Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

Qırılmış göz kölgələrini bərpa etməyin yolları

Qabında çox bərk kimi görünən göz kölgələri əslində çox nazikdir.
Bir yerə dəyincə çatlayır, yerə düşəndə isə parçalanır. Sevimli göz kölgənizi toz halında görəndə nələr hiss etdiyinizi yaxşı anlayırıq. Ancaq bu qədər üzülmənizə ehtiyac yoxdur, çünki həlli var!
Çox sevərək aldığınız göz kölgəsi qırıldığında atmanıza ehtiyac yoxdur. Aile.lent.az-ın sizə verdiyi bu ipucları ilə kölgələri yenidən bərpa edə bilərsiniz.
Davamı →

Suya düşən telefonu və noutbuku necə xilas etmək olar?

Telefonsuz nəinki bir günümüz, bir saatımız belə keçmədiyi üçün hər kəsin həyatında onu bir dəfə də olsa suya salma və ya islatma halı qaçılmazdır.
Bu məqalə ilə tanış olduqdan sonra telefonunuzu itirmək təhlükəsi sizdən yan keçə bilər.  Keçək mətləbə.     
Təsəvvür edək ki, telefonunuz əlinizdən çıxıb suya düşdü. Bu halda:
  1. Sakitləşin. Tez-tələsik təşvişə düşməyin. Telefonu xilas etmək şansınız hələ var.
  2. Telefonu dərhal sudan çıxarın. Suyun bütün detallara hopması üçün 20 saniyə kifayətdir. Nə qədər cəld hərəkət etsəniz, telefonu xilas etmək ehtimalınız bir o qədər çoxalar.
Davamı →

Böcəkləri evdən necə qovmaq olar?

Evin küncündə, ya da dörd bir tərəfində qarışqalarla bacarmaqda çətinlik çəkirsinizsə, aşağıda yazılana əməl etməyiniz tövsiyyə olunur.
Böcəklərə qarşı apteklərdən ya da marketlərdən dərman almağa ehtiyac yoxdur. Öz qoxusuyla qarışqaları evdən uzaqlaşdıran məhlulu siz də asanca hazırlaya bilərsiniz.
Bunun üçün nə etməli?
Davamı →

Xoruldama nə ilə təhlükəlidir?

Statistikaya görə, yuxu zamanı yatanların 45 faizi xoruldayır. Müşahidələr həmin prosesin kişilər arasında daha çox yayıldığını göstərir.
Xoruldamanın səbəbi, onun nədən qaynaqlandığı barədə Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva bildiribki “Xoruldama yuxu əsnasında hava axını boğazdan sərbəst keçə bilmədikdə yaranır və yuxuda tənəffüs dayanması xəstəliyinin əlaməti sayılır. Ağız və burun boşluğundakı hava yolunda daralma nəticəsində qəribə səslər çıxır. Xoruldama burun tutulmasıyla müşahidə olunan müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində əmələ gələ bilər. Dar, uzun və ya çox ətli damağı olanlar hər zaman xoruldayır. Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də bəlğəmlə tutulması zamanı da xoruldama baş verir.
Davamı →

Təmiz su sağlamlığın təməlidir

Su planetimizin tarixinin təməlidir, hər şeyin tərkibinə daxildir və onu əhatə edir.Azərbaycanda suyun müqəddəsliyi, onun (qorunmasının, mühafizə edilməsinin) əhəmiyyəti şifahi xalq ədəbiyyatımızda, adət-ənənə və inanclarımızın kökündə durur. Bunu həyatımızın müxtəlif anlarında təsadüf etdiyimiz, öyrəndiyimiz bayramlar, mərasimlər və s. sübut edir. Məsələn, Novruz bayramı, Kövsəc bayramı tipli mərasimlər buna sübutdur.Dünya Ehtiyatları İnstitutunun qiymətləndirmələrinə görə, 13 ölkə dünyanın ən su ilə təmin olunmayan dövləti sayılmışdır.Su davamlı bir tarazlıq içində “müəyyən bir miqdar”a uyğun olaraq dövr edir. Yer üzündə həyatın davamı da su dövriyyəsi sayəsində təmin olunur.
Davamı →

