Gözəl və baxımlı görünmək üçün sərvət xərcləmədən də gözəl görünə bilərsiniz.
Qaşlar üzümüzü gözəl göstərən ən əhəmiyyətli faktordur. Ən riskli şeylərdən biri səhv alınmış qaşlardır. Bir anda üzünün ifadəsi dəyişə bilər, xalq arasında «qaşım küsdü» kimi ifadə edilən fəlakət baş verər və alınan yerdən qaş çıxmaz!
Ona görə qaşlarınızı mütləq mütəxəssis olan birinə aldırmalısınız. «yox, mən alacağam» deyirsinizsə, əvvəl bu 8 qayda ilə tanış olun.
1. Qaşlarınızı bir fırça köməyi ilə düzəldin və yuxarı doğru darayın. Əgər qaşlarınız düzsə aşağıya doğru darayın. Kiçik bir qayçı ilə normal uzunluğa çatana qədər qısaldın. Beləcə, gerçək qaş şəkliniz ortaya çıxacaq.
2. Qaşınızın tam ortasını qələm köməyi ilə seçin. Qələmi burnunuzun yanında və dik bir şəkildə yapışdırın. Qələmin xaricində qalan hissə burnunuzun geniş görünməsinə səbəb olar.
3. Qələmi göz qapağınızın qarşısında saxlayın. Qələmin ucunun göstərdiyi nöqtə, qaşınızın qövslü olması lazım olan yerdir.
4. Qələmi bir ucunu burnunuzun kənarına, digər ucunu gözünüzün kənarına tərəf tutun. Qələmin ucunun göstərdiyi nöqtə qaşınızın bitməsi lazım olduğu nöqtədir.
Dərinin möhkəmləndirilməsi və qidalandırılması üçün kremlər, toniklər və s. savayı, mağazadan alınan və ya ev şəraitində hazırlanan müxtəlif maskalardan da istifadə etmək olar. Onların dəriyə müxtəlif xeyirli təsirləri vardır: dərinin qocalması prosesini ləngitməyə, qırışlardan qurtulmağa, ona möhkəmlik və elastiklik verilməsinə və s. kömək edir. Bu məqsədlə maskalardan həftədə 2 dəfədən az olmayaraq istifadə edilməsi tövsiyə olunur.
— 1 yumurta sarısını 1 çay qaşığı bal, 1/2 portağal şirəsi ilə qarışdıraraq boynunuza sürtüb quruyana qədər saxlayın. Sonra ilıq su ilə yuyun və krem sürtün (bütün maskalardan sonra boynunuza qidalandırıcı krem sürtün).
— 2 xörək qaşığı yağlı kəsmiyi 1/2 limonun şirəsi və 1 çay qaşığı zeytun yağı ilə qarışdırın. Bu tərkibi nazik pambıq parça üzərinə sürtərək boynunuza dolayın və 10-15 dəqiqə saxlayın.
— Boyun dəriniz xeyli bürüşmüşsə həftə ərzində 1-2 dəfə olmaqla, kartof püresi, yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı bitki yağından hazırlanmış maskanı kompres şəklində boynunuza qoyun və 20 dəqiqə saxlayın.
— Suda bişirilmiş kartofun qabığını soyub əzərək,1 çay qaşığı zeytun yağı və qliserinlə (apteklərdə satılır) qarışdıraraq tənzif üzərinə çəkin, boynunuza dolayın və qalın parça ilə örtüb 15-20 dəqiqə saxlayın.
Saçlara olduğu kimi, qaş və kirpiklərə də daimi qulluq edilməsi tələb olunur. Kifayət qədər vitamin və mikroelementlərlə zəngin olan düzgün qidalanma kirpik və qaşların böyüməsi və möhkəmlənməsinə kömək edir. Qida rasionunda tərkibində fol turşusu (ispanaq, soğan, kahı, qara ciyər, böyrək, ət), həmçinin sink (noxud, yumurta sarısı, araxis-yerfındığı, badam, qoz) olan məhsullar olmalıdır. Gündəlik qulluğu da yaddan çıxarmaq lazım deyil.
Heç bir halda gözətrafı sahələrdən makiyajı silmədən yatmaq olmaz – bu kirpiklərə xeyli dərəcədə ziyan vuraraq onların tökülməsinə səbəb olur! Axşam saatlarında gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün ancaq xüsusi vasitələrdən istifadə etmək lazımdır. Axşamlar üzünüzü təmizləyərkən, eyni vasitə ilə qaşlarınızı da təmizləməyi unutmayın.
İlin mövsümündən, məkandan asılı olmayaraq, gözəl və təravətli görünmək kimin xoşuna gəlməz ki? Bu çoxmu çətindir? Əlbəttə, bəziləri bunu maddi təminatla, bəziləri isə kosmetik salonlara getmək üçün vaxtın çatışmazlığı ilə də bağlaya bilərlər. Əslində kosmetologiya bir elm kimi o qədər də qədim deyil, lakin gözəl qadınlar həmişə olub və ətrafdakıları öz gözəlliyi, təravəti ilə cəlb ediblər. Deməli, təravətli və cazibədar görünməyin yolu yalnız kosmetik salonlardan başlamır. Xoş əhval-ruhiyyə, iş və istirahətin düzgün təşkili, emosional sabitlik və əlbəttə ki, qadın gözəlliyinin təminatçısı olan sevgi.