Yaraşıqlı görünüş, gözəl imic kateqoriyası üzrə məqalələr

Kosmetikadan istifadə qaydaları

Kosmetik vasitələrlə üzün bəzi qüsurlarını gizltmək mümkündür. Lakin ondan lazımi qaydada istifadə edilməlidir. Bəzi qadınlar dekorativ kosmetikanın incəliklərini bilmədikləri üçün ondan heç istifadə etmir, bəziləri də dəblə ayaqlaşmağa tələsərək sifətlərinə həddən artıq rəng çəkirlər.

Azərbaycanda, bəlkə də bütün Şərq ölkələrində qızlar toy gününə kimi kosmetikadan istifadə etməzdilər. Axı qızlar onsuz da gəncliyin onlara bəxş etdiyi sevincdən gözəl və təravətli görünürlər. Qadınlar isə əksinə, hər səhər heç olmasa yarım saat özləri ilə məşğul olmalıdırlar.

Hər bir qadın öz sifətinin təbii rəngini bilməli və ondan kənara çıxmamalıdır. Məsələn, qarabuğdayı qadınlar üzlərini kremlə ağardırlarsa da, boyun-boğazın, qolların dərisi qarbuğdayı qaldığı üçün daha pis görünürlər.

Sifətə kosmetika çəkməyə əslində qrim deyilir. Qrim 2 cür olur: gecə və gündüz qrimi. Gündüz qrimi bir qədər açıq, nəzəri cəlb etməyən, gecə qrimi isə bir qədər tünd olur və tez nəzərə çarpır (toya, nişana, ictimai yerlərə gedərkən çəkilən qrim).

Davamı →

Doğru geyim seçimi


Müasir dövrdə xanımlarımız daha gözəl, cəlbedici və zərif görünmək üçün geyim seçərkən müxtəlif bicliklərə əl atırlar.
Tekstil dünyasının yaratdığı imkanlar doğru geyinə bilmə bacarığı ilə birləşdiyi zaman ortaya moda jurnallarının üz qabığını bəzəyən qadınlar çıxır.  

Həqiqətən də, şüurlu şəkildə geyinə bilsəniz qüsurlarınızın 70%-ini gizlədə bilərsiniz.  Daha dəqiq desək aşağıdakı məsləhətlərə diqqət etsəniz hər şey daha yaxşı olar:

Sinə və ayaqlar üçün:
— Əgər süd vəziləriniz balacadırsa, silikonlu büzqalterdən istifadə edin. Əgər süd vəziləriniz böyükdürsə çalışın fincanları böyük, toplayıcı və içində süngəri demək olar ki, olmayan büzqalter geyinin.

— Əgət qıçınız kökdürsə, dar, toplayıcı, artıq ətləri yığan coraplar geyinin.

— Əgər paltarınızın dekolte hissəsi tamamən açıqdırsa ipsiz büzqalterdən istifadə edin.

Bunlara diqqət!
— Kök insanlar çalışıb tünd pastel rəngli geyimlər geyinməlidir.

— Əgər sinəniz böyükdürsə, bu bölgədə çalışın çox parıltı, daş-qaş, əl işləməsi olmasın, yoxsa bu həmin hissəyə daha çox diqqət cəlb edəcək.

— Artıq kilolardan əziyyət çəkirsinizsə, çalışın zolaqlı paltar geyinməyəsiniz, geyinsəniz belə eninə zolaqlı paltarları heç vaxt geyinməyin, sadəcə uzununa zolaqlı paltarlar geyinin, bu sizi daha arıq göstərər. Əgər boyunuz qısadırsa, həmçinin çalışın uzununa zolaqlı paltarlar geyinin.

— Boğazınız qısadırsa, boynu bağlı paltarlardan uzaq durun, çünki bu boynu daha da qısa göstərir.

— Əgər ayaq pəncəniz böyükdürsə, önü açıq ayaqqabılar geyinməyin, bu ayağınızı daha da kobud göstərəcək.

Davamı →

Göz makiyajı

Gözlər nə rəngdə olursa olsun onlar duyğuları açığa çıxaran pəncərələrdir. Kədəri, sevinci də biruzə verən gözlərdir. Sediyimiz insanların duyğulu anlarını hər zaman onların gözündə görürük. Bir çox gizli saxlanılan nələrisə də həmişə gözlər açıqlayır, gözlərdə görmək olur. Cigi filmlərindən və köhnə bəddi filmlərdən də görmək olur ki, qızlar uzun qara kiprikləri ilə oğlanlara necə göz süzdürüb onları cəlb edirdilər. Gözlərdən bu qədər danışdıqdan sonra indi isə gözləri necə makiyaj etmək barəsində danışaq.
Qüsursuz bir göz makiyaji üçün ilk əvvəl üzün bu makiyaja hazır olunması lazımdır. Bunun üçün ilk əvvəl üzü təmizləmək lazımdır. Yaxşı olardı ki, gözü, ümumiyyətlə üzü makiyaj etməzdən əvvəl üzünüz üçün uyğun olan bir maska edin ki, makiyaj edərkən də üzünüz daha təravətli görünsün.

Cəlbedici göz makiyajı üçün aşağıdakılar lazımdır:
-Qara göz karandaşı, karandaşın ucunun yonulmuş olmasl lazımdır.
-Göz makiyaji üçün fırça. İncə fırça daha yaxşı olar.
-Qaşların altına vurmaq üçün parladıcı, çox parladıcılardan istifadə etmək məsləhət deyil.
-Qaşlarınız üçün qayçı, qaşlarınız üçün qarandaş.
-Kirpiklər üçün qara tuş.
-Gözləriniz üçün lazımı rəngdə olan göz kölgələri.

Gözləri makiyaj edərkən gözlər üçün seçilmiş kosmetikaların istifadəsi və seçimi haqqında bir çox şeyə fikir verək:
Davamı →

Sevimli aksesuar- Şərflər

şərflərBütün qadınların sevimli aksessuarı olan-qadınlarımızı qışın soyuğundan qoruyan, müxtəlif formalı, görünüşlü şərflər bu günümüzə XIX əsrdən gəlmişdir.
İlk olaraq artistlər və rəssamlar anladılar ki, şərflər istənilən fəsildə onların istifadə edə biləcəyi ən gözəl aksessuar ola bilər. Ümumiyyətlə şərflər nəinki qadınların,eləcədə uşaqların və hətta kişilərin də istifadə etdiyi sevimli aksessuardır.
Müxtəlif üslubda olan sadə şərf və yaxud da yaylıq sizin geyindiyiniz paltara bir başqa görünüş verə bilər. Misal üçün, sizin sadə bir paltonuz var. Bu palto ilə uyğunlaşdırdığınız hər hansı şərf sizin paltonuza bir başqa görünüş verəcəkdir. Sanki paltonun modeli dəyişiləcəkdir.
Şərflər hər kəsin zövqünə uyğun olaraq müxtəlif formalarda taxılır. Kimisi şərfi başına bağlayır. Hətta bir çox xanımlarımızı sadə yaylıq formasında olan şərfləri öz çantalarının formasını dəyişmək üçün çantaya da taxırlar.
Davamı →

Qara nöqtələrə yox!

maskaQara nöqtələr yağlı dərilərin ən böyük problemidir və onlarla mübarizə aparmaq üçün bir çox maskalar var. Onlardan ən əffektivini sizlərlə paylaşıram.

Bir kasa qatıqla 1 ədəd limonun şirəsini qarışdırıb gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqəyədək gözlədikdən sonra ilıq su ilə yuyun. Limon şirəsi dərini dezinfeksiya edir, sızanaqları qurudur, qara nöqtələri azaldır, qatıq isə dərini qidalandırır, nəmləndirir, dəridə yağın miqdarını tənzimləyir. 

Yuxarıda göstərilən maskanı həftədə bir dəfə tətbiq edin. İstəsəniz, maskadan sonra üzünüzü içərisinə çobanyastığı çiçəkləri atılmış su buxarına 5 dəqiqəyədək tuta bilərsiniz. Çobanyastığı dərini canlandırır. 
Davamı →

Sağlam saçlar

saglam saclar
Gözəl görünməkdə heç də az əhəmiyyət daşımayan saç xüsusi qulluq tələb edir. Lakin saçımıza düzgün qulluq edirikmi? Təəssüf ki, çox vaxt yox! Məsələn, saçları hər gün yumaq, maskalarla ifrat dərəcədə yükləmək onu canlandırmır, əksinə, məhv edir.
Bəs saça necə qulluq etmək lazımdır? Saçı darayarkən diblərindəki təbii yağlar saçın uclarına qədər yayılır və saç qidalanır. Amma saç yaş ikən sərt şəkildə daraqdıqda qırılıb tökülür və saçın köklərindəki təbii yağlar uclara çatmır. Ona görə də darağı saçınıza çox da dərindən vurmayın.
Davamı →

Üz dərisinə qulluq | Kələm maskası

Üz, çənə və boyun nahiyəsinə qulluq heç vaxt gec olmasa da, bir həqiqət var ki, bu işi nə qədər tez görsəniz, bir o qədər gənc qalarsınız. Bunun üçün hər gün özünüzə bir qədər zaman, bir az da əmək sərf etməlisiniz.kələm
Məsələn, ağ kələm A, V, S, K, R və RP vitaminləri ilə zəngin olduğundan dəri üçün ideal resept hesab oluna bilər. Çünki kələm dərini təmizləyir, nəmləndirir və qidalandırır.

