Allah insana böyük qiymət vermiş, onu ehtirama layiq yaratmışdır. Bununla bağlı Qurani-Kərimdə belə buyurulmaqdadır: «Biz Adəm oğlunu mükərrəm(yəni, möhtərəm) yaratdıq» (İsra, 17/70). İnsanın özü mötərəm sayıldığı kmi, onun orqanları da ehtirama layiqdir. Ona görə də, insanın hər hansı bir orqanının satılmasına icazə verilmir. İnsan orqanlarının pis yerə tullanması da ən azı özünə hörmətsizlikdir. Bu mənada insan öz bədənindən ayrılan hər parçaya ehtiram göstərməlidir. Kəsilən dırnaqlar, həmçinin kəsilən saçlar da hara gəldi atılmamalıdır. Əvvəllər belə bir qayda var idi ki, bu saydıqlarımızı həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırırdılar. Ancaq bu gün böyük şəhərlərdə yaşayan minlərlə, milyonlarla insan üçün bu işi görmək o qədər də asan deyil. Ona görə də, yaxşı olar ki, insanlar onları bir kağıza büksünlər və bir zibil qutusuna atsınlar. Yəni, saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil. İşin başqa bir tərəfinə də baxaq: ola bilsin ki, kiminsə saçı və ya dırnağı başqasına pis təsir göstərə bilər. Halbuki insanlara bu cür təsir göstərmək onların haqqını tapdalamaq deməkdir. Ona görə də, saç və ya dırnaq məsələsində həssas davranmaq lazımdır. Uca Peyğəmbərimiz (s.ə.s) dırnaqlarını müəyyən gün və günlərdə kəsər və heç kimin görmədiyi yerdə basdırardı. Bərbərxanalarda hər gün neçə-neçə insanın saçı qırxılır. Təbii ki, bərbərin hər gün yer qazıb saç basdırmaq imkanı yoxdur. Ancaq bərbərin o saçları «havaya sovurması» da insanlara qarşı haqsızlıqdır. Ona görə də, bərbər o kəsilmiş saçları bir kağıza bükməli (və ya bir torbaya yığmalı) və açılmayacağından əmin olduqdan sonra bir zibil qutusuna atmalıdır.
Ailəm jurnalı
Diqqətəlayiqdir ki, beynəlxalq “Pi” günü görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edir.
mənbə: ict.az
Aralıq Dənizdə və Atlantik Okeanında güclü dalğalarla yanaşı, güclü axınlar və güclü qabarma-çəkilmələr var. Aralıq Dənizinin suyu, Cəbəllütariq Boğazında Atlantik Okeanı ilə qarşılaşır. Ancaq bu iki su bir-birinə qarışmır. Çünki suların hər birinin özünəməxsus temperaturu, sıxlığı, hətta duzluluğu var. Buna görə də, iki dəniz arasında gözəgörünməz bir sərhəd var. Allah (c.c.) isə bunu Quranda belə bəyan edir: "(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə var, bir-birinə qarışmazlar (onlar üçün müəyyən edilmiş həddi aşmazlar)". (Rəhman/19-20)
Ailləm jurnalı
Avraam Linkoln yoxsul bir ailədə dünyaya gəldi. Üstəlik, ata-anası oxumaq-yazmaq da bilmirdi. Və onun ilk imtahanı 9 yaşında anasını itirməklə başladı. Bundan sonra o dəfələrlə işsiz qaldı. Bütün bunlarla yanaşı, övlad acısı da daddı. Bəli, ağrı-acılar qarşısında Avraam Linkolnun ağladığı vaxtlar da olurdu. Nə vaxt həyatında bir maneə ilə qarşılaşsa, axşamlar tozlu cığırlarda, ağaclar və kollar arasında gəzməyi çox sevirdi.
Elm və texnikanın inkişafı ilə əlaqədar alimlər insanlara sirli gorünən hadisələrin üstünü açmağa çalışırlar. Çünki ola bilsin ki, bu hadisələrdən hər hansı birinin sirri açılsa, bəşəriyyə sürətli inkişaf dövrünə qədəm qoya bilər. Bu baxımdan, hazırda alimlərin diqqətini daha çox cəlb edən məsələ müxtəlif dövrlərdə insanların başına gələn hadisələrin demək olar ki, sonralar olduğu kimi təkrar olunmasıdır.
Nərd oyununun qədim tarixi var. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Nərd oyunu qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkəsində mövcud imiş.
Amma indiki zamana nəzər salsaq, ən çox nərd oyunu Azərbaycanda oynanılır. Küçədə, məhlələrdə gəzərkən nərd oynayan insanlara, əsasən də qocalara az rast gəlmirik.
Azərbaycanda hələ qədimdən məlum olan, Xaqani, Nəsimi və digər klassiklərimizin əsərlərində adı çəkilən nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. Nərd oyunu 24 xanalı lövhə ― nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir.