Saçınızı hər gün yuyun
Bu məsləhətə əməl edirsiniz lakin saçlarınız sağlam və parlaq görünmür? Mütəxəsislər məsləhət görür ki: “Sadəcə saçları çox olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlı insanlar 2 gündən bir yusalar daha uyğun olar. Bu, saçın təbii olması və yağlanması üçün faydalıdır”.
Üzünü tonal kremlə örütün
Üzünüzdəki izləri və qüsurları yox etmək üçün hər tərəfini tonal kremlə örtmək lazım deyil. Tonal kremi yalnız, qüsurlu olduğunu düşündüyünüz hissəyə dairvə şəkildə tətbiq edin. Üzünüzün digər hissələri kremsiz və təbii qala bilər.
Dırnaqların ətrafındakı dərini kəsin
Bu hər kəs üçün keçərli məsləhət deyil. Həmin dəri zərərli bakteriyalardan qoruyur. Çox kəssəniz, infeksiya yarna bilər. Artıq ətlər kənara çıxıbsa və mane olursa, o hissələri nazik şəkildə kəsə bilərsiniz.
Saçlarınızı hər 6 və ya 8 həftədən bir qısaldın
Bu qayda sadəcə qısa saçı sevən və ya saçları qısa olan qadınlar üçün nəzərdə tutulub. Qısa saçlar 6 ya da 8 həftədən bir öz modelini dəyişir. Bu səbəbdən də saçlarınızın uzanmasının qarşısını alacaq.
Dikdaban ayaqabı geymək istəyən, amma bunu bacarmayan qadınlar üçün Koreyada xüsusi kurslar açılıb. Biz dikdaban ayaqqabını necə geymək lazım gəldiyini öyrətmək fikrində deyilik, çünki bunun zərərini bilirik. Amma dikdabanlardan vaz keçə bilmədiyiniz halda sizə yararlı olacaq bəzi məsləhətlərimiz var. Bu ortepediya həkimi ilə müəyyənləşdirilmiş kiçik bir siyahıdır.
1. Əgər hündürdaban ayaqqabıdan əl çəkə bilmirsinizsə, o zaman seçim çox olan mağazaya gedin, sizə ən uyğun olan ayaqqabını seçməkdə tənbəllik etməyin.
2. Ayaqqabının içinə silikon doşəməlik yerləşdirin, bu sizi yıxılma və topuq burxulmalarından qoruyacaq.
3. Qalın dabanlı dikdabanlar seçin, ayaqqabının dabanı nə qədər qalın olsa üzərində daşıdığı ağırlığı da bir o qədər rahatlıqla bərabər yayar.
4. Ayağınız ağrımağa başlarsa mütləq həkimə müraciət edin.
Müəllif: Nilufər
Makiyaj bacarıqlı əllərdə çox böyük “möcüzələr” yaradacaq bir vasitədir, amma bacarıqsız əllərdə bu, sadəcə və sadəcə insanı eybəcərləşdirən bir vasitəyə çevrilir. Bəzən makiyaj xanımların gözəlliyin vurğulasa da, həddən çox istifadə ancaq və ancaq bu gözəlliyi bərbadlığa çevirməklə bərabər, xanımlara olduqlarından daha yaşlı bir görünüş bəxş edir. Makiyaj edərkən professional vizajist və kosmetoloqlar tərəfindən hazırlanmış aşağıdakı məsləhətlərə diqqət yetirsəniz, məncə hər şey daha gözəl alınar. Siz də bu səhvlərə yol verməyin:
1. Tonlaşdırıcı kremin çox qalın qatla çəkilməsi
Düzgün seçilməmiş tonal krem dəridə “maska” effekti yaratmaqla bərabər insanı bir neçə yaş qoca göstərir. Ona görə də, çalışın ya tonlaşdırıcı kremdən daha az istifadə edəsiniz, ya da tonlaşdırıcı effektə malik hamarlaşdırıcı kremlərən istifadə edəsiniz. Tonal krem çəkdikdən sonra sponjla (makijaj zamanı istifadə edilən süngər) yüngülcə qırışların üzərinə toxunmaqla tonlaşdırıcı kremin artıqlarını hopdurun. Dərini tonlaşdırıcı kremlə həddən artıq yükləməyin. Əgər dəri ümumilikdə təmizdirsə və gözlə görünən çatışmazlıqları yoxdursa, çalışın sadəcə gözlərinizin altındakı qara kölgələri korrektor vasitəsilə örtün, üzünüzə isə yüngülcə matlaşdırıcı və ya parıltı effekti verən kirşan vurun.
Normal və qurumağa meyilli dəri üçün:
1 şirniyyat qaşığı bal və 2 qaşıq qaymağı möhkəm qarışdırıb gözlərinizin ətrafına və üzünüzə vurun. 20 dəqiqə saxladıqdan sonra yuyun.
Qırışlar üçün:
1 çay qaşığı balı, 1/2 hissə kökü, 1 ədəd yumurtanın sarısını və 1 qaşıq badam yağını bir yerdə qarışdırıb üzünüzə vurun və yarım saat gözlədikdən sonra yuyun.
Dərini canlandırmaq üçün:
1 ədəd qaynadılıb əzilmiş kartof, azca təzə süd və 1 ədəd yumurtanın sarısını qarışdırıb püre halına gələnədək ilıq halda üzünüzə sürtün və 20 dəqiqədən sonra yuyun.
Üz dərisinin çatışmazlıqlarını makiyajla, bədən quruluşunun çatışmazlıqlarını düzgün seçilmiş geyimlə gizlətmək olar. Yalnız qulluq olunmayan əlləri heç cür gizlətmək olmaz. Əllərin dərisində qoruyucu hidrolipid qatı çox azdır, buna görə də onlar daha tez qocalır. Əllərin dərisini soyuqdan, isti su və məişət kimyasının təsirindən qoruyun! Soyuq havada mütləq əlcək geyin. Həmçinin, istənilən ev işlərini görərkən isti su və yuyucu vasitələrdən istifadə edirsinizsə, mütləq rezin əlcək geyinmək lazımdır. Əlcəklər yüksək keyfiyyətli və ölçüsü isə sizə tam şəkildə uyğun olmalıdır.
Əlcəkləri geyməzdən əvvəl əllərinizi yaxşıca yuyun, qurudun və üzərinə talk (“prisıpka”) səpin. İşinizi bitirdikdən sonra əlcəklərin içəri və bayır tərəflərini yaxşıca yuyun və qurudun. Əllərinizi ilıq su ilə yuyun, qurudun və onlara qidalandırıcı krem vurun. Əlcəklərdən çox istifadə etmək də olmaz, əllər uzun müddət əlcəkdə qaldıqda onların dərisi korlanır.
Üz dərisinə olduğu kimi, əllərin dərisinə də eyni dərəcədə müntəzəm qulluq etmək — təmizləmək, qidalandırmaq və nəmləndirmək — lazımdır. Əlləri yalnız ilıq suda yumşaq sabunla yumaq lazımdır. Əlləri soyuq və qaynar su ilə yumaq olmaz. Su əllərin dərisini yağsızlaşdırır və qurudur, ona görə də hər dəfə su ilə təmasda olduqdan sonra əlləri yaxşıca qurutmaq lazımdır. Bədən və üz dərisində olduğu kimi, əllərin dərisində də ölmüş hüceyrələr toplanır, ona görə də həftədə bir dəfədən az olmayaraq vanna və ya duş qəbulundan sonra əllərin dərisini skrabla təmizləmək, sonra isə qidalandırıcı krem vurmaq lazımdır.