
Özümüzdən nə qədər uzağıq? Hansı özümüzük, hansı başqası? Biz kimik və nə qədər özümüzük?- bütün bu suallar sadəcə qısametrajlı bir filmdən sonra yarandı.
“Biz hamımız həyatda seçim edirik. Önəmli olan bu seçimlə yaşamaqdır” (filmdən sitat)
Xarici görünüşünə görə aktrisanı çox zaman “Flyleaf” qrupunun solisti Lacey Sturm ilə qarışdırırlar.“Art haus” — bu sözü incəsənət sahəsində müxtəlif kontekstlərdə, o cümlədən kino ilə bağlı tez-tez eşidirik. Bəs bu anlayışın məğzi nədir, “art haus” kino nə deməkdir?
“Art haus” kino (ingilis dilindən “Art house” — “incəsənət evi”, həmçinin “art cinema”, “art movie” və ya “art film” adlandırılır) — müstəqil çəkilən (“müstəqil kino”), kommersiya (satış) üçün nəzərdə tutulmayan filmlərdir. “Art haus” məhsulu kütləvi deyil, məhdud auditoriya üçün nəzərdə tutulur.
Adətən bu cür filmlərdə kinematoqrafçılar bədii təsvirin daha ifadəli formalarının axtarışı ilə məşğul olur və kino dilini genişləndirir. Buna görə də həmin filmlər kino sənətini kifayət qədər anlayan, fərdi bilik səviyyəsi buna imkan verən tamaşaçı üçün nəzərdə tutulub.
Hələ ilk filmlərdə — Jorj Melyes, D.Qriffit və ya Sergey Eyzenşteynin ekran əsərlərində “kino qaydaları” yenicə təşəkkül tapırdı. Lakin sonrakı dövr avanqardizmin nümayəndələri Luis Bünüelin, Jan Koktonun filmlərində kino əsl yaradıcı sənət növü kimi çıxış etməyə başladı.
Dünya kinosunda ilk şöhrət tapmış komik aktyorlardan ən yadda qalanları Andre Did, Maks Linder, Çarls Spenser Çaplin idi. Səssiz kinoda pantomim hərəkətlərlə, jest və mimikalarla, tryuklarla tamaşaçıları güldürə bilmək xüsusi məharət tələb edirdi, bu elə də asan deyildi.Amerikalı rejissor Artur Penin 1962-ci ildə çəkdiyi, iki “Oskar” almış
“Qaranlığın içindən” (Orjinal adı: The Miracle Worker) filminə sona qədər baxmaq üçün insanın əsəb sistemi çox sağlam olmalıdır. Amerikalı pedaqoq, aktivist, yazar Helen Kellerin həyatından bəhs edən bu filmi emosiyasız, göz yaşı axıtmadan izləmək mümkün deyil. Film haqqında çox danışmaq istəmirəm. Bilirəm ki, kino həvəskarları indiyəcən baxıb və ya mütləq baxacaq. Bu yazıda Helen Kellerdən — əsl əzmkarlıq abidəsi hesab edilə biləcək insan haqqında danışmaq istəyirəm.
Uşaqlıqdan kor, kar və lal olması onu başqalarından fərqləndirirdi. Fiziki qüsurlarına baxmayaraq Helen Kellerin bacarıqları onu əfsanəvi şəxsiyyətə çevirir. Beş dil bilən, velosiped və yelkənli qayıq sürən, şahmat oynayan Helen Keller eyni zamanda müəllifi olduğu kitablarla əlillərin həyatına yeni rəng qatmağı bacarmış, onlar üçün həyatı asanlaşdırmağa çalışmışdı. Amerika Görmə Qüsuru Olanlar Dərnəyi ilə yanaşı bir çox təşkilatlarda çalışmış, işi ilə bağlı müxtəlif ölkələrə səyahət etmişdir. Gənclik dostu və tanınmış yazıçı Mark Tven Helen Keller haqqında deyirdi:
Cənub qonşumuz bəlkə də bir çox şeylərə görə bizə həsəd apara bilər. Amma bunların içərisində dəqiq kino yoxdur. Qılınc və çadra altında yaradılsa da, bütün dünyaya meydan oxuyan kinoları ilə İran rejissorları qarşısında baş əyməkdən başqa çarəmiz yoxdur.