Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

Maye sabun necə hazırlanır?

Satışda çeşid-çeşid sabunlar satılır. Zeytunlu yaşıl, moruqlu qırmızı, limonlu sarı və.s. Əslində bunlar hamısı süni qatqı və rənglərdir. Bəzən tərkibi belə bəlli olmur. Sabunların təkibində  olan süni və kimyəvi qatqılara fikir vermədən əllərimizi hətta üzümüzü belə yuyuruq. Ona görə də əllərin, üzün dərisi öz təravətini itirir və tez qırışır.
Davamı →

Çəkiniz normaya uyğundurmu?

Bədən çəkiniz normaya uyğundurmu? Bunu bilmək üçün bədən kütləsi indeksini hesablayın. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər — bədən çəkisi (kq):boy (m2).

Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65: (1,6x1,6) = 65: 2,56 = təxminən 25,4.

 

Nəticəni aldıqdan sonra cədvələ baxın:

 

Bədən kütləsi indelsi, кг/м2

Nəticə

20-dən az

Çəkiniz normadan azdır

20,0-24,9

Norma

25-29,9

Artıq bədən çəkisi

30-34,9

Yüngül piylənmə (I dərəcə)

35-39,9

Orta piylənmə (II dərəcə)

40 və artıq

Ağır piylənmə (III dərəcə)

 
 

 

Davamı →

Ən uzağa uçan quşlar hansılardır

Aleut suqaranquşu hər il bu diyardan o birinə köçərkən 40000 km məsafə qət edir. Şimal yarımkürəsində yay olanda Arktikada yuva qurur. Cənub yarımkürəsində yay olanda oraya uçur, çünki yay vaxtı burada yem çox olur.

 

BÖYÜK  ÇİNƏDANLI  PELIKAN

 

Balıq tutmaq üçün o, dimdiyini açaraq suya düşür və onun böyük çinədanı su və balıqla dolur. Onda pelikan başını yuxarı qaldırır, su axıb gedir, çinədanda qalan balıqları isə udur.

Davamı →

Bunları bilmək maraqlıdı

Hər gün doğulan körpələrin təqribən 12-si səhvən başqa valideynə verilir.

Eynşteyn (Einstein) 9 yaşına qədər düzgün danışa bilməyib. Ailəsi onun qüsurlu olduğunu hesab edirmiş.

Dünyada adam başına 1 milyon qarışqa düşür.

Atlar bir ay qədər ayaqüstə qala bilir.

Hər insanın dilinin izi də barmaq izi kimi fərqlidir.

Dünyanın ən böyük heyvanı mavi balinadır. Eyni zamanda heyvanlar aləminin ən sürətli inkişaf edən heyvanıdır. Çəkisi 22 ayda 26 tona çatır.

Bir inək həyatı boyu təxminən 200.000 bardaq süd verir.

Davamı →

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

 

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

Alimlər xüsusən okeanlarda olan və dəniz suyuna parlaq mavi bir görüntü verən mikroskopik bitkilərin saçdığı bioloji işığın (biyolüminesans) necə yarandığını kəşf ediblər.
Lent.az-ın “National Geographic” nəşrinə istinadən verdiyi məlumata görə, fitoplankton adlanan bu mikroskopik bitkilərin, xüsusən bu bitkilərin dinoflagella adlanan növlərinin bioloji işıq saçdığı daha öncə məlum olub, ancaq bu işığın necə yarandığı sirr olaraq qalıb.

Davamı →

Çay növləri

Assam - 1830 – cu illərdə Hindistanın şimal – şərqi vilayətlərindən biri olan Assamda şotlandiyalı Robert Bryus tərəfindən kəşf edilib. Tünd rəngi və xoş iyi var.

Seylon  — Şri – Lankadan gələn çaylardır. Seylon çaylarının keyfiyyəti onun hansı yüksəklikdə yetişməsindən asılı olaraq dəyişir.Seylon dunyanın ən dadlı çaylarından sayılır. Ətri xoş və cəlbedicidir.

