Kino kateqoriyası üzrə məqalələr

Ən yaxşı sevgi filmləri

Romantik payız günündə bir fincan isti qəhvə ilə romantik filmlərə baxmaqdan gözəl heç nə yoxdur. Sizin üçün soyuq qış günündə oturub keyflə izləyə biləcəyiniz filmləri seçmişik. 

1. İlk sevgi, ilk rəqs (Dirty Dancing)
 
Davamı →

Təmiz düşüncənin əbədi parlaqlığı

Eternal Sunshine of The Spotless MindFilm: Təmiz düşüncənin əbədi parlaqlığı

Rejissor: Mişel Qondri

Ölkə: ABŞ

Janr: Dram, Fantastika

İl: 2004

İMDB balı: 8.5

Film Fiction balı: 8.5

Filmin ideyası fransalı rejissor və ssenarist Mişel Qondrinin aktyor Pyer Bosmot ilə söhbətindən sonra yarandı. Aktyor rejissora belə bir fikir söyləmişdi: “Səhər tezdən durursan və poçt qutunuza məktub gəlir. Açırsız və orda yazılıb- Siz tanıdığınız şəxs sizi yaddaşından pozdu.“Məhz bu ideya tammetrajlı bir filmin yaranmasına səbəb oldu. Baxmayaraq ki, Mişel bu filmə qədər elə də tanınmırdı və cəmi bir filmi var idi, filmin ssenarisi bir çox aktyor və aktrisalara maraqlı və cəlbedici görünürdü.
Davamı →

Vyaçeslav Tixonov

Hardasa uzaqlarda… daha dəqiq desək, “Elefant” restoranında dünyanın ən yaraşıqlı kəşfiyyatçısı öz həyat yoldaşı ilə görüşür. Onlar ayrı-ayrı masalarda əyləşiblər, səssiz-səmirsiz, heç nə demədən bir-birilərinə tamaşa edirlər.
Aralarındakı məsafə 5-6 addımdır, lakin bu məsafə yoxa bərabərdir. Bu baxışlarla onlar həm qucaqlaşır, həm öpüşür, həm də bir-birilərinin qoxusunu alırlar...
Davamı →

Rac Kapur

Rac Kapur“Axı insan nə istəyir? Pul, mövqe, uğur. Lakin insan üçün vacib olan sabah başına nə gələcəyini və sabahın bugünkündən daha yaxşı olacağını bilməkdir. Qalan heç nə vacib deyil”… Bu sözlər Hindistanın Çarli Çaplini hesab edilən aktyor Rac Kapura aiddir. Rac Kapura hələ qayıdacağıq.

Puldan söz düşübsə, gəlin bu incə məqamda bir az dayanaq…  Pulun heç bir əhəmiyyət daşımadığını iddia edən, bir az da dəqiq desək, onun əl çirki olduğu fikrini illər boyu insanların beyninə yeridən sovet hakimiyyəti üçün hind kinosu, sözün əsl mənasında, sərfəli idi, hətta belə desək, göydəndüşmə idi.

Hind kinosu heç bir inqilabi mesajlar ötürmür və yağış altında rəqslərin müşayiəti altında insanlara sadə, zərif və sadəlöhv sevgi aşılayırdı. Bütün bunlara rəğmən, hind kinosunun öz özəllikləri var və məhz bu özəlliklər sayəsində müəyyən bir qrup tamaşaçı hind kinosunu sevir, ona pərəstiş edir. Nədir bu özəlliklər? Bir məqamı da qeyd edək: Hind kinosuna ya baxırlar, ya da ümumiyyətlə, baxmırlar. Bu birmənalıdır.
Hind kinosu tamaşaçını gərginlikdə saxlamır, onu uzun-uzadı düşünməyə vadar etmir. Bəzi məqamlarda yüngül gərginlik baş qaldırırsa da, ani anda yağış yağır və qadın qəhrəman al-əlvan sarisi ilə yaşıllığın ortasında peyda olur və nazik səsi ilə oxumağa başlayır. Daha hər hansı bir gərginlikdən söz gedə bilərmi?..
Davamı →

