Türk dilində «yumuşaq qe» samiti adı verilən bu hərfin spesifik xüsusiyyətləri aşağıdakılardır:
1. "ğ" samiti sözün başında işlənmir.
2. "ğ" samiti incə saitlərlə heca qurduqda Azərbaycan dilindəki «y» səsi kimi tələffüz edilir:
iğne — iynə
öğretmen — müəllim
öğrenci — şagird, tələbə
eğilmek — əyilmək
eğlenmek — əylənmək
eğitim — təlim-tərbiyə
iğde — iydə
a) «g» samiti qalın saitlərlə heca qurduqda Azərbaycan dilindəki «q» səsini verir:
garson — ofisiant, xidmətçi
gurbet — qürbət
gar — vağzal
agregat — aqreqat
gazete — qəzet
ırgat — muzdur
gonca — qönçə
gala — ilk tamaşa
galiba — ehtimal ki
Türk dilində 21 samit var. Bu samitlərdən üçü — g, k, l iki danışıq səsinə malikdir, "ğ" samiti isə spesifikdir. Digər samitlərin tələffüzü Azərbaycan dilindəki samitlərin tələffüzü ilə eynidir. Yadda saxlamaq lazımdır ki, hər iki dildə samitlərin əsas xüsusiyyəti onların küylü olmasıdır. Lakin türk dilində kar samitlərin işlənmə sahəsi daha genişdir. Bunun başlıca səbəblərini belə izah etmək olar.
1. Azərbaycan dilində «q» cingiltili samiti ilə başlayan sözlərin əksəriyyəti türk dilində kar «k» samiti ilə işlənir.
qalın — kalın
qadın — kadın
qış — kış
qoyun — koyun
quş — kuş
qazan — kazan
qar — kar
qulaq — kulak
quzu — kuzu
Türk dilinin saitləri ilə Azərbaycan dili saitlərinin tələffüzündə əsaslı fərq yoxdur. Saitlərin qısa və uzunluğu da əsasən eynidir.
Azərbaycan dilində olduğu kimi türk dilində də başqa dillərdən alınan bir sıra sözlərlə saitlər uzanır. Məsələn: aile, davet, alim, adalet, ceza, istiklal və s. Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, Azərbaycan dilindən fərqli olaraq türk dilində alınma sözlərdə saitlərin uzun və ya qısa tələffüzü sözün lüğət mənasını dəyişdirmək xüsusiyyətinə malikdir.
Türk dilinin saitləri üç prinsipə görə bölünür:
1. Dilin vəziyyətinə görə:
a) dilönü və ya incə saitlər: e, i, ö, ü.
b) dilarxası və ya qalın saitlər: a, ı, o, u.
2. Dodaqların vəziyyətinə görə:
a) dodaqlanan saitlər: o, u, ö, ü.
b) dodaqlanmayan saitlər: a, ı, e, i.
Azərbaycan dilində olduğu kimi, türk dilində də feli bağlama formaları çoxdur. Bu formalar xüsusi şəkilçilər vasitəsi ilə düzəlir:
1) -ip, -ıp, -up, -üp
Kapıyı açıp içeri girdim.
Arabaya binip gittiler.
Biraz konuşup ayrıldılar.
Akşama kadar gülüp eğlendik.