Kino kateqoriyası üzrə məqalələr

TOP 10 psixoloji film

Fərqli insanların fərqli düşüncə tərzi