Jan Pol Belmondo

Jan Pol BelmondoO, Avropa kinosunun ən kifir və eyni zamanda, ən yaraşıqlı aktyorlarındandır...
Nə qədər eybəcər, nə qədər kobud olursa — olsun, bir o qədər də çəkici, bir o qədər də seksualdır.
Rejissor və aktyor Pyer Düks onun barəsində demişdi: “Gərək sən səhnədə öpüşməyəsən, onsuz da heç kim inanmayacaq! Sənin simana ancaq əclaf obrazları yaraşır!...”
Ancaq zaman gəlir və məşhur fransız aktyoru Jan-Pol Belmondo dünyanın ən gözəl aktrisaları ilə tərəf-müqabili olur...
Bəli, Jan Pol Belmondo — dünya kinosunun ulduzu, heç bir xüsusi gözəlliyə malik olmasa da, bir çox qadınların qəhrəman idealı...

Fransızlar onu “Bebel” deyə çağırırlar. Əslən siciliyalı olan Belmondoya italyanlar isə dostcasına “İl bruto” (“eybəcər”) ləqəbini veriblər.
Davamı →

Al Pacino

Al Pacino“Mən aktyoram, ulduz yox. Ulduzlar Hollivudda yaşayanlardı.”

Amerika kino və teatr aktyoru Alfredo Ceyms “Al” Paçino (25 aprel 1940) Nyu-Yorkda Manhettendə Roza və Salvador Paçinoların ailəsində doğulmuşdur. Valideynləri ayrılanda 2 yaşı olan Paçino anası ilə birgə nənə və babasının yanına köçürlər. Paçino Nyu Yorkda məhşur İncəsənət İfaçılıq məktəbinə daxil olur. Dostlarının “Soni” deyə çağırdıqları bu gənc professional beyzbolçu olmaq istəyirdi. Eyni zamanda həmyaşıdları onu başqa adla da çağırırdılar — “Aktyor”.

Alfredo dərslərinə heç cür həvəs göstərə bilmirdi. Bu səbəblə də 17 yaşında məktəbdən qovulur. Buna görə anası ilə dalaşandan sonra o evi tərk edir. O çox az bir əmək haqqı ilə ofisiant, poçtalyon işləməyə başlayır. 10 yaşından artıq siqaret çəkən Alfredo 13 yaşında spitrli içkilər və marixuana qəbul etməyə başlayır. Ancaq heç vaxt yüksək dozalı narkotik vasitələrdən istifadə etmədi, baxmayaraq ki, onun dostlarının çoxu məhz yüksək dozadan dünyalarını dəyişmişdilər.
“Nyu York Underground” teatrında çıxışlarından sonra o Hertbert Berqhofun “HB Studio”suna qoşuldu. Burada o gələcək müəllimi və dostu Çarli Lautonla tanış olur. Bu dövrdə Alfredo nə bir işə, nə də bir evə malik idi. Bəzən küçədə, ya teatrda, ya da dostlarının evində gecələməli olurdu.

Davamı →

Jan Mare

Jan Mare gənc yaşlarından zahiri görünüşü, atletik bədən quruluşu ilə qadınları cəlb etməyi bacarsa da, uzun müddət sənət xadimlərinin, rejissorların diqqətindən kənarda qalmışdı. Üç dəfə Paris Konservatoriyasının dram sinfinə imtahan vermiş, lakin tələbə olmaq şansı qazana bilməmişdi. Amma o, inadından dönmədi və dünyanın ən məşhur aktyorlarından biri oldu.
Jan Villen Mare 1913-cü il dekabrın 11-də Fransanın Şerbur şəhərində anadan olub. Aktyor yaradıcılığına başladığı ilk illərdə uğursuzluq onu hər addımda izləyir.
Davamı →

