Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

Amerika prezidentləri haqında

Corc Vaşinqton ata minməyi sevirdi. Lakin o minəcəyi atın bütünlüklə təmiz olmasını tələb edirdi və Vaşinqton hətta atın dişlərinin təmizliyini də yoxlayırdı.

Tomas Ceferson öz məzar daşının dizaynını özü yaradaraq onun üçün mətn də yazmışdı. Bu mətndə onun prezident olduğu qeyd olunmamışdı.

Con Kvinsi Adams sübh çağı tez-tez Potomak çayında çılpaq halda üzürdü. O demək olar ki, paltarlarını dəyişmirdi və 10 ildən artıq eyni kostyumu geyirdi.

Endryu Cekson sərt duel həvəskarı idi və duellərin birində o sinəsindən güllə yarası aldı. Cərrahlar çox cəhd etsələr də gülləni çıxarmaq mümkün olmadı və Cekson ömrünün sonuna kimi bədənində bu qurğuşun parçası ilə yaşadı.

Martin Van Buren Ağ Evdən getdikdən sonra maraqlı bir memuar yazmışdı və bu memuarda bir dəfə də olsun həyat yoldaşı xatırlanmır.

Davamı →

Bilirsinizmi?

Biq-BenBilirsinizmi ki, Biq-Ben heç də Vestminister sarayının hündür qülləsi deyil? 

London şəhərinin simvollarından olan bu qüllə xalq arasında Parlament kimi tanınan Vestminister sarayının tərkib hissələrindən biridir. Biq-Ben dedikdə ani olaraq bu qüllə və onun saatı fikirlərimizdə canlanır. Lakin həqiqətdə Biq-Ben bu saatın siferblatı arxasında yerləşən zəngin adıdır. Onun ağırlığı təqribən 14 ton, hündürlüyü 2 metr, diametri isə təqribən 3 metrdir.

Sual oluna bilər ki zəngin bu adı haradan yaranıb. Bu suala heç kim cavab verə bilmir. Bir versiyaya görə bu zəng onun hazırlanmasında rəhbərlik etmiş ser Bencamin Hollun şərəfinə belə adlandırılıb. Başqa bir versiyaya görə isə, zəng o zamanlar məşhur olmuş boksçu Bencamin Kauntun şərəfinə adlandırılıb.

Yeri gəlmişkən, Biq-Benin gizləndiyi o məşhur qüllə Müqəddəs Stefan Qülləsi adlanır. Onun hündürlüyü 96 metrdir, daxilində isə 334 pillədən ibarət olan dar vintşəkilli pilləkən vardır.

Davamı →

Ən asta köpək balığı

Bilirsinizmi ki, hansı köpək balığı ən asta üzən növlərdən sayılır?

Qrenlandiya qütb köpək balığı dünyada ən asta üzən balıqlardandır. Onun sürəti 2 km/s-dan çox olmur. Buna baxmayaraq, müəyyən olunub ki bu köpək balıqları özlərindən dəfələrlə sürətlə üzən suitilərlə qidalanırlar. Bu suitilər əsasən yatmış vəziyyətdə köpək balıqlarına yem olurlar. Onlar qütb ayılarından qorxaraq buz üzərində yuxuya getməkdən çəkinir və eyni zamanda su altında üzən asta köpək balıqlarının şikarına çevrilirlər.

Davamı →

İşləyərkən musiqi dinləmək olarmı?


Galler İnstitunun həkimi Nick Perham, yaşları 18-30 arasında dəyişən 25 adam arasında test aparıb. İştirakçıların dəyişik vəziyyətlərdə bilgiləri və xatırlama səviyyəsi ölçülüb. İştirakçılardan 8 səssiz hərfi sırası ilə xatırlamasını istənilib. Test sakit bir mühitdə, sevdikləri musiqini dinləyərkən, sevmədikləri musiqini  dinləyərkən və davamlı sinqal şəkilində 3 rəqəmini təkrarlayan qeydi dinləyərkən təkrarlanıb.
Davamı →

Uşaq dili

eeeerAlimlər körpələrin ağladıqda çıxardıqları səsi 4 yerə bölüblər.

Belə ki, körpələrin səsini aşağıdakı kimi qeyd ediblər:

— Eeeeer – qışqıraraq ağlayırsa, qazı var.

— Ooooou – qışqıraraq ağlayırsa, yatmaq istəyir.

— Nənənə — qışqıraraq ağlayırsa, yemək istəyir.

— Eeeeey – qışqıraraq ağlayırsa, gəyirmək istəyir.
Davamı →

Dəri tipinin müəyyənləşdirilməsi

Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayrıd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri.

İnsan öz dəri tipini necə ayırd edə bilər?

Bunun üçün aşağıdakıları etmək lazımdır:

1. Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.

2. Bir saat gözləyin.

3. Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı?

4. Bir neçə ədəd nazik kağız (məsələn, «kalka» ) parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.

5. Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.

6. Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlı dəri tipinə, əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, sizin dəriniz qarışıq dəri tipinə, əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, sizin dəriniz normal dəri tipinə, əgər dərinizdə onun dartılması hissiyyatı olarsa, sizin dəriniz quru dəri tipinə aid edilir.

