Yaraşıqlı görünüş, gözəl imic kateqoriyası üzrə məqalələr

Baxımlı olun

Dərinizdə bakteriya meydana gəlməsinin qarşısını almaq, sağlamlığınızı və gözəlliyinizi qorumaq üçün davamlı olaraq dərinizə qulluq edin.
Səhər-axşam dərinizi təmizləmək üçün dəri tipinizə uyğun məhsullar seçin. Gün ərzində dərinizdə yığılıb qalan toz, tər, makiyaj qalıqları ziyanlıdır.

Sabun dərinin elastikliyini və parlaqlığını itirir, çünki dəriyə nəmlik gətirən yağı tamamilə özünə çəkir. Ona görə də sabundan həddən çox yağlı dəridə istifadə etmək olar, dəriniz quru və normaldırsa, sabunla yumayın.

Həssas dərini termal su spreyləri ilə təmizləyin, bu sular həm dərini nəmləndirir, həm də qızartıları aradan qaldırır.

Vaxtı keçmiş kosmetik vasitələr zərərlidir

Qida və dərmanlarda olduğu kimi, kosmetik məhsulların da son istifadə tarixi var. Krem, pomada, pudra və s. kosmetik məhsullar alarkən istehsal və istifadə tarixlərinə diqqət edin. Əgər istifadə tarixi keçibsə, atın, çünki belə məhsullar dəridə allergiyaya səbəb olur, qızartılar, sızaqlar əmələ gətirir.

Maskalardan istifadə
Dərinizə uyğun maskadan istifadə etdikdə onun parladığını, gərildiyini və hamarlaşdığını elə ilk gündən hiss edəcəksiniz. Çobanyastığı kökündən hazırlanmış maskalar dərinin rahatlığını təmin edir, qızartıların və qaşınmanın qarşısını alır.

Davamı →

Sağlam gözəllik üçün məsləhətlər

-Dırnağınızın dərisinin yumşaq olması üçün vanna qəbul etdikdən sonra hər gecə yatmazdan öncə 1 şüşə E vitaminini yağı ilə ayaq və əl dırnaqlarınızın ətrafındakı dəriyə yaxşıca vurun.

-Dərini təmizləməkdən ötrü 1 litr qatıq, 1 qaşıq günəbaxan yağı və 2/3 çay qaşığı limon şirəsini birlikdə qarışdırıb qapalı qabda soyuducuda saxlayın. Həmin qarışıqdan gecə-gündüz 1 çay qaşığı qədər götürüb üzünüzə vurun.

-1 qaşıq buğda toxumunun yağı, 1 qaşıq küncüt yağı, 1 qaşıq yapon gülünün yağı, 1 qaşıq E vitamini yağını qarışdıraraq dərinizin ləkəli nahiyələrinə gündə 2 dəfə vurmaqla istədiyinizə nail ola bilərsiniz.

-Yağlı saçları yumşaltmaq üçün 1 ədəd limon, 1/16 litr alma sirkəsi kifayətdir. Limonu yuyub dilimləyin və çəyirdəyini çıxardıqdan sonra blendrdən keçirib, alma sirkəsi ilə qarışdırın.
Saçınızı şampunlayıb yuduqdan sonra qurudun və həmin qarışığı saçınıza sürtün. 5-10 dəqiqə gözləyib təkrar saçınızı yuyun.

Davamı →

Artıq çəkidən azad olmaq üçün

1. Gün ərzində fiziki fəallığınızı çoxaltmağa çalışın. İdmanla məşğul olun, evdə daha çox hərəkət edin. Sağlamlıq probleminiz yoxdursa, ev işlərində məişət cihazlarından nadir hallarda istifadə edin.

2. Kola, hazır meyvə şirələri, qazlı, turşu tərkibli içkilər əvəzinə mineral sular, təzə sıxılmış meyvə şirələri, ayran için.

3. Yeməyi siqnalverici qazanlarda bişirin. Bu qazanlar həm sağlamlıq üçün, həm də praktiki baxımdan yararlıdır.

4. Xörəklərə mümkün qədər az duz səpin, yağını azaldın. Duz əvəzinə nanə, kəklikotu kimi ədviyyatlardan istifadə edin.
Zeytun yağı ürək-damar üçün faydalı olsa da, unudulmamalıdır ki, bunun da, digər yağlar kimi 1 qramı 9 kalori enerji verir, həddən artıq istifadə etdikdə kökəlməyə səbəb olur. Ona görə 1 pay salata 1 desert qaşığından çox yağ tökməyin.

5. Balığı, kartofu qızartmaq əvəzinə sobada bişirin.

Həmçinin bax:  8 Qızıl qayda
Davamı →

Dəb sənsən!

dəbBəzən “dəbə uyğun deyil” düşüncəsi ilə özümüzə yaraşan, zövqümüzü oxşayan geyimlərdən imtina edirik. Bu, doğru yanaşma deyil. Bir paltar sizə yaraşırsa, zövqünüzü oxşayırsa, bu paltarı geyinəndə özünüzü rahat hiss edirsinizsə, qəlbinizdə sevinc hissləri baş qaldırırsa, deməli, bu sizin dəbinizdir. Dəbdə olan bir paltarı geyinmək sizin daxili aləminizin ifadə edilməsinə xidmət göstərmirsə, o, yalnız etiket sevənlər üçün nəsə deyə bilər. İndi qış fəslidir. Ona görə də qışa uyğun rəngdə paltar geyinmək daha məqsədyönlüdür. Qış fəslinin rəngləri arasında qəhvəyi, boz, qara rənglər üstünlük təşkil edir. Odur ki, paltar seçərkən onun rənginin də mövsümə uyğun olub-olmamasını nəzərə almaq lazımdır.

İnsan yaşa dolduqca daha canlı və parlaq rənglərə üstünlük verir. Lakin zövqə uyğun rənglərdən istifadə etməyi bacarmaq lazımdır. Məsələn, qara və qəhvəyi rənglər bir-biri ilə heç cür uzlaşmır. Ona görə seçimdə bir-birini tamamlayan rənglərdən balanslı şəkildə istifadə etdikdə insanın ruhu təzələnir, özü də gözəl görünür. Qırmızı ilə narıncı, göylə yaşıl, bənövşəyi ilə nar çiçəyi rəngi bir yerdə xoş bir görüntü yaradır.

Qışda nisbətən tünd rəgli palatarlara üstünlük verildiyindən bu cür geyimləri bəzək əşyaları ilə daha effektli göstərmək olar. Bu mənada şal, qalstuk, dəbdəbəli sırğalar, uzun və iri muncuqlu parlaq boyunbağılar, rəngarəng ayaqqabı və çantalar geyim stilinizi dəyişdirib, imicinizi daha fəal və enerjili göstərəcəkdir.

Davamı →

Üz üçün maskalar

Üzünüzə elastiklik və təravət bəxş etmək istəyirsinizsə orta ölçülü kökü sürtgəcdən keçirdin üzərinə doğranmış (həvəngdəstədə döyülmüş də olar) cəfəri və bu qarışımı kaşa halına gətirə biləcək qədər süd əlavə edin. Daha sonra üzünüzə çəkib 15 dəqiqə uzanın. Maska ilıq su ilə yuyulmalıdır.
Soyuq havadan qıcıqlanan, günəşdən qızaran və s. kimi problemlı dəri tipinə sahib olan xanımlarım mütləq noxud unundan istifadə etməlidirlər. Nəxud ununu evdə də hazirlaya bilərsiniz. Bir neçə noxudu kofemolkada üyüdün daha sonra bir neçe dəqiqəlik mikrodalğalı sobada qurudun, sonra üzərinə 1 çay qaşığı xama və 1 çimdik duz əlavə edib gözaltı nahiyəsi xaric olmaqla üzünüzə çəkin, 15 dəqiqədən sonra maskanı su ilə təmizləyin.
Davamı →

Sağlam saçlar üçün

Saçların sağlam olması üçün.

1.Günəş şüalarından saçlarınızı qoruyun.Çox günəş altında qalmaq və çox dəniz suyunda qalmaq saçlarınıza zərər verir.
2.Hər gün saçlarınızın diblərinə masaj edin.
3. Stress və əsəbdən uzaq olun.
Davamı →

Dekolte bölgəsinin gözəlliyi üçün

Boyun dərisi, həmçinin dekolte zonasının dərisi çox incə və həssasdır və tərkibində çox az yağ kisəcikləri var.

Danışmağımız, başımızın hər gün minlərlə hərəkəti və s. nəzərə alsaq boyun dərimiz xeyli əziyyət çəkir. Biz necə? Ona yetərincə diqqət ayırırıqmı?

Təəssüf ki, diqqətimizin böyük hissəsini üz dərimizə ayırdığımız üçün boyun və dekolte zonasını demək olar ki, tamamilə unuduruq.

Boyun dərisinə qulluğun əsas qaydaları:
— Boyun dərisinin çirkini və ölmüş hüceyrələrini təmizləmək üçün müntəzəm olaraq hər axşam yumaq lazımdır. Yaxşı olardı ki, bu məqsədlə adi sabundan deyil, üz dərisinin yuyulması üçün olan köpük və ya digər xüsusi vasitələrdən istifadə olunsun. Dairəvari hərəkətlərlə aşağıdan yuxarıya doğru barmaq uclarınızla sabunlu dərinizi massaj edin.

Davamı →

Həssas üz dərisi üçün maskalar

maskalarMövsüm dəyişikliyi dərinin nəmliyini itirir, bəzən qızartı, qaşınma əmələ gətirir. Bu zaman ən çox problemlər həssas dəriyə malik insanlarda olur.  Dərinizin təravətli, nəm qalması üçün təbii yollardan istifadə edin.

Məsələn, baldan təmizləyici vasitə kimi yararlana  bilərsiniz.