Uşaqlar kinoda

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günündə ilin bir günü yığışıb kütləvi şəkildə uşaqları müdafiə etmək ideyası XX əsrin kəşflərindəndir. Amma XX əsr uşaqlara qarşı xüsusi qəddarlığı ilə də seçilib. Uşaq əməyindən istifadə, uşaq fahişəliyi bu əsrdə daha geniş miqyas alıb. XX əsrdə Şimali Koreyada anadan xəstə doğulmuş uşaqları elə xəstəxanadaca qətlə yetirirlər — işıqlı və sağlam gələcək naminə… XX əsrdə bombalar uşaqların çox sevdiyi oyuncaqların, şirin konfetlərin içinə yerləşdirilir. Klassik kinoda — Fellininin, Viskontinin, Eyzenşteynin filmlərində XX əsr uşaqlardan imtina edən aləm kimi göstərilir. Həmçinin uşaqlar da qəddar və böyüklərdən daha tənhadırlar.

Davamı →

Məşhur cizgi filmi Vinni Pux

Vinni PuxPlüş ayı balası Vinni-Pux (ingiliscədə “Puh”) personajı ilə oxucular ilk dəfə ingilis yazıçı Alan Aleksandr Milnin povest və şeirlərində tanış oldular. 

1960-1970-ci illərdə Boris Zaxoderin əsəri yenidən nəql etdi. Daha sonra Leonovun səsləndirdiyi “Soyuzmultfilm” studiyasının filmləri Vinni-Puxu Sovet İttifaqında da məşhur etdi. 

Vinni-Pux necə yaranıb?
Milnin kitablarının digər əksər personajları kimi ayı balası Vinni də həqiqi obrazdır. Leytinant Harri Kolborn tərəfindən 1914-cü ildə 20 dollara alınmış bu ayı Birinci Dünya müharibəsi vaxtı İngiltərəyə gətirilib. Tezliklə londonluların sevimlisinə çevrilən sevimli heyvana yazıçının tək övladı Kristofer Robin də biganə qalmayıb. 
4 yaşlı Kristofer Robin atasının 1924-cü ildə aldığı ayı oyuncağına elə Vinni adını qoyub. 

1981-ci ildə 61 yaşlı Kristofer Robin Miln London zooparkında Vinniyə heykəl qoydurub. “Vinni” adlı oyuncaq ayı isə hazırda Nyu-York kitabxanasının uşaq otağında yerləşir.
Davamı →

Kino "10-luq"ları

Bütün zamanların ən çox izlənilənlər silsiləsindən “Karib Dənizinin Quldurları” filminin növbəti bölümü də prodüserlərin üzünü güldürüb.

Rob Marşalın quruluş verdiyi “Karib Dənizinin Quldurları: — Sirli Dənizlərdə” dünya səviyyəsində 956 milyon dollar gəlir əldə edərək “ən çox qazanan 10 film” siyahısına düşüb.

Cohnni Deppin baş rolu oynadığı silsilənin əvvəlki iki filmi də ilk onluqda var idi.

Bütün zamanların ən çox gəlir gətirən 10 filmi bunlardır: 

1- “Avatar” — 2,781,505,847 dollar
2- “Titanic” — 1,835,300,000 dollar
3- “The Lord of the Rings: The Return of the King” (“Üzüklərin əfəndisi: Kralın qayıdışı”)- 1,119,102,868 dollar
4 “Pirates of the Caribbean: Dead Man's Chest” (“Karib Dənizinin Quldurları: Ölü adamın sandığı”) — 1,065,896,541 dollar
5- “Toy Story -3” (“Oyuncaq hekayəsi 3”) — 1,062,984,497 dollar
6- “Alice in Wonderland” (“Alisia Möcüzələr Diyarında”) — 1,023,285,206 dollar
7- “The Dark Knight” (“Qara Cəngavər”) — 1,001,921,825 dollar
Davamı →
Top