Zambiyanın Launqa çayı sahilində qoruqda belə bir hadisə (1983-cü il) olmuşdur.
Qoruğun mərkəzinə idarə binasının qarşısına bir fil gəlir və bərkdən qışqırır. Fili qovurlar. Ertəsi gün maşın gedərkən həmin fil onun yolunu kəsir, maşına göstərdiyi istiqamətə getməyini işarə edir. Sürücü maşını filin təkid etdiyi istiqamətə sürür. Bir qədər getdikdən sonra kolluqda fil sürüsünə rast gəlirlər. Fillər maşını görən kimi dağılışırlar. Bir dişi fil balaları ilə birlikdə getmir. Sən demə o güllə ilə yaralanıbmış. Yoldaşları onların köməyinə gəlib və insandan kömək istəyiblər. Bioloqlar üç gün filə xidmət edib onun yarasını sağaltmışlar. Sağalıb meşəyə buraxılmış fil öz balaları ilə birlikdə qoruyucu idarəsinin qarşısına gəlib öz minnətdarlığını bildirmişdir.
Bir gün bir adam dəniz kənarıyla gedirdi. Birdən o qumdan nəyisə qaldırıb dənizə atan balaca oğlana rast gəldi. Adam uşağa yaxınlaşandan sonra gördü ki o, sahildəki dəniz ulduzlarını qaldırıb suya atır. Onlar oğlanı hər tərəfdən əhatə edirdi. Sanki sahildə milyona qədər dəniz ulduzu vardı. Dəniz kənarı onlarla örtülmüşdü.
Günlərin bir günündə gənc bir oğlan Səadətini axtarmağa çıxır. Az gedir, çox gedir, gəlib bir təpəyə çatır. O, təpədən baxıb aşağıda uca imarətli, küçə və meydanları adamla qaynaşan bir şəhər görür. Bir gün balaca bir qəsəbəyə varlı bir turist gəlir. Turist bir neçə günlük gecələmək üçün, bir otelə gedir. Öncədən icarə üçün 100 dollar otelin sahibinə ödəyib, yuxarı mərtəbəyə — otaqlara baxmaq üçün qalxır. Otelin sahibi 1 dəqiqə belə gözləmədən pulu götürüb, qaçaraq ət dükanına gedib borcunu ödəyir.
Qəssab pulu götürüb sevinərək fermerin yanına, bir neçə gün əvvəl borca aldığı inəyin pulunu ödəməyə gedir. Fermer pulu götürüb avtomobil dəzgahxanasına gedib öz borcunu ödəyir. Dəzgahxananın sahibi pulu götürüb bir neçə gün əvvəl mağazadan etdiyi alış-verişin pulunu ödəyir.
Qapı döyüldü. Qarı bütün gücünü toplayıb oturduğu yerdən qalxdı və qapıya doğru yönəldi. Gələnlər oğlunun əsgər yoldaşları idi. Qarını unutmur, həftədə, ayda bir baş çəkib, onun dərd-səri ilə maraqlanır, bir ehtiyacı olub-olmadığını soruşurdular. Hər ikisi qarının əlini öpdü və uzun boylu: — Heç elə şey yoxdur. Buyurun içəri keçin, bir şey yeyib-içməsəniz, sizi burdan buraxan deyiləm, — söylədi. Həm də o qədər amiranə, ərklə dedi ki, gənclərin içəri girməkdən başqa çarələri qalmadı. O həmişə belə olmuşdu, çünki ehtiyac görməmişdi. Evində başının tacı bildiyi əri, qarşısında nər kimi oğlu olmuşdu. Amma indi heç biri onun yanında deyildi, Haqq dünyasına köçmüşdülər.
Oğlu savaşda şəhid olmuş, əri də bir il keçmədən əbədiyyətə qovuşmuşdu. İndi o ərli, oğullu günlərin alışqanlığı ilə gəncləri içəri dəvət eləmişdi ki, süfrə açsın. Amma heç evdə nəyin olub-olmadığını düşünməmişdi belə. Gənclərdən birisi qapıda gəzişən toyuqları görüb:
— Yaxşı, anacan, bir halda ki, məsələ belədir, onda səndən bir xahış edim: Çox əziyyət çəkmə, hərəmizə iki yumurtanın qayğanağını elə, yeyib gedək. Özü də o vaxt bişirirdin haa, hər biri dən-dən, ayrı-ayrı dursun. Gənclər keçib oturdular, hal-əhval tutdular. Ötən günləri xatırlayıb kövrəldilər.
Ananın şəhid olan oğlu da yumurtanı belə yeməyi çox xoşlayırdı, hər dəfə də anasına deyirdi ki, tavanı qarışdırmasın, qaba necə çırpıbsa, eləcə də süfrəyə gətirsin. İndi bu gənclər də bu xahişlə əslində o dostluğa sadiq olduqlarını isbat etmək istəyirdilər. Bilirdilər ki, ananın bu cür ərkdən xoşu gəlir.
Qadın da mətbəxə getdi və birdən ağlına gəldi ki, toyuqlar üç gündür bir yumurta da verməyib, qabın dibində də cəmisi iki yumurta qalıb. Yumurtaları ovcunda tutub bir müddət eləcə qaldı, əlindən başqa bir şey gəlməyəcəyini düşünüb köksünü ötürdü. Daha neyləmək olardı ki… Yumurtaları bir-bir yağı dağ olmuş tavanın qırağına vurub qırdı və ortadan ayırıb yağın içinə çevirdi. Qarşısındakı mənzərədən özü də heyrətə gəldi: qazanda dörd yumurta sarısı vardı, sən demə hər yumurta cüt sarılı imiş.
Bir padşah varmış. Özü də çox duyğulu, tez dolub-boşalan adam imiş.— Ay oğul, dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul eləməkdir.
Yaşlı bir bənna həyat yoldaşı və ailəsi ilə birlikdə daha azad bir həyat yaşamaq üçün müttəhidinə təqaüdə çıxmaq istədiyini dedi. Müttəhid, bənnanın təqaüdə çıxmasına kədərləndi. Bənnadan sonuncu bir istəyinin olduğunu dedi: «Sonuncu dəfə mənə bir ev tikərsənmi?»
Dünyanın bütün rəngləri bir araya toplaşır və hansı rəngin ən əhəmiyyətli, ən xüsusi olduğunu müzakirəyə etməyə başlayırlar:
Müəllim sinifdəki ağıllı, lakin qısqanc şagirdə «Nə üçün yoldaşlarına qisqanclıq edirsən, onların etdiklərini pozub dalaşırsan?»- deyə soruşdu. Tələbə bir müddət düşündükdən sonra, "Çünki onların məndən üstün olmaqlarını istəmirəm"- dedi. "Ən yaxşı mən olmalıyam.”