, sizə bircə dənə sual verəm. Qaca kişi heyrət içindəydi, amma, dedi ki – “Yaxşı. Siz mənə bir sual verə bilərsiniz”
- Mən istəyirəm ki, sualım aydın olsun. Bu səbəbdən olarmı ki, mən türkcə soruşum?
- Bəli. Mən hal-hazırda sizin bir tək sualınıza cavab verdim. Əgər siz daha nəsə öyrənmək istəyirsinizsə öz ürəyinizdən soruşun. O sizə cavab verəcəkdir -deyib qapını örtdü.
Paulo Koyelyonun «Məktub» kitabından
Harun Ər Rəşid və yuxuyozanlar
Bəzən dediyimiz söz başımıza bəla olur. Ancaq bu fikri elə şəkildə deyə bilərik ki, eyni məna kəsb etsə də qarşı tərəf inciməz. «Necə deyərlər nə şiş yanar nə kabab». İlk dəfə mən bu əhvalatı eşidəndə çox xoşuma gəlmişdi. Demək olar ki, ən çox bəyəndiyim əhvalatlar sırasında birinci yerlərdən birini tutur. Bu səbəbdən istəyirəm sizinlə də bölüşüm.
Bir gün Harun Ər-Rəşid yuxuda görür ki, onun bütün dişləri tökülüb. Səhər yuxudan oyanan kimi təbii ki qulluqçularına əmr edir ki, ən yaxşı yuxuyozanı tapıb onun yanına gətirsinlər. Onlar ən yaxşı yuxu yozanı tapıb gətirirlər.
Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.
Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım.
İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.
Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım.
Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi.
Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.
Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.
Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi.
«Analıq gözəlliyi» müntəxəbatından