Həqiqətən də aşağıda sadalanan bu 4 qoxulardan bir neçəsi hər
birmizin demək olar ki, hər gün hiss etdiymiz qoxulardır və hər dəfə
bu qoxuları aldığımızda beynimizdə xoş təsuratlar yaranır ki, bu da
insana rahatlıq verir:
1) Yeni bişmiş çörək qoxusu.
2) Təmiz paltar qoxusu.
3) Yağış sonrası torpaq qoxusu
4) Yeni biçilən ot qoxusu
Heyvanların döyüşdəki köməklərinə görə 1943-cü ildə İngiltərədə Maria Dickin tərəfindən bir mükafat sistemi qurulmuşdur. Dickin Medalı (Dickin Medal) olaraq bilinən bu sistem heyvanlara verilən bir növ şərəf nişanıdır. Bu medalın yaradılmasına əsas səbəb quşlar olmuşdur. Çünki quşların istiqamət tapma və xəbər çatdırma qabiliyyəti əsrlər boyunca istifadə edilən ən etibarlı ünsiyyət üsulu olmuşdur.
Quşların yuva tapma qabiliyyəti və mesaj çatdırmaları I və II Dünya müharibələrində fayda verərək hava qüvvələrinin də işini asanlaşdırmışdır. Belə ki II Dünya müharibəsi (1940-ların başı) əsnasında ABŞ ordusu güclü bir göyərçin ordusu meydana gətirmiş (3150 əsgər və 54 min quş) və mesajların 90 faizini bu şəkildə çatdırmışdır. Havanın gizli agentləri olan quşlar fəlakətlərdə də cəsarət göstərmiş və saysız həyatı qurtarmışdır. Quşlardan sonrakı ən çox mükafat alan heyvan növü isə itlər olmuşdur. İtlərin qoxu hiss etmə xüsusiyyətiylə bir çox silahları tapması qürur medalı alması üçün kafi olmuşdur. II Dünya müharibəsində 54 heyvana Dickin Medalı verilmiş (32 göyərçin, 18 it, 3 at və 1 pişik) və bu heyvanlar döyüşlərdə, fəlakətlərdə heyətli canlılar olaraq iştirak etmişdir. 2000-ci illərdən sonra ölkələr arasındakı döyüşlərdə 11 Sentyabr hücumu da daxil olmaq üzrə qəhrəmanlıq göstərən quş və itlərə Dickin Medalı verilərək heyvanların qiymətli bir canlı olduğunun üstündə dayanılmışdır. Ən son 2011 Avqustunda bir itə verilən Dickin Medalı bu günə qədər 63 dəfə verilmişdir.
Bəzi insanlar Albert Enşteyni «dəli insan» kimi tanıyırlar.
Elmlə məşğul olan insanların həmişə fikir və beyinləri məşğul olur. Onlar şöhrət və ya mənfəət üçün deyil, bəşəriyyət üçün bunları edirlər.
Yalnız bir dəfə dahi fizik şəxsiyyəti haqqında pərdəni qaldırdı.
Bu 14 mart 1952-ci ildə (onun yetmiş ikinci ildönümü günü) oldu.
Fotoqraf Seyss Enşteyndən fikirli, alim sifəti pozası verməyi xahiş edir.
Bir qədər düşünən fizik dilini çıxarır və bununla da bu məşhur foto yaranır.
Enşteyn bu şəkili Yeni İl açıqcası kimi öz dostlarına göndərirdi. Şəkilin 9 original versiyası var.
Çox tezliklə şəkil bütün dünyaya yayılır. 2009-cu ildə şəkilin bir original versiyası 74.000 dollara satıldı.
OK — amerika ifadəsidir, “hər şey yaxşıdır, hər şey qaydasındadır” mənasını bildirir. Artıq international söz hesab olunur və demək olar ki, bütün dövlətlərdə bu kəlmə hədsiz dərəcədə çox işlənilir. Global Language Monitor (GLM) Assosiyasının müşahidələrinə görə OK planetdə ən çox yayılmış və hamının qəbul etdiyi sözdür.
Hər gün işlətdiyimiz bu söz hardan meydana gəlib? Mənası nədir?
O.K. ― Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti olmuş Martin Van Byurenin ləqəbi olub. Old Kinderhook — onun doğulduğu holland qəsəbəsi bu cür adlanırdı. Prezident bu bənzəri olmayan adı özünə təxəllüs seçdi.
Seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam sloqanı hazırladılar: “Old Kinderhook is O.K”. Seçkilərdə dəstək məqsədiylə Martin “The OK Club” adlı siyası qrup yaradır. “OK” daim dildə fırlanmağa başladı. Bu sözün anadan olma tarixi 1839-cu il 22 mart hesab olunur. Amma ilk dəfə 1938-ci ildə boston qəzetlərinin birində işlədilib.
Dünya tarixində pişiklərdən başqa fərqli dönəmlərdə fərqli dəyərləndirməyə məruz qalan ikinci bir canlı yoxdur, çünki əvvəl ilahiləşdirilən, sonra şeytanla eyniləşdirilib soyqırıma məruz qalan, sonra da təkrar evin baş küncünə yerləşdirilən canlı növü məhz pişiklərdir.
Bir insanın qarşısından qara rəngli bir pişiyin keçdiyi zaman uğursuzluq gətirəcəyi ilə bağlı inancın qaynağının miladdan əvvəl 3000 — ci illərə, qədim Misirlilərə bağlı olduğu qeyd edilir. O dövrdə pişiklər müqəddəs bir canlı olaraq qəbul edilirdi. Hətta qara dişi pişiklərin ilahiləşdirilməsini qazıntı işləri nəticəsində ortaya çıxan məlumatlar sayəsində görmək mümükündür.
O dövrdə Misirdə pişikləri xəstəlik və ölümdən qorumaq üçün qanunlar belə qəbul edilmişdi. Evin pişiyinin ölməsi isə ailə üçün bir fəlakət idi.
Görüntülərdəki Wi-Fi siqnalları dalğa-dalğa və rəngarəngdir. Siz bu barədə nə düşünürsünüz? Azərbaycanda Wi-Fi siqnalları görünsəydi necə bir təsirə səbəb olardı? /Texnopress
Aparılan tədqiqatlar bəzi heyvanların yuxu gördüklərini təsdiqləyir. Məməli heyvanların böyük bir hissəsinin yuxu gördüyü çoxdan məlumdur. Əgər pişik, ya da it saxlayırsınızsa, yatarkən onların gözlərində, ağızlarında (hətta bığlarında) yuxu gördüklərinin əlamətlərini müşahidə edə bilərsiniz. Çox güman ki, onlar yaddaşlarında saxladıqları müxtəlif «vizual informasiyalardan» meydana gələn yuxular görürlər. Məməli heyvanlarla yanaşı, bəzi quş növləri də yuxu görürlər. Hətta məməlilər arasında yexidnadan başqa bütün heyvanların yuxu gördükləri müəyyən edilmişdir. Sürünənlərin yuxu görməməsi isə yuxunun sabit bədən temperaturu ilə (və ya başqa sözlə, istiqanlılıqla) bağlı olaraq inkişaf etdiyini göstərir.
Ailəm jurnalı