Lakin təbii maskalardan istifadə etməzdən əvvəl hansı dəri tipinə malik olduğunuzu təyin etməlisiniz.

Quru dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazikcə doğrayın, 1 çay stəkanı südlə qarışdırıb, kələmlər yumşalana qədər qaynadın. Maskanı odun üzərindən götürün, soyuduqdan sonra üz və boynunuza çəkib, 20 dəqiqə saxladıqdan sonra yuyun.

Yağlı dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazik-nazik doğrayıb 1 ədəd yumurtanı ağı ilə qarışdırın. Bu maskanı üz və boynunuza çəkib, 20 dəqiqə gözlədikdən sonra yuyun.

P.S: Kələmlə hazırlanan dəriyə qulluq maskalarından həftədə 1 dəfə istifadə edə bilərsiniz.

Davamı →

Gözəl çanağa sahib olmaq üçün

Siz öz çanağınız və ombanızın ölçüsündən razısınızmı, əziz xanımlar? 
Razı deyilsinizsə, iki həftə ərzində onları bərk və elastik etmək üçün bu topikdəki pəhrizə əməl edin. 
Ombaları bərk etmək üçün qida rasionunuzdan spirtli içkiləri, qəhvəni və yağlı qidaları çıxarmalısınız. Meyvələrə keçin, xüsusilə qarpızdan istifadə edin. Hər gün yarım qarpız və yaxud yemiş yeyin və buna 3 yüngül qəlyanaltını əlavə edin: 150 qram  qızardılmış balıq, 1 soyutma kartof, qarışıq salat; yaxşı qızardılmış pomidorla 2 bifşteks, 1 xörək qaşığı qarğıdalı dənəsi; 50 qram istənilən şirinləşdirilməmiş lopalar, 1 pəhriz yoqurtu.

Məşqlər: kürəyi üstə uzanın, əllərinizi bədən ətrafında ovcunuz yerə tərəf olmaqla uzadın. Sol ayağınızı yuxarı qaldırın, dizdən bir balaca bükün və dizinizin döşəməyə dəyməsi şərti ilə onu sağ tərəfə aparın. Dizinizi asta – asta açaraq başlanğıc vəziyyətə qayıdın. Eyni məşqi sağ ayağınızla da edin. 10 dəfə təkrarlayın. Cinslərdən də ifrat dərəcədə istifadə etməyin, onlar bədən quruluşunu korlayır. 
Davamı →

Artıq çəkidən azad olmaq | 8 qızıl qayda

1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir zamana ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi hədəflərə tez çatmaq üçün sağlam qidalanmaq lazımdırtələsmək lazım deyil. Məsələn, çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.
Davamı →

Açıq-saçıq geyimlər

Son illər ölkədə qadınların açıq-saçıq geyimlərdən istifadə etməsi adi hal alıb. Bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Eyni halda açıq-saçıq geyimlərin yaratdığı fəsadlar və problemlər günü-gündən artmaqdadır. Belə ki, ailə zəminində, qeyrət üstündə baş verən insan qətlləri, qadın əxlaqsızlığının yayılması, xüsusilə ailə daxili münasibətlərin soyuması və ailələrin dağılmasının artan xətt üzrə inkişafı açıq saçıqlığın yaratdığı problemlərdəndir. Açıq-saçıq geyimlərin artmasının səbəbləri və adı çəkilən geyim növlərinin cəmiyyətin formalaşmasına və inkişafına mənfi təsir göstərməsi ilə bağlı açıqlama verən psixoloq Günel Aslanova maraqlı fikirlər səsləndirdi.

Ekspert qeyd etdi ki, şəxsiyyət xüsusiyyətlərinin geyimdə əks olunması və geyimin insana təsiri psixologiyada tədqiq edilən ən maraqlı problemlərdən biridir: “Artıq uşaqlıqdan başlayaraq geyimlə əlaqədar müəyyən seçimlər, şəxsi tərz formalaşır. İnsanın bu və ya digər geyimi seçməsinə başlıca olaraq geyimin estetikliyi təsir etsə də, digər nüanslar da var ki, geyim seçiminə şüuraltı olaraq təsir edir. Geyim insanın müxtəlif əhval və arzularını əks etdirir. Bu rəng, parça seçimində, dəbi izləmə və ya inkar etmədə, bəzək əşyalarının olub-olmamasında, tərzin peşə, bədən quruluşu və xarakterlə qarşılıqlı əlaqəsində təzahür edir.”
Davamı →
Top