Bir fincan yulaf ununu qaynar suda həll etdikdən sonra soyudun və dərinizə çəkib 15 dəqiqə saxlayın. Yulaf unu dərinizi yumşaldacaq, qızartıları götürəcək.
Bir az cəfərini qabda əzib qızartı olan və qaşınan nahiyələrə çəkin. Bu maska da dəriyə müsbət təsir göstərir.

Davamı →

Sağlam və təmiz dəri

Dərimizin sağlam və gözəl olması bizim gözəlliyimizin ilkin şərtlərindəndir. Dərinin quru olması dərinin vaxtından tez qocalmasına səbəb olur. Bunun üçün sabundan uzaq durmaq lazımdı.
Sabun dərinin qurumasına səbəb olur və bununla da dəri vaxtından tez qocalır və qırışır. Ona görə vacib olmadığı zaman sabundan uzaq durmaq lazımdı.
Gecələr yatmamışdan ən azı 1 saat əvvəl üzünüzdən makiyajı tam olaraq təmizləyib, üzünüzü iliq su ilə yumanız məsləhət görülür. Sonra isə üzünüzə nəmləndirici gecə kremi çəkmək lazımdı. Yatmamışdan əvvək kremi üzünüzdən salfetka ilə silməlisiniz.

Makiyaji dərinizdən silmədən yatmayın. Çünki üzümüzdə qan dövranı gecə vaxtı daha çox olur. Bu vaxtı dərimiz hər şeyi daha çox canına çəkir, yəni dəri üzərində olan makiyaj, gün ərzində dəri üzərinə yığılmış toz, təmizlənmədikdə gecə vaxtı dəriyə hopur. Bu isə dəridəki məsamələrin çirk və tozla dolmasına səbəb olur. Beləliklə, dəridə sızanaqlar və civzələr yaranır. Dəri nəfəs ala bilməyəndə, yəni dəri ona lazım olan oksigeni ala bilməyəndə tez qocalır, yəni elastikliyini itirir və qırışır.

Həmçinin bax: Üz dərisinə gündəlik qulluq 

 

Davamı →

Parıltılı geyimlər

parıltılı paltarHər mövsüm dizaynerlər parıltılı geyimlər hazırlayırlar. Bu cür geyimlərin artıq trendə uyğun olmadığına baxmayaraq, bəzi mərasimlər üçün məhz bu cür geyimlər lazım olur. Qadınlar bu cür parıltılı geyimləri sevirlər, amma çox zaman bilmirlər ki, geyimləri vulqar görünüş almasın. Əgər siz də, parıltılı geyim seçərkən çətinliklə üzləşirsinizsə, o zaman məsləhətlərimizə baxın, bəlkə o zaman seçim etmək sizə daha rahat olar. 

Parıltılı geyimlərin üstünlüyü
Parıltılı geyim və aksessuarlar daim diqqət cəlb edir. Fərqi yoxdur bu kiçik bir yaxa sancağıdır və ya parıltılı bir köynəkdir – insanlar hər şeydən öncə sizdə bu detala diqqət yetirəcəklər. Diqqətləri parıltılı geyim və aksessuarlara konsantre etməklə siz bədəninizdəki müəyyən qüsurları da «gizlətmiş» olursunuz. Məsələn, əgər sizin nazik beliniz varsa və siz onu daha da vurğulamaq istəyirsinizsə, parıltılı bir kəmər taxın. Əgər sizin qıçlarınızdan xoşunuz gəlirsə və ətrafdakıların da onların gözəlliyini hiss etmələrini istəyirsinizsə, parıltılı bir şalvar geyinməklə bütün diqqətləri qıçlarınıza yönəldə bilərsiniz. Yaxud da əgər sizin bud hissəniz kökdürsə və siz bunun diqqət çəkməməsini istəyirsinizsə, parıltılı bir köynək bütün diqqətləri sizin beldən yuxarı hissənizə yönəldəcək. Bu məqsədlə adi parıltılı şarf da köməyinizə gələ bilər. 

Həddi aşmayın
Parıltılı geyimləri seçərkən çox ehtiyatlı olmaq lazımdır ki, bu, ətrafdakılarda barənizdə zövqsüzlük təəssüratı yaratmasın. Qayda çox sadədir: geyindiyiniz parça nə qədər çox parıltılıdırsa, siz onu bir o qədər az vurğulamalısınız. Siz parıltılı geyimi gündəlik də geyinə bilərsiniz, amma bir şərtlə ki, bu, insanların çox gözünə girməməli və sizə baxan gözləri yormamalıdır.

Əgər köksünüzsə, HEÇ VAXT parıltılı geyinməyin
Parıltılı geyim qadını olduğundan kök göstərir. Ona görə də, arıq qızlara daha gözəl yaraşır. Əgər sizin çəkiniz ideal deyilsə, amma parıltılı geyimlər sizin zəif nöqtənizdirsə, o zaman yalnız areal parıltılı geyimlər geyinin. Yəni, məsələn, əgər parıltılı köynək geyinmək istəyirsinizsə, bütöv parıltılı köynək deyil, müəyyən zolaqlar şəklində parıltılı olan köynəklər seçin.

Davamı →
Top