2015-ə sayılı günlər qala hər kəs indidən yeni il gecəsini planlayır. Kayzen.az olaraq 2015-in ilk gecəsinə çips, loto, televiziya ilə girəcək oxucularımızı unutmadıq. Hər kəsdən fərqimiz olsun deyərək sizlər üçün «Yeni il Mövzulu» ən maraqlı filmləri bir araya gətirdik. Bir-birindən əyləncəli, yeni il ruhunu daşıyan filmlər ilə yeni ilə girərkən biz də kayzen.az ailəsi olaraq sizlərə xoşbəxt, sağlıqlı və dinc bir yeni il arzulayırıq.
«The Polar Express» 2004 — Qütb Ekspresi
Şübhəçi bir uşaq, Santa Klausun var olub olmadığını sorğular və yoldaşlarıyla birlikdə Şimal Qütbünə doğru həyəcanlı bir qatar səfərinə çıxar. Uşaqlar özlərini böyük bir macəranın içində tapar. Başdan sona əyləncəli, macəralı və fantastic bir film. Forrest Gump, Back The Future kimi filmlərin rejissoru Robert Zemeckisdən unudulmayacaq bir animsiya filmi sizləri gözləyir.
Jan-Klod Van Dammın adı gələndə istər-istəməz çoxumuz uşaqlığımızı xatırlayırıq. Uşaqlığı və gəncliyi 90-cı illərə düşən nəsil onun filmləri ilə böyüyüb. Çoxları həvəsə düşüb idmana yazılıb. Soyuducuların, şkafların qapılarında, məktəb dəftərlərinin üstündə onun fotolarını görmək olardı.
— Van Damm Belçikanın paytaxtı Brüsseldə holland əsilli ailədə anadan olub. 12 yaşından başlayaraq karateylə məşğul olub. 16 yaşında Avropa çempionu olaraq Qara kəmər qazanıb. 1976-cı illərdən başlayaraq turnirlərdə iştirak edir. 22 turnirdə iştirak edib. Yalnız 4 turnirdə məğlub olub.
— 1981-ci ildə işləmək və pul qazanmaq üçün ABŞ-a köçüb. Formasını qorumaq və məşqi axsatmamaq üçün bir idman salonunda həm təmizlik, həm də nəzarətçi işində çalışıb. Paralel olaraq dolanmaq üçün gecə klublarında cangüdənlik, pizza paylayan, taksi sürücülüyü ilə də məşğul olub.
— 1984-cü ildə "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual karateçini canlandırıb.
— 1996-ci ildə 3-cü arvadı Derci La Piyer ilə boşandıqdan sonra kokain istifadəsinə aludə olubmuş. Hətta özünü öldürmək istəyirmiş. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotiki birdəfəlik tərgitmişdi.
— Van Damm amerikan yeməklərini sevmir.
— İngilis dilini TV-ə baxaraq öyrənib. Bu dildən əlavə fransız, ispan və alman dillərini də bilir.
Söyüşcül, avara və keçmişində əyyaş olan, lakin qızların sevimlisi və istedadlı aktyor Cerard Batler. Bu dəfə ondan danışacağıq, həm də özü barədə özü danışacaq...
Şotlandiyalı aktyor 13 noyabr 1969-cu ildə dünyaya göz açıb. Kaliforniyada isə onun başına əcaib hadisələr gəlib. Məsələn, o, xuliqanlığa görə bir neçə dəfə həbs olunub. Hətta bir dəfə əsl canilərlə bir kamerada əli qandallı “oturub”.
Cerri yalnız 30 yaşında spirtli içki qəbulunu dayandırıb. Bir dəfə isə o, paparasini döyüb. Bununla belə, Cerri layiqli cəzasını almayıb və azadlığa buraxılıb.
Bəs Batlerdə tamaşaçıları nə cəlb edir? Bəlkə, istedadından başqa, həm də elə dikbaşlığı, acı dilliyi, kobudluğu? Axı başqa istedadlı aktyorlar da az deyil.
Bir dəfə yaşlı qadın ona yaxınlaşaraq deyir:
— Bağışlayın, sizə mane olmaq istəməzdim.
— O zaman mane olmayın!
Qadın getməyə hazırlaşarkən Batler onu saxlayır:
— “Qızıl moruq” antimükafatına layiq görülmüşəm. Sevincimdən az qala ağlayacağam. Bu, mənim üçün minus işarəli “Oskar” mükafatına bərabərdir. Bəlkə, özümü asım? Nə deyirsiniz?
Bəzən bir cümlə ilə fikrini izah etmək böyük bir roman yazmaqdan daha çətin olur. İstedadlı insanlar hər zaman konkret danışmağı sevir. Bəlkə də məhz bu səbəbdən son zamanlar qısametrajlı filmlər daha çox sevilir və ən böyük mükafatlara layiq görülür.
«Həqiqət»
Tom Tikverin ssenarisi əsasında çəkilmiş 7 dəqiqəlik kiçik süjet ilk dəqiqədən izləyicinin diqqətini çəkir. Kiçik hissə «Paris, mən səni sevirəm!» filmindən götürülüb. Film gənc aktrisanın telefonda sevgilisinə «Yazımız gözəl idi, amma yayımız geridə qaldı!» deməsi ilə başlayır. Filmdə kor fransız və gənc aktrisanın reallıqla dolu, çılğın sevgisinə şahid oluruq. «Mən səni görürəm!», — deyir kor aşiq. İzlədikcə: «Korlar da görə bilərmi?», — deyə bir sual yaranır. Həqiqət isə budur ki, biz sevdiyimiz insanları hər zaman görürük.
«Fury» və ya bizim dildə desək sadəcə qəzəb deyil, «insan oğu niyə savaşır?» sualına cavab tapmaqda bizə kömək edən 134 dəqiqənin adı. Filmdə baş rolları «Brad Pitt», "Şia Labeouf" və «Loqan Lerman» bölüşür. Amerikalı məşhur rejissor «David Ayer» tərəfindən çəkilən Amerikan müharibə filmində hadisələr İkinci Dünya Müharibəsi dövründə cərəyan edir. Filmin çəkilişlərinə ilkin hazırlıq 2013-cü ilin sentyabr ayının əvvəlində İngiltərənin Hertfordshire qraflığında başlayır, daha sonra əsas çəkilişlər 30 sentyabrda Oksford qraflığında həyata keçirilir. Çəkilişlər bir ay, Oksford şəhəri də daxil olmaqla müxtəlif ərazilərdə davam edir və noyabr ayının 15 də çəkilişlər başa çatır. Fim isə tam şəkildə 2014-cü ilin 17 oktyabr tarixində tamamlanır. Filmdə hadisələr 1945-ci ilin aprel ayında baş verir. Alman qoşunları geri çəkilməkdədi. Üçüncü reyx dağılsada, alman əsgərləri hələ də müqavimət göstərməyə davam edirlər. Döyüşlərdə iştirak edən Wardaddy ( «Müharibə atası») ləqəbli serjant idarə etdiyi Şerman tankı və onun 5 nəfərlik heyət üzvü ilə rəqibdən az olmalarına baxmayaraq Nazi Almaniyasının ürəyinə zərbə endirmək üçün qərhrəmanlıqla döyüşə başlayırlar. Başdan sona nəfəs almadan baxacağınız bu film 68 million dollara başa gəlmişdir.
Real həyat hadisələrinə söykənən filmlər həmişə tamaşaçıların maraq dairəsində olub. Yaşanan hekayələrdən ilham alan rejissorların çəkdiyi bu filmlər uzun müddət yaddaşlardan silinmir.