Müasir tibbin gündəmində kök hüceyrələri aktuallığını qorumaqdadır. Kök hüceyrə dedikdə, bədəndə mövcud olan sadə dil ilə desək yetişməmiş (yetkinləşməmiş) hüceyrənin inkişaf edərək digər hüceyrə növlərinə (məsələn, əzələ, sümük iliyi, qan, göz, dəri, sinir və s.) çevrilə bilən növüdür. Bu hüceyrələrin ən böyük əhəmiyyəti onun vasitəsilə aşağıda adı çəkilən ciddi və müalicəsi sual altında olan bir sıra xəstəlikləri müalicə etmək mümkünlüyüdür: şəkərli diabet, Parkinson xəstəliyi, Altsaymer xəstəliyi, osteoartrit, insult, onurğa beyni xəstəlikləri, ürək infarktı, xərçəng, keçəllik, dişlərin, görmə və eşitmə qabiliyyətinin bərpası, yaraların sağaldılması, kişi sonsuzluğu.
Alimlərin araşdırmalarına görə kök hüceyrələr ən çox körpənin cift və göbək ciyəsi qanında toplanır. Müəyyən müddətə qədər kök hüceyrələrin yalnız qanda olduğu düşünülürdü. Lakin 2003-cü ilə uşaq stomatoloqu Dr. Songtao Shi təsadüfi bir şəkildə uşaqların süd dişlərində aşkar etdi. Bundan sonra dental kök hüceyrəsi anlayışı yarandı.