Yaraşıqlı görünüş, gözəl imic kateqoriyası üzrə məqalələr

Güclü dırnaqlar

Uzun və sağlam dırnaqlara sahib olmaq istəyənlər mütləq müəyyən aralıqlarla fərqli baxım formullarından yararlanırlar.

Bu yağ baxımını gündə iki dəfə təkrarlasanız, daha sağlam dırnaqlara sahib ola bilərsiniz.
 
3 xörək qaşığı bal
5 ml lavanda yağı
10 ml quşburnu yağı
 
Lavanda və quşburnu yağını balla qarışdırdıqdan sonra gündə iki dəfə dırnaqlarınıza çəkin. 15 dəqiqə sonra əllərinizi sabunlu su ilə yuyun. Faydasını görəcəksiniz.
Davamı →

Dabanlara qulluq

Xanımlar saatlarla üzlərinə, dırnaqlarına, saçlarına qulluq etdiklərinə baxmayaraq, dabanlara qulluq üçün bəzən həftədə iki saat belə ayıra bilmirlər. Daban qulluğu üçün bəzi məsləhətləri təqdim edirik.

Dabanda sərtləşmiş dəri qatını götürmək və bir daha onun yaranmaması üçün daban daşından, müxtəlif fırçalardan, krem – pilinqlərdən istifadə edin. Dəri qatının alınmasını asandlaşdırmaq üçün ilk öncə ayağınızı isti suda bir müddət saxlayın ki, dəriniz yumuşalsın. Suya müxtəlif otlardan və efir yağlarından qatmaq olar. Dəriniz yumuşaldıqdan sonra daban daşından və ya sair vasitələrdən istifadə etmək olar.
Davamı →

Hündürdaban ayaqqabı alarkən nələrə diqqət etməli?

Qalın dabanlar
Dikdaban ayaqqabıların ən sevdiyimiz cəhəti incə və cəlbedici dabanlarıdır. Amma bütün günü ayaqda keçirəcəksinizsə, sizə məsləhətimiz odur ki, qalın dabanlı ayaqqabılara üstünlük verəsiniz. Qalın dabanlar tarazlığı da qoruyaraq, yeriməyi asanlaşdıracaqdır. Bütün yükü ayağınızın ön hissəsinə vermədiyiniz üçün daha uzun müddət ağrısız gəzə biləcəksiniz.

Keyfiyyətli ayaqqabılar alın
Ucuz dikdabanlar keyfiyyətsiz materiallardan hazırlandığı üçün ayaqlarınızı zədələyə bilər. Buna görə də hələ bir neçə saat keçmədən ayağınızı incitməyə başlayacaqdır. Əgər uzun müddət rahat şəkildə dikdaban geyinmək istəyirsinizsə, əmin olduğunuz markanın ayaqqabılarını alın. Həqiqi dəridən hazırlanmış, yaxşı markanın məhsullarını əldə edin.
Davamı →

Arıq görünmək üçün məsləhətlər

Dar və düz don
Arıq görünmək üçün dar və düz bir don seçimi edə bilərsiniz. Tək rəngli, tünd, diz üstündə bitən, nə çox dar, nə də çox enli bir don sizi olduğunuzdan daha arıq göstərəcək.

Doğru parça
Parça seçiminə diqqət edin. Mat parçalara üstünlük verin. Parlaq parçalar sizi olduğunuzdan daha kilolu göstərəcək. Korset taxa bilərsiniz. Pencək geyinmək də bədəninizdəki qüsurları gizlətmək üçün yaxşı bir üsuldur.

Qələm ətək
Bir çox qadının qələm ətəklərlə bağlı səhv fikirləri vardır. Qələm ətək geyindikdə kök görünəcəklərini düşünürlər. Ancaq bu səhv fikirdir. Əksinə, qələm formalı ətəklər sizi olduğunuzdan daha arıq göstərəcəkdir.

Düz şalvar
Əgər arıq görünmək istəyirsinizsə, böyük cibli, enli şalvarlar ilə vidalaşın. Sizin üçün doğru şalvar düz olan və heç bir yerində cizgi olmayan şalvardır.
Davamı →

Şampununuzu zənginləşdirin

Adi gündəlik istifadə etdiyimiz şampunu zəngnləşdirmək olar. Zənginləşdirilmiş şampun saçlara həm kosmetik, həm də müalicəvi təsir edir — saçları möhkəmləndirir, kəpəklə mübarizə edir, tökülməsini azaldır, xarici görünüşünü xeyli yaxşılaşdırır.

Şampunu zənginləşdirmək üçün bu kimi inqrediyentlərdən istifadə edin:

1. Şampun + bal
Şampunu yarıbayarı olmaqla balla qarışdırın, saçlara çəkin, yüngül massaj edin, 10 dəqiqə saxlayın, yaxşı yuyun. Müxtəlif vitamin və minerallarla zəngin olan bal saçları möhkəmləndirir, tökülməsini azaldır, daha parıltılı və canlı edir. Həmçinin bal baş dərisinə də müsbət təsir edir, kəpəyi azaldır.
Davamı →

Nənələrin məsləhətləri


Yaşıl qozun suyu ilə tüklü hissələri silin. Proseduru minimum 2-3 dəfə təkrar etməklə, xoşagəlməz tüklərdən azad olmaq olar.

