
“Bluetooth”  sözünün hərfi mənası — mavi diş deməkdir. Bəs bunun telefon və kompüterə nə aidiyyatı var?
Bu ad 930-986-cı illərdə yaşamış Danimarka kralının adına söykənmişdir.
Kral Harald Bluetooth skandinav ölkələrini birləşdirmək uğrunda çalışırdı. 958-ci ildə taxta çıxan Herald 976-cı ildə vuruşaraq Norveçı öz tərkibinə qatır. Bununla Herald Bluetooth iki dövlətin kralı olur, Norveç və Danimarka. Heraldın daxili, xarici və birləşdirmə siyasəti dünyada məşhurdur.
  «Bluetooth» ləqəbinin yaranmasına iki səbəb var. Birincisi — kralın dişləri doğurdan da patoloji rəngdə idi, yəni mavi rəngdə. İkincisi — bu adı ona vikinglər qarabuğdayı və tünd saçlı olduğuna görə vermişlər. 
Vikinglərin dilində kralın ləqəbidir. Lakin  o tarixdə dişinin rəngiylə yox, başqa xüsusiyyəti ilə iz qoyub. 
İlk şəkil 1826-cı ildə fransız fotoqraf Jozef Nisefor Neps tərəfindən çəkilmişdir. Foto «Le Grasın pəncərəsindən görünüş» adlanır. Şəkildə görünən mənzərə fotoqrafın ailəsi ilə yaşadığı evdən çəkilmişdir və tarixə ilk şəkil olaraq düşmüşdür.
Şəkil işıq və günəş şüalarının köməyi ilə çəkildiyi üçün Neps bu işə 8 saat vaxt sərf etmişdir. Neps 8 dekabr 1827-ci ildə özünə «fotoqrafiyanın atası» adını verir. Hərçənd ki, həmin dövrlərdə fotografiya anlayışı yox idi. Neps bu sənətə «helioqrafiya» adı verir. Bu ad indiki dövrümüzə fotoqrafiya kimi gəlib çıxmışdır, eyni anlayışı əks etdirir.
Nepsin atası XV Lüdovikin məsləhətçisi, anası isə məşhur hüquqşunas qızı idi. 1829-cu ildə Neps xəstələnir. Etdiyi işlər müqabilində yaxşı qiymətləndirilməyən fotoqraf 68 yaşında 1833-cü ildə dünyasını dəyişir.
 Lui Jak Mande Daqer — ilk fotoqraf Jozef Nepsin davamçısı Nepsin ölümündən sonra onun kəşfini genişləndirdi.
Mənbə: azens.az 
Yelpik qədim tarixə malik bir əşyadır. Onun yaranması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Onlardan biri  imperatriça Von Vanla bağlıdır.
3 min il bundan əvvəl qızmar,isti və bürkülü yay günlərinin birində imperatriça sarayın bağında istirahət edirdi. Hava dəhşət bürkü idi, külək belə əsmirdi. İmperatriça yalnız bağdakı fəvvarədən çıxan sərin su ilə rahatlıq tapır və əlindəki böyük yaşıl yarpaqla özünü sərinlədirdi. Onun üzündə xəfif bir təbəssüm var idi, öz ideyasından olduqca məmnun görünürdü. Bu kiçik, lakin eyni zamanda dahiyanə ideya sonradan qədim adətlər tarixində uzun bir yol keçir. Çin rəvayətinə görə, yelpiyin tarixi belə başladı.
  Əslində onlar 50-ci illərin sonlarında meydana çıxıblar. Şirin, xəyali həyatın episentrində — italyan kino ulduzları və digər vacib personaların yaşadığı Roma şəhərində. Foto kameralar varlıları və məşhurları bir dəqiqə belə obyektivin diqqətindən kənara qoymayaraq daimi gərginlikdə saxlayırdılar. Onlar Lambaretta və Vespa markalı motorollerlərində gəzirdilər. Misir kralı Fərruxu əsəb sarsıntısı keçirməyə, Anita Ekberqi oxla «atəş açmağa» məcbur etmişdilər. Riçapd Barton onları ölümlə hədələmişdi. Cekki Kennedi onları görəndə qorxurdu. Qalmaqalçı fotoqraflar üçün adı Federiko Fellini tapıb. Fellini onlardan birini «Şirin həyat» filminin personajına çevirərək Paparasso adını vermişdi. 
Heyvanlar uşaqların inkişafında müsbət rol oynayır.  Uşaqların inkişafında müsbət rol oynayan heyvanlar, uşaqların sosial varlıq kimi yetişməyinə də təsir edir. 
Yalnız Çinlilərin deyil,  Yaponların, Orta  və Cənub-şərqi Asiyada yaşayanların hətta Eskimosların belə gözləri  çəkikdir. Əslində  'çəkik gözlü'  olmaq tərifi qətiliklə səhvdir. Göz quruluşu dünyada bütün insanlarda eynidir. Fərqi yaradan yalnız göz qapaqlarıdır.
 Çəkik  gözlü deyə  xarakterizə edilən irqlərdə  gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə doğru daha çox enmişdir və bu vəziyyət gözün sanki daha darmış kimi görünməsinə səbəb olur. Yaxşı bu, nə üçün   belədir? 
Bir   nəzəriyyəyə   görə   göz   qapağının   üzərində  dayanan ikinci qıvrım, bu insanların gözlərini sıx olan qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir cür qar gözlüyü kimi inkişaf etmişdir.

