Düşündürücü hekayələr kateqoriyası üzrə məqalələr

Gördüklərimizi, yoxsa görmək istədiklərimizi görürük?

Yaşamaq üçün gözəl bir yer axtaran yolçu bir gün öz tarlasında işləyən bir qocaya rast gəldi.
Ondan bu kəndin adamlarının necə olduğunu soruşdu. “Bəs sənin gəldiyi yerdə adamlar necə idi?” – qoca dedi. “Çox pis idilər”, — deyə yolçu cavab verdi. “Hamısı özündər razı, yalançı idi.Onlardan uzaq olduğum üçün özümü çox xoşbəxt hiss edirdim.
Qoca yolçunu dinlədi və “Onda bizim kəntdə də elə insanlar görəcəksən”, — dedi.

Aradan çox keçməmiş başqa bir yolçu gəldi.O da qocaya eyni sualı verdi.Qoca da ona gəldiyi yerdəki insanları soruşdu. “Çox yaxşı idilər”, — deyə yolçu cavab verdi. “Əgər məcbur olmasaydım onlardan ayrılmazdım.Bir- birlərinə kömək etməyi çox sevir, doğruluqda az qala bir- birləri ilə yarışırdılar”. Bunu eşidən qoca ona da “Onda bizim kəntdə də elə onlar kimi adamlar görəcəksən”- dedi…

Bəli, cavablar eyni idi. Çünki qoca ətrafımızdaki insanların əslində “gördükləri” kimi yox “görmək istədiklərimiz” kimi olduğunu çox yaxşı bilirdi.

Davamı →

Ana sevgisi

      Sakit, isti və günəşli bir gün idi. Bir mələk cənnətdən qaçıb yaşlı dünyamıza endi. Mələk tarlalarda, meşələrdə, şəhərlərdə və kiçik kəndlərdə dolaşmağa başladı.

      Günəş batar-batmaz qanadlarını qaldırıb ziyarətim bitdi artıq geri qayıtmalıyam.

      Fəqət buradan bir xatirə ilə dönmək istəyirəm -dedi. Gözəl bir gul bağcasına baxdı və bu gullər qədər gözəl və xoş ətirli görmədim onun üçün xatirə olaraq bu güllərdən götürəcəm -dedi.

      Bu an irəlidə gül yanaqlı bir körpə gördü.


      Körpə gülümsəyərək anasının üzünə baxırdı. Bunu görən mələk öz-özünə: Bu körpənin gülümsəməsi götürdüyüm güllərdəndə gözəldir. Onu da özümlə aparmalıyam.

Davamı →

Sosial işçinin dinlədiyi həyat hekayəsi

“Qapının arxadan bağlandığını eşidəndə, içimdə iki cür həyəcan keçirtdim. Həm zorlanacağımın, həm də...”


Bir qadınla işləyirdim. 6 il idi əri dünyasını dəyişmişdi. 2-ci sinifdə oxuyan bir qızı var idi. Atası tərəfindən əziyyət edildiyinə və döyüldüyünə görə dənizkənarı qəsəbələrin birində ona layihənin büdcəsi hesabına kirayə ev tutmuşdum. Qadın təhlükəsizlik hissindən hər tərəfli məhrum idi. Bir sözlə, qadının özünə inamı çox aşağı idi. Bu müddət ərzində ara-sıra bir oğlanın onun dalınca düşdüyü barədə mənə danışırdı. Mən də hər dəfəsində diqqətli olmağı tövsiyə edir, lazım olarsa, polisə xəbərdarlıq etməyini tapşırırdım. Bir gün mənə zəng vurdu ki, “Cavid müəllim, qadınlıq problemləri ilə bağlı xəstəxanaya gəlmişəm. Xahiş edirəm mənə bəzi dərmanların alınmasında köməklik göstərəsiniz”. Həmən gün onun arxasınca xəstəxanaya getdim. Dərmanların bir qismini xəstəxana rəhbərliyinin vasitəsi ilə əldə edilməsinə nail oldum. Yerdə qalan hissəni isə təşkilatın büdcəsi hesabına aldım və anaya təhvil verdim.

