Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

Əl Barmaqları - Şəxsiyyətinizin xəbərçisidir

Barmaq izi qədər barmaq uzunluğunun da əhəmiyyətli olduğunu bilirdinizmi?  
Barmaq izi günahkarı, barmaqlar da şəxsiyyətə xas xüsusiyyətləri müəyyən edir. İngiltərədə nəşr olunan «Barmaq Kitabı»na (The Finger Book) görə əl barmaqları şəxsiyyətiniz haqqında ciddi işarələr verir. Kitabda qeyd olunan nüanslardan bir neçəsi haqda məlumat verim:
Davamı →

Müəmmalı siqnallar

Keçən ilin yayında Amerika hərbi bazası öz peyki vasitəsilə orbitdə deşifrələşdirilə bilməyən qəribə siqnallar kəşf etmişdir. Veriliş dəqiq vaxtla ayda bir dəfə qeydiyyata alınmamış dalğada aparılmışdır. Heç bir kod bu siqnallara uyğun gəlməmişdir, onlar, əslində, əvvəllər məlum olan heç bir koda oxşamamışdır. Deşifrələşdirmə mümkün olmadığı üçün amerikalı hərbiçilər rus hərbiçilərinə sorğu göndərmək qərarına gəlmişlər. Siqnal Şimal Buzlu okeanındakı adalar rayonundan gəlirdi. Lakin rus hərbiçilərinin bu siqnallarla heç bir əlaqəsi olmamışdır.
Payızda Şimal Buzlu okeanının sularına batiskaf buraxılan zaman rusiyalı tədqiqatçılar daha bir məxfi tapşırıq almışlar: qəribə siqnalların mənbəyi haqqında mümkün olanları öyrənmək.
Davamı →

Saat sirləri

Saatsazların gizli missiyası
Niyə görə saatların reklamında həmişə saat 10:10 göstərir?
Davamı →

Leninqrada toy səyahəti

Bu əhvalat haqqında o vaxt sovet qəzetləri heç nə yazmamışdı. Amma hadisə barədə rəvayətlər dolaşırdı: «Gürcüstan SSR rəhbərlərinin övladları „Tu-134“ təyyarəsini Türkiyəyə qaçırmaq istəyiblər...»
Bəs həqiqətdə 1983-cü ildə Tbilisi aeroportunda nə baş vermişdi?

Bəylə gəlin deputat zalından keçir
...1983-cü il noyabrın 18-də Tbilisi aeroportunda Tbilisi-Batumi-Kiyev-Leninqrad reysi ilə uçan 6833 nömrəli reysə minik təzəcə başlanmışdı. Qırmızı lent və şarlarla bəzədilmiş toy maşınları da aeroporta elə həmin ərəfədə çatdı. Əslində təyyarə ilə gəlin aparan yox idi. Sadəcə, iki gün əvvəl ailə quran German Kobaxidze və Tinatin Petviaşvili Neva sahillərinə toy səyahətinə çıxır, dostları isə onları müşayiət edirdi. Amma təzə evlənənlər özləri ilə götürdükləri çantaya nədənsə şampan şüşəsi yox, bir neçə tapança, qumbara və soyuq silah qoymuşdular.
Davamı →
Top