Bununun ölçülərinin və formasının korreksiyasına yönəlmiş cərrahiyyə əməliyyatı «rinoplastika» adlandırılır.
Rinoplastika ən mürəkkəb plastik əməliyyatlardan biri sayılır. Burunun əyri, qeyri-proporsional (çox böyük, enli və s.) olması, burun donqarı, burun çəpərinin əyriliyi, burun travmaları və anadangəlmə patologiyaları rinoplastika üçün göstəriş sayılır.
Rinoplastika əməliyyatı üçün müəyyən əks-göstərişlər var: bəzi ürək xəstəlikləri, şəkərli diabet, onkoloji proseslər, böyrək və qara ciyər patologiyaları, qanın laxtalanmasının pozulmaları, əməliyyat sahəsində olan iltihablar və s. Üz skeleti (və o cümlədən burun) 18 yaşına kimi tam formalaşır. Bu səbəbdən bu yaşa kimi rinoplastika yalnız istisna hallarda həyata keçirilə bilər (məsələn, çəpər əyriliyi səbəbindən burun nəfəsalması ciddi pozulduqda, bəzi anadangəlmə patologiyaları zamanı və s.).
Əməliyyat ümumi narkoz vasitəsilə həyata keçirilir. Əməliyyat açıq və qapalı üsulla həyata keçirilə bilər.Açıq əməliyyat zamanı burun yollarını ayıran dəridə kəsik aparılır, burunun dərisi tam qaldırılır. Əməliyyatdan sonra dəri öz yerinə qaytarılır və kəsik tikilir. Qapalı əməliyyat zamanı kəsiklər yalnız burunun içərisində selikli qişada aparılır. Lakin bu halda həkim «kor-korana» işləməyə məcbur olur.
Bu masaj kosmetoloq tərəfindən təqdim olunur.
Dəriyə güclü təzyiq etməyin və bütün hərəkətləri yalnız massaj xəttlərlə edin.
Qadınların böyük dərdi olan sellülitlərdən 10 sadə idman hərəkəti ilə xilas olmaq mümkündür. Bu hərəkətlərə gündə 30-40 dəqiqə vaxt ayırmaqla istədiyiniz formaya düşə bilərsiz.
Arxası üstə uzanıb ayaqlarınızı tək-tək düz olaraq qaldırıb endirin.
Üzü üstü yataraq omba əzələlərini sıxıb saxlayın və gəvşəyin.
Ayaqlarınızı çiyin genişliyində açın, ombanız dizlərinizin cərgəsinə gələnə qədər çöküb qalxın.
— 1 ovuc çiyələyi yaxşıca əzib suyunu süzün. Süzdüyünüz çiyələk suyunun içinə bir az gül suyu əlavə edin. Bu qarışımı üzünüzə və boynunuza sürtüb 1 saat gözləyin, sonra sodalı su ilə üzünüzü yuyun. Həftədə 1 dəfə tətbiq edin.
— Yarım almanı rəndələyərək yaxşıca əzin və içinə 2 qaşıq qaymaq qatıb qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə saxlayın. İlıq suyla yuyun və nəmləndirici krem sürtün. Həftədə 1 dəfə edin. Bundan başqa bol-bol alma yemək də üzə faydalıdır.
— Eyni miqdarda limon suyu və qliserini qarışdırıb bir qaba qoyun. Yatmadan əvvəl bu suya batırdığınız pambıqla üzünüzü silin.
— Yatmadan əvvəl 1 stəkan yemiş suyunu 1 stəkan qaynamış su ilə qarışdırıb dərinizi yuyun. Daha sonra qaynamış südə batırdığınız pambıqla üzünüzü təmizləyin və yumşaq bir dəsmalla silin.
Saçınızı necə yuyacağınızı bildiyinizimi düşünürsüz? Yenidən düşünün! Fərqində olmadan etdiyiniz bəzi səhvlər var.
Həftənin 7 günü, ilin 365 günü eyni şampundan istifadə edirsiz.
Hər şeydən əvvəl saçlarınızı hər gün şampunlamamalı və hər dəfə eyni şampundan istifadə etməməlisiz. Bir neçə aydan bir şampunuzu dəyişdirin.
Şampunlamadan əvvəl saçlarınızı yetərincə islatmırsız.
Saçlarınızı tamamən yaxşı islatdığınıza əmin olun.
Şampunlamağa həmişə eyni yerdən başlayırsız.
Həmişə saçınızın düz ortasından şampunu tökürsüz. Bu dəfə ya boyun hissəsindən, ya da saç uclarından başlayın.
Çox sürtünmə yaradırsız.
Saçlarınıza çox zərər verməmək üçün sadəcə barmaq ucları ilə zərif masaj edərək saçlarınızı yuyun.
İsti suyla durulayırsız.
İsti su saç dərisinin, saçların qurumasına səbəb olur, ilıq sudan istifadə edin.