Bir ay sonra o işədiyim ofisə gəldi. Söhbətin gedişində mən səhhətinin necəliyi və bu xəstəliyin mənşəyinin nə olmasını üstüörtülü soruşdum və cavabında eşitdim: «Yadınızdadır, sizə deyirdim yaşadığım ərazidə bir oğlan mənim dalımca düşür və tanış olmaq, evlənmək təklifləri edir?! O bir gün yenə dalımca gəldi və dedi ki, „anamla danışmışam, səninlə evlənmək qərarına gəlmişəm, gedək onunla tanış ol“. Razılaşdım və onunla evlərinə getdik. Sən demə, biz tamam başqa bir „yerə“ getmişdik. Qapının arxadan bağlandığını eşidəndə, içimdə iki cür həyəcan keçirdim. Həm zorlanacağımın, həm də nəhayət 6 ildən sonra bir kişi ilə intim münasibətin həyəcanını. Həmin gün məni çox iyrənc bir şəkildə zorladı. Üstündən bir müddət keçdi. Hamilə qaldım. Abort etdirdim. Sonra məlum oldu ki, uşağın yarısı bətnimdə qalıb və qanımı zəhərləyib. Gecə ilə təcili yardım maşında xəstəxanaya gətirildim. Və səhəri gün sizə yardım üçün zəng vurdum».

Bu hadisəni onun dilindən eşidəndə, mən də bir həyəcan keçirdim. O həyəcanın adını bu gün də fikirləşirəm, amma tapa bilmirəm.

 Cavid Imamoğlu.

Sosial Qəzetdən oğurladı: Alixan İsmətli. 

Davamı →

Hər kəsin əməlinin əvəzi verilər

Deyirlər ki, Harun ər-Rəşidin Bağdaddakı sarayının bağçasında rəngbərəng, növbənöv güllər var imiş. Dünyanın hər nöqtəsindən ən gözəl çiçəklərin toxumunu gətirib bu bağçada əkmişdilər. Amma çiçəklərdən birini xəlifə xüsusi sevirdi.

Həmin gül kolu çiçək açanda qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi ta solana kimi gözünün qabağında saxlayır, ətrini qoxlamaqdan doymurdu. Bağbana tapşırıq vermişdi ki, bütün güllər bir yana, bu çiçək kolundan xüsusi muğayat olsun. Çünki bu gül kolu ildə bir dəfə, özü də cəmi bircə çiçək açırdı.
Davamı →

Yaxşı başlayan hər şey, yaxşıdır...Əlinizdə olanları paylaşın ...

Bir adaya ayaqqabı satmaq üçün göndərilən iki satıcı göndərilir.
İki satıcı adaya çatıb kimsənin ayaqqabı geymədiyini görüncə heyrətdən donub qalırlar.
Satıcılardan biri dərhal mərkəz büroya teleqraf göndərər:
«Sabah evə dönürəm, burada kimsə ayaqqabı geymir!»

İkinci satıcı eyni gerçək qarşısında həyəcanlanar. Dərhal mərkəz büroya zəng edər:
«Lütfən mənə 10 min ayaqqabı göndərin. Buradakı hər kəsin ayaqqabıya ehtiyacı var!»
Unutmayın; yaxşı başlayan hər şey, yaxşıdır...

Davamı →

Sevginin böyüklüyünü Zamanla anlarsan

   Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi  və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular  adanı tərk etmək üçün hazırlaşır. Sevgi  adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada  batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi

  — Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik

  — Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer  yoxdur. deyir.

 Sevgi, çox gözəl bir yelkənli gəminin  içindəki Paxılı  görüb  kömək istəyir.

Davamı →

İbrətamiz hekayələr

1. Bir gün siçan görür ki, fermanın sahibi tələ qoyub. O bu barədə toyuğa, qoyuna və inəyə danışdı. Amma onlar hamısı bele cavab verdilər: «Tələ — bu sənin problemindir, onun bizə heç bir aidiyyəti yoxdur»!

Az sonra bu tələyə ilan düşür və fermerinın sahibinin arvadını sancır. Onu sağaltmaq üçün toyuqdan şorba hazırlanır. Sonra qoyunu kəsdilər ki, xəstəni görməyə gələn hər kəsi yedizdirsinlər. Və nəhayət, inəy kəsildi ki, dəfin mərasimini layiqincə versinlər.

Bütün bu müddət  ərzində siçan baş verənlərə divardakı deşikdən baxıb,  baş verənləri müşahidə edərək, bəzilərinin hec kimə hec bir adiyyatının olmaması haqda fikirəsirdi.