Darjeeling -  Dünyanın ən keyfiyyətli çaylarından biridir. Nepal yaxınlığındakı dağların zirvələrində yetişir. Darjeelingin dadı daha çox qarağat dadına bənzəyir.

Earl Grey - Darjeeling, Seylon və Assam çaylarından birinin berqamont yağı ilə qarışığından hazırlanır.

Davamı →

Elm dünyasına yol göstərən canlılar

  • Akulanın dərisi sürtünmənin qarşısını alır, bundan ilhamlanaraq dalğıc paltarları hazırlanmışdır.
  • Termitlər ventilyasiya sistemi olan təpəciklər tikirlər, memarlar da bina istehsalında bu sistemdən istifadə edirlər.
  • Quşlar Rayt qardaşlarına və Leonardo da Vinçiyə ilk təyyarə sınaqlarında ilham vermişlər.
  • Ağac yarpaqları günəş bateriyalarının ilham qaynağıdır.
Davamı →

Fotoaparat alarkən nələri bilmək lazımdır?

Fotoaparat işığın köməyilə hərəkətdə olmayan obyektlərin görüntüsünün alınması və fiksasiyası qurğusudur. O insanlar tərəfindən maraq kəsb edən anların şəklin yaddaşına köçürülməsi üçün istifadə olunur. Hər kəs evində belə bir qurğunun olmasını istəyir. Lakin ticarət şəbəkələrindən fotoaparat əldə etmək istəyərkən istehlakçı müəyyən çətinlik qarşısında qalır. Çünki hazırda satışda olan ən müxtəlif çeşiddə və keyfiyyətdə olan fotoaparatları fərqləndirmək həqiqətən çətindir. İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən  verilən maarifləndirici məlumatda istehlakçılara fotoaparatlar haqqında bəzi zəruri məlumatlarla tanış ola bilər
.
Davamı →

Rənglərin təsiri

 rənglər
Rəng nədir?
— Rəng işıq şüalarının müxtəlif dalğa uzunluğunda yayılaraq gözün retinasına çatması ilə ortaya çıxan bir qəbuletmədir. Lakin rənglər yalnız qəbuletmədirmi? Özünüzü qaranlıq divarlar arasında daha canlı və enerjili hiss edirsiniz, yoxsa divarları qırmızı rəngə boyanmış otaqda?
— Əlbəttə ki, qırmızı rəng olan yerdə. Bu mənada rənglər insanın təkcə əhval-ruhiyyəsini əks etdirmir, həm də orqanizmə sağlamlıq və enerji baxımından da təsir göstərir. Ona görə də illərdir rənglərlə müalicə üsulundan  istifadə edilir. Ürəyində narahatlıq hiss edənlərə və vərəmdən şikayətlənənlərə sakitləşdirici təsir kimi yaşıl rəng tövsiyə edilir.

Davamı →

Xarakterə görə xəstəliklər

Narahat 
Qayğılı və ən kiçik bir hadisədən narahat olan adamlarda təzyiqə daha çox rast gəlinir.xəstəliklər

Aqressiv 
Kinli, pisliyi unutmayan, intiqam hissi güclü olan adamlar ömrü boyu ürək ağrılarından əziyyət çəkirlər. Mütəxəssislər aqressiv insanların psixoloji xəstəliklərə daha meyilli olduqlarını bildirirlər.

Utancaq 
Özlərini rahat hiss etməyən, utancaq adamlar virusa daha çox yoluxurlar.

Xoşrəftar 
Belə adamlar bütün hadisələrə baxmayaraq, hər şeyə nikbin baxırlar və pis adamlara nisbətən 7,5 il çox yaşayırlar.

Sirsaxlayan 
Həmişə başqalarının problemlərini özününkü bilən və özünü hər dərdə ortaq görən adamlar xərçəng və infarkt ehtimalı ilə üz-üzə qalırlar.

İnsaflı 
Qarşısındakı adama qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar uzun yaşayırlar.

Davamı →
Top