Ev işləri ilə çox məşğul olduğunuzdan əlləriniz korlanıb kobud hala gəlib?
50 qr vazelin, 40 qr badam yağı və ya zeytun yağı, 10 qr parafin və 10 qr kakaonu əridin. Bu qarışımı camın içinə qoyun. Hər gün təmiz əllərinizə yaxşıca yayaraq sürtün. Əllərinizi neylon sellofanla sarıyıb 15 dəqiqə bu şəkildə saxlayın. Sellofanı açdıqdan sonra əllərinizi yuyun. Əllərinizin həm quruluq probleminə çarə olacaq, həm də yumşaq edəcək.
Saç dəriniz quruyur və qaşınırsa, başınızı alma sirkəsi ilə yuyun. Alma sirkəsi qaşıntını yox edir, quruluğunu da aparacaq.
Saçınız həmişə dolaşır və güclə daranır? Hər hansı bir saç kremindən sprey şüşəyə qatıb su ilə qarışdırın və hər dəfə darayanda bir az istifadə edin.
Kəpəkdən xilas olmaq üçün baldan istifadə edin. İsti suda balı qarışdırıb əridin. Barmaqlarınızla saç diblərinə masaj edərək yedirin. Daha sonra yuyub durulayın.