Gicitkən toxumlarını və yağından ibarət qarışığı üzə çəkib, tüklərə “əlvida” deyin.

Yağlı dəri üçün sirkə və bal qarışığı losyonu məsləhətdir. 1 xörək qaşığı balı 1 çay qaşığı sirkə ilə qarışdırıb, 50 qr. odekalon və 1 stəkan su əlavə edin.

Yorğun günlərdə dincəlmək üçün 1 çay qaşığı qatığın üzərinə 1 çay qaşığı bal və yulaf toxumlarını əlavə edib, üzərinə bir az duz səpib, yaxşıca qarışdırın. Qarışığı üz və boyun hissələrə çəkib, 20 dəqiqə gözləyin, əvvəlcə ilıq, daha sonra soyuq su ilə yuyun.
Davamı →

Gözaltı qaralar üçün maskalar

Karbonat (soda) çox güman ki, hər evdə olan universal ərzaqlardandır. Soda yalnız şirniyyatların bişirilməsində deyil, həm də təmizlik, müalicə, bədənə və üzə qulluq vasitəsi kimi də istifadə edilir. Əlbəttə, sadə, adi bir ərzağın bu qədər effektə malik olmasına inanmaq çətindir.

Soda gözaltı qaraların öhtəsindən gəlmək üçün olduqca faydalıdır. Artıq gözaltına tonal krem vurmağa ehtiyac qalmayacaq.

Resept 1
5 qram istənilən gözaltı krem
1 çimdik soda

Sodanı kremlə qarışdırın və gözaltına çəkib 10-15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun.

Resept 2
1 çay qaşığı soda
1 stəkan isti su, ya da çay

Bütün bunları qarışdırın. Makiyaj pedlərini qarışıma batırıb gözaltına qoyun və 15 dəqiqə saxlayın. Yuyun və nəmləndirici krem vurun.
Davamı →

Bərpaedici maska


Saçları tez bir zamanda bərpa etmək üçün bu reseptdən istifadə edin. Bu saçlar üçün əsl «təcili yardım»dır.

Aptekdən hərəsindən 1 ampula B2, B6, B12, C vitaminləri və kapsul şəklində aevit (A və E vitaminləri) alın. Saç balzamından 1 x.q götürün, vitaminləri əlavə edin (ampulları açmaq, kapsulu deşmək lazımdır), yaxşı qarışdırın, saçlarınıza çəkin. Başınızı sellofanla, üzərindən dəsmalla örtün, 1 saat saxlayın, sonra şampunla yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə etmək olar. Effekt 1-2 istifadədən sonra görünür.
Davamı →

Epilyasiyadan sonrakı qıcıqlanma

90% qadınlar epilyasiyadan sonra qızartı, xoşagəlməz qıcıqlanmalarla rastlaşır. Bu problem bəzilərimizdə 2-3 gün davam edir. Lakin 6 çıxış yolu var ki, bu üsullarla xoşagəlməz problemin öhdəsindən asanlıqla gələ bilərsiniz. Necə? Biz sizinlə bu sirri paylaşırıq.

Aloe – qıcıqlanmanı və qızartını dərhal aradan götürən ən yaxşı təbii vasitələrdən biridir. Bitkinin yarpaqlarından əldə etdiyiniz təbii gellə siz xroniki olaraq sərinlik hiss edəcəksiniz. Əgər əlinizin altında təbii məhsul yoxdursa, o zaman aloe-vera tərkibli nəmləndirici krem də işinizə yaraya bilər.

Otlar – Əgər epilyasiyadan sonra qızartı və qıcıqlanma hissiniz olsa onu aradan qaldırmaq üçün pambıq diski adaçayı (şalfey) və ya çobanyastığı dəmləməsinə batırıb dərinizə çəkin. Rahatlıq hiss edəcəksiniz.
Davamı →

Yay üçün ən yaxşı üz maskaları

Yayda üz dərimiz istinin, tozun təsirilə tez-tez yağlanır. Bu yağlanmanın qarşısını təbii üsullarla almağa çalışırıq. Çünki kimyəvi məhsullar isti yay günlərində üz dərsini daha da yağlandıra bilər.

Yağlı dərilər üçün olan üz maskaları dərini qurudub və təmizləməklə yanaşı, ona nəmlik də bəxş edir. Buna görə də, qızmar yay günlərində yağlı üz dərinizlə mübarizə aparmayasınız deyə sizə bir-birindən də yaxşı nəticə göstərəcək 5 ən yaxşı ev üsulu maskanı təqdim edirik.

Məsamələri daraltmaq üçün
Bu maska üçün sizə 1 ədəd yumurta və ¼ hissə limon lazımdır. Yumurtanın ağını çalın, üzərinə limonun suyunu sıxıb yenidən qarışdırın. Təmizlənmiş üzə bir qat bu qarışımı çəkin və qurumağını gözləyin. Quruduqdan sonra bir daha üzərindən maskanı çəkin, 15 dəqiqə qurumağını gözləyin. Və soyuq su ilə yuyun. Maskanın effektli olması üçün maskadan sonra üzünüzə uyğun yüngül tərkibli nəmləndirici krem çəkin.
Davamı →
Top