Davamı →

Uşaqların ən çox soruşduğu suallar

niyə? niyə? niyə?
Uşaqlar saf və təmiz qəlbləri ilə elə suallar soruşur ki, hətta validenylərini də mat qoyurlar. Bəzən olur ki, ana və ata bu vəziyyətdən çıxış yolu tapa bilmir. 
Davamı →

Termometr sınsa, nə etməli?

sınmış termometr təhlukəlidir
Sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə buxarlanaraq nəfəslə orqanizmə daxil olub və orqanizm üçün ciddi təhlükə yaradır.
Otağın temperaturu yüksəldikcə, civə daha tez buxarlanır. Buna görə də, otağın temperatutunu mümkün qədər azaltmağa çalışın – bütün pəncərələri açın, kondisioneri “soyuq” rejiminə qoşun.
Davamı →

Hansı çiçək hansı otağa qoyulmalıdır?

Bildiyiniz kimi, ev dekorasiyalarında çiçəklərin əhəmiyyəti olduqca böyükdür. Otağa fərqli rəng və ahəng qata bilən bu canlılar ağıllı seçimlərdir.Əvvəlcə bunu bilməlisiniz! Çox qədimdən edildiyi kimi qonaq otağına və ya zala dekorasiya vermək məqsədilə hər tərəfi sarmaşıqlarla örtmək artıq dəbdə deyil. Çünki indiki vaxtda bu çiçəklərin oturduğunuz sahələrinizi çox örtməsi sizlərə boğulma və sıxılma hissi verə bilər. Ağılla istifadə etməklə yataq otağınızdan mətbəxə və ya vanna otağına qədər çiçəklərlə evinizin hər yanını dekorasiya edə bilərsiniz.Əvvəlcə qonaq otağınız üçün hansı bitiklərin daha gözəl olacağını bildirmək istəyirəm. Qonaq otağınız üçün mütləq yaşıl bitkilər seçməlisiniz. Böyük və kiçik formalarda dekorasiya etdiyiniz bitkilərlə otağınıza fərqli və xoş bir rəng qata bilərsiniz. Seçəcəyiniz çiçəklər rənglərini otağınızdakı əşyalara da uyğunlaşdırsanız, ciddi mənada gözəllik yaratmış olarsınız. Çiçəyi olmayan yaşıl bitkiləri seçməniz sizin üçün üstünlük təmin edə bilər.

Davamı →

Diktatorlar və onların həyat yoldaşları

Tarixin axınını dəyişdirən amansız, zalım diktatoru kim sevər? Hansı qadın əlləri yüzlərlə insanın qanına bulanmış diktatorla yaşamaqdan həzz alar? Bu qadınlar da onlar kimi amansızdırmı?
Bütün bu suallara oxucular Diana Dükretin bestseller olmuş “Diktatorların qadınları” adlı kitablar seriyasında cavab tapa bilər. Kitabda Səddam Hüseyn, Kim Çen İr, Mussolini, Hitler, Çauşevski
kimi məşhurların qadınları və gizli sevgililəri haqda
maraqlı məlumatlar yer alıb.
2006-cı ildə Sarbon Universitetində fəlsəfə tarixi üzrə təhsil almış Dükretin kitabı keçən il yayımlanıb. 100 mindən çox nüsxə ilə satılan, 20-dən artıq dilə tərcümə olunan kitabın bu il ikinci hissəsi də nəşr olunub.

Kitabdan seçmələr:
— Kuba lideri Fidel Kastro 1959-cu ildə “MS Berlin” adlı gəmi ilə Havanaya gedəndə Amerikada yaşayan gənc Marita Lorenzlə tanış olub. Lorenzlə münasibətlər quran Kastro gəminin göyərtəsində onun üzünü əllərinə alaraq “Səni sevirəm, mavi səmam”,-deyə eşq elan edib. Lorenzə Kuba kraliçası olmağı təklif etdikdən sonra onu xüsusi təyyarə ilə Nyu-Yorkdan Kubaya gətiriblər. Aeroportdan birbaşa Kastronun ofisinə gətirilən Lorenz ofisi balaca maşın oyuncaqları ilə dolu görüb. O, Kastronun ən böyük hobbisinin oyuncaq maşınlar olduğunu elə burda öyrənib. Uzun müddət Kastronu ofisdə gözləyib. Kastro romantik mahnı sədaları altında otağa daxil olub və iki saata yaxın ofisdən çıxmayıb. Bu romantik görüşü isə Fidelin qardaşı Raul Kastro yarımçıq qoyub. Otağa girərək Kuba liderini “dövlət işləri ilə məşğul olmadığı” üçün danlayıb və onu özü ilə hansısa görüşə aparıb.
Lorenz liderə sevgisinə görə məşhur aktrisa Ava Qardnerlə üzləşməli olub. Ziyafətlərin birində Qardner gənc qıza liftdə “O it deməli sənsənmiş” deyərək sillə vurub.
Davamı →
Top