Bir məmləkətdə xeyirxah və ədalətli hökmdar var idi. Bu hökmdar vətənini çox sevirdi. Daim xalqı üçün faydalı işlər görər, hər zaman insanların rahatlığı üçün çalışardı. O vətənpərvərliyi və fədakarlığı ilə hamının hörmətini qazanmışdı.
Bir gün hökmdar öz sarayından şəhərin ən ucqar nöqtəsinə qədər geniş bir yol saldırmaq tapşırığı verdi. Tezliklə yol çəkilib qurtardı. Hamıya xəbər verildi ki, sabah yol istifadəyə veriləcək. Hökmdar yolu insanların istifadəsinə verməzdən əvvəl bir yarış keçirəcəyini elan etdi. Belə ki, yolu əvvəldən axıra kimi ən gözəl keçən insan mükafatlandırılacaqdı. Hökmdar bildirdi ki, hər kəs bu yarışda iştirak edə bilər.
Əfsanəsi rəvayətə görə quşların hökmdarı olan Simurq ( Zümrüdü Anka ya da qərbdə bilinən adıyla Phoenix), Elm Ağacının budaqlarında yaşar və hər şeyi bilərmiş. Bu quşun xüsusiyyəti gözyaşlarının şəfalı olması və yanaraq kül olmaq surətiylə ölməsi, sonra öz küllərindən yenidən dirilməsidir.
Quşlar Simurqa inanar və onun özlərini qurtaracağını düşünərmiş. Quşlar dünyasında hər şey tərs getdikcə onlar da Simurqu gözləyər dayanarlarmış. Nə var ki, Simur ortada görünmədikcə şübhələnərlər və sonunda ümidləri yox olmaq səviyyəsinə çatıb. Deyərkən bir gün uzaq bir ölkədə bir quş sürüsü Simurqun qanadından bir tük tapmış. Simurqun var olduğunu anlayan dünyadakı bütün quşlar toplanmışlar və birlikdə Simurqun evinə gedib kömək istəməyə qərar vermişlər. Ancaq Simurqun yuvası, ətəkləri buludların üzərində olan Qaf Dağının təpəsindəymiş. Oraya çatmaq üçün isə yeddi dibsiz vadini aşmaq lazımmış, hamısı bir-birindən çətin yeddi vadi: İstək, eşq, bacarıq, işübhə, tövhid, heyrət və yoxluq vadiləri.
— Mən elə bir adamam ki, bir desən, min deyərəm, bildinmi?
Mövlana gedib həmin adamın qarşısında dayanır və tam əminliklə belə deyir:
— Mən də elə bir adamam ki, min desən, bir cavab qaytarmaram, bildinmi?
Bu sözü deyəndən sonra Mövlana dönüb gedir və həmin adam heyrətindən qurumuş halda, dinib-danışmadan, gözdən itənəcən bu böyük könül insanının ardınca baxır.
Çinli tacir bir sahibkardan böyük məbləğdə borca pul alır. Sahibkar dəfələrlə pulnu geri istəyir. Bir dəfə o, tacirin evinə gələndə tacirin qızını görür və ilk baxışdan qızdan xoşu gəlir. Bunu tacirə necə deyəcəyni bilmədiynə görə hiylə işlədir:
— Əgər borcunu ödəməsən, mən hakimin yanına gedəcəm və o səni həbs edəcək. Bunu eşidən tacir özünü itirir, sahibkara yalvarır ki, hakimin yanına getməsin. Vəziyyətdən istifadə edən sahibkar belə deyir:
— Mən səni bağışlayaram, amma sən borcun əvəzinə öz qızını mənə verəcəksən. Bundan öncə yoxlamağ istəyirəm ki, səmalar bu haqda nə düşünür. Mənim çantamda 2 daş var-biri ağ digəri qara. Əgər ağ çıxsa, mən təmannasız borcu sənə bağışlayacağam və səni birdə narahat etmiyəcəyəm. Yox əgər qara daş çıxsa, onda sən qızı mənə verəcəksən.
Tacir bu sözləri deyib gizlincə çantasına 2 qara daş qoydu. Xoşbəxtlikdən qızcığaz sahibkarın hiyləsini öncədən anladı.