İbrət: Əgər Sizə nəyinsə bir başa dəxli yoxdursa, elə düşünməyin ki, bu nəsə hec vaxt Sizin başınıza gələ bilməz.

Davamı →

Səbr et, Allahın yardım əli həmişə üzərimizdədir.

Dənizdə batmış gəmidən ancaq bir nəfər xilas olur və o, kiçik bir adaya düşür. ALLAHa dua edir ki, ona yardım etsin. Ancaq günlər keçir və heç kəs ona yardım üçün gəlmir. Nəhayət yorulur və taxtalardan özünə kiçik bir daxma düzəldir. Bütün xilas etdiyi əşyaları ora daşıyır. Bir gün yemək axtarmaq üçün gedir və qayıdan zaman görür ki, daxması alışıb yanır. İçərisində olanların hamısı kül olur. Çox təəssüf ki, hər nəyi vardısa yanıb kül olur. Bu mənzərini görüb çox narahat olur və yerində quruyub qalır. Əllərini göyə qaldırıb fəryad çəkir: “ALLAHım, Sən necə razı oldun ki, mənimlə belə rəftar edəsən?”.
Davamı →

Əkilən an bar verən ağac

Harun ər-Rəşid əyin-başını dəyişdirib saray əyanları ilə kəndlərin birindən keçirdi. Öz bağçasında işləyən bir qocanı gördülər. Xəlifə yaxınlaşıb qocaya salam verdi, nə işlə məşğul olduğunu soruşdu.

Qoca cavab verdi: “Xurma ağacları əkirəm”. Harun ər-Rəşid soruşdu: “Əkdiyin fidanlar neçə ildən sonra bar verəcək?”. Qoca: “İnşaallah, on beş ildən, bəlkə də iyirmi ildən sonra”. Xəlifə heyrət içində idi: “Qoca, düşünürsən ki, 15-20 ildən sonra sağ qalacaqsan? Axı, bu ağacların məhsulunu görmək yəqin ki, sənə qismət olmayacaq”. Ağsaqqal kişi əhvalını pozmadan söylədi: “Nə olsun ki? Bizdən əvvəlkilər ağac əkdilər, meyvəsini özləri yeyə bilmədilər, biz yedik. İndi də mən əkirəm, qoy meyvəsini bizdən sonrakı nəsillər yesin”.

Qocanın alicənablığından təsirlənən Harun ona bir kisə qızıl bağışladı. Qoca qızılları alıb Allaha dua etdi: “İlahi, Sənə şükr olsun. Hamı əkdiyi ağacın bəhrəsini neçə ildən sonra görür, mən isə həmin an ağaclarımın faydasını qazandım”.

Xəlifə gördü ki, qoca həm də dindar, şükr edən, gözütox adamdır. Buna görə ona daha bir kisə qızıl verdi. Qoca yenə əllərini səmaya qaldırıb şükr etdi: “İlahi, Sənə şükr olsun. Hamının ağacı ildə bir dəfə bar verir, mənim ağacım isə dalbadal iki dəfə məhsul gətirdi”.
Harun vəziyyəti belə görəndə əyanlarına qayıtmaq işarəsi verib dedi: “Tez qayıdıb gedək. Bu kişi hər dəfə şükr edəndə mən özümü saxlaya bilməyib ona bir kisə qızıl verəcəyəm. Qorxuram ki, bütün xəzinəmi verib müflis olaram”.

Davamı →

Aşiq qaranquş.

Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini                                                        toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur: Tık… Tık… Tık… Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı:
— Hey adam! Mən səni sevirəm. Niyəsini soruşma. Uzun zamandır səni izləyirəm. Danışmağa bu gün cəsarət tapdım. Pəncərəni aç, məni içəri al. Birlikdə yaşayaq.
Adam hirslə cavab verir:
— Yox daha nələr! Sən hardan gəldin? Olmaz. Ola bilməz. Sən bir quşsan. Heç quş insana aşiq olar?
Qaranquş pərt olur. Yenə də ümidini itirmir. Bir müddət sonra təkrar pəncərəyə gəlib gülümsəyərək təkrar şansını yoxlayır:
— Adam, ay adam. Aç bu pəncərəni. Al məni içəri. Səni heç incitmərəm. Bax soyuqlar da başladı, üşüyürəm. Yoxsa isti ölkələrə getməli olacam. Mən ancaq istidə
Davamı →
Top