Film 1963-cü ildə yazıçı Yaşar Kamalın “qocalmayan uşaq” adlandırdığı,
Cümhuriyyət dövrünün ən məşhur yazarlarından Nəcati Cumalinin eyni adlı hekayəsi əsasında çəkilib. Nəcati Cumali hekayəni 1962-ci ildə İzmirin Badəmlər kəndində vəkil olaraq işlədiyi zaman apardığı müşahidələr əsasında yazıb. Filmin rejissorluğunu isə demək olar ki, çəkdiyi əksər filmlər ilə başı daim senzura ilə qeylü-qalda olan Türkiyənin ilk rejissorlarından olan Mətin Ərksan ilə amerikalı rejissor Devid E. Durston etmişdir. Musiqisini Yunanıstanın Akademiya mükafatı laureatı Manos Hacidakis bəstələyib.
Stiven Spilberq-ABŞ rejissoru
Parlaq işıq fonunda insanın silueti, yaxud çizgiləri – Spilberqi fərqləndirən cəhətlərdən biridir. Bəzən belə səhnələr qatı duman vasitəsilə yaradılır.


1. Haqqında ən çox film çəkilmiş personaj qraf Drakuladı-72 filmdə bu personajın adı keçib. İkinci yerdə Şerlok Holmsdı- 66 film. Üçüncülüyü isə 60 filmlə Tarzan qapayır.
Hər gün bir çox yeni film viziona girməkdədir. Onların bir qismi asanlıqla unudulur, çox az qismi isə yaddaşlara yazılır...Bir filmi dəyərli edən ən böyük xüsusiyyət kassa hasilatı hesab edilsə də, çox insanlar illər sonra belə xatırlanan bir filmi daha dəyərli hesab edirlər. Budur sizə indiyə qədər çəkilmiş 10 ən yaxşı film.
Yann Martel 2001-ci ildə Kanadada romanını çap edəndə, yəqin ağlına da gəlməzdi ki, romandakı benqal pələngi ilə 16 yaşında yeniyetmənin 227 gün okeanda azmış qayıqda qalmaları filmə çəkilsin.
Soraya Manutchehri 1950-ci ildə İranda doğulub. 1986-cı il 15 avqustda əxlaqsızlıq edildiyi iddiasıyla daş-qalaq edilərək öldürülüb.
Bəzilərimizin yadında uşaqlıqdan baxdığımız ən uzun serial “Santa Barbara”, bəzilərimizin yadında isə “Simpsonlar” qalıb. İlk dəfə rus kanalı olan Ren Tv-dən bu seriala baxanda təxminən ibtidai sinifdə oxuyurduq. İllər keçdi, “Santa Barbara” belə bitdi, amma “Simpsonlar” bitmədi. Yaşıdımız olan bu multfilm dünyanın ən uzun mult-serialı olmaqla, həm də ən uzun sitkom və ən çox sayda ulduzların dəvət aldığı televiziya serialı kimi də Ginnesin Rekordlar Kitabına düşüb.
Kino öz qaydaları ilə inkişaf edən böyük biznesdir. Yaradıcı əməyin və texniki imkanların birgə məhsulu olan kino istehsalı prossesi maraqlı hadisələrlə də yadda qalır.
Bir çox məşhur şirkətlər məhsullarını film vasitəsilə reklam edir. Reklamçıların dilində bu “Product plasement” (gizli reklam) adlanır. Amerika filmlərində ən çox istifadə olunan brendlərin reytinq cədvəli də var. Həmçinin hər il təqdim olunan “Brandcameo Product Placement Awards” mükafatı da təqdim olunur. Beləliklə, ən çox reklam olunan brendlər siyahısında birinci yeri “Apple” tutur. Brend 2010-cu ildə ABŞ-da hər 33 filmdən 10-da görünüb. İkinci yerdə – “Nike”, “Chevrolet” və “Ford”, üçüncü yerdə “Sony”, “Dell”, “Land Rover” və “Glock” şirkətləri dayanır.