Yuxuda pul görmək

Pul haqqinda muxtelif formalı yuxuların yozmalarını aşağıdakı bəndlərdən oxuyun.
Yuxuda pul tapdığınızı görmüsünüzsə, xırda narahatlıqlardan sonra böyük səadətə qovuşacaqsınız. Həyatınızda dəyişikliklər gözlənilir.
Yuxuda pul gormek, pul ödəmək mümkün uğursuzluqdan xəbər verir. Kimdənsə qızıl aldığınızı görmüsünüzsə, geniş perspektivlər və sevinc dolu dəqiqələr gözlənilir. Pulu itirmək evdə və işdə qanıqaralıqdan xəbər verir.
Yuxuda pulunuzu sayıb çatışmazlıq, əskiklik görmüsünüzsə, hansısa ödənişlərlə problemlərin yaşanacağı ehtimal olunur.
Davamı →

Telefonunuz suya düşərsə

Yolda gəzdiyiniz zaman yağış başlayır, yaş olmasın deyə cibinizə qoymağa çalışdığınız telefon əlinizdən sürüşüb gölməçəyə düşür...
Bu yaş telefon üçün yeganə ssenari deyil. Əl-üz və yaxud qab yuyarkən çanağa düşə, həmçinin bir bardaq su telefonun üzərinə dağıla bilər. Satışda su keçirməyən telefonlar geniş yayılsa da, bu, problemin həlli demək deyil.Telefonunuz islanıbsa etməli olduqlarınızdan vacib etməli olmadıqlarınızdır.Telefonu islanmış halda heç vaxt yandırmayın.
Davamı →

Ağ paltarlardan sarı ləkələri necə aparmaq olar?

Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək çox çətindir.
Təbii üsullarla ləkələrdən qısa zaman ərzində qurtula biləcəksiniz.
Soda
Soda həm paltarlarınızı təmizləyir, həm də parladır. 250 qram soda və 1 litr suyu qarışdırın. Ləkəli paltarınızı qarışımın içində bir neçə dəqiqə saxlayın. Sonra paltarlarınızı paltaryuyan maşında normal şəkildə yuyun. Paltarlarınızın rənginin ilk alındığı günə döndüyünü görəcəksiniz.
Davamı →

Yuxuda ilan görmək nəyə işarədir?

Əgər yuxunuzda ilan görmüsüzsə narahat olmağa dəyər. Çünki yuxuda ilan görmək elə də xeyirə yozulmaz.
Əgər bir qadın yuxusunda ölmüş ilanın onu sancdığını görübsə, reallıqda riyakar bir dostun qərəzi ona iztirablar yaşadacaq.
Yuxuda qıvrılan, ya da kimınsə üzərinə düşən ilanları görmək sağ qalmaq uğrunda mübarizə və vicdan əzabına işarədir.
Yuxuda ilanları öldürmək maraqlarınızın müdafiəsı, məqsədlərinizə çatmaq, yaxud da başqalarının onlarla hesablaşması üçün əlinizdən gələni edəcəksiniz. Düşmənlər üzərində qələbə çalacaqsınız.
Davamı →

Holci kompleksi nədir?

Məşhur italyan histoloqu Kamillo Holci (Camillo Golgi ) 1898–ci ildə özünün təklif etdiyi sinir toxumasının gümüş nitrat məhlulu ilə rənglənməsi (gümüşləmə) metodunun köməkliyi ilə beyinciyin armudabənzər (Purkinye) hüceyrələrinin nüvələri ətrafında filament və dənəciklərdən təşkil olunmuş yeni bir strukturu-daxili tor aparatını(apparato reticolare)-müşahidə etdiyi haqda məlumat dərc etdirmişdi.
Gümüşləmə metodundan istifadə zamanı həmişə stabil nəticələrin alınmaması K.Holcinin kəşfini vaxtında lazımi dərəcədə qiymətləndirilməsinə mane olurdu. O vaxtın bəzi məşhur histoloqları, ümumiyyətlə nüvə ətrafında gümüş və osmium duzlarının çöküntüsünü artefakt(aldadıcı görüntü)kimi qəbul edirdilər. Ancaq elektron mikroskopunun histologiya sahəsində istifadə olunduğu ilk vaxtdan Holci kompleksinin tam mənada müstəqil orqanel olmaqla eritrositlərdən və buynuzlaşmış epitel hüceyrələrindən başqa yerdə qalan hüceyrə tiplərində rast gəlməsi təsdiq olundu.
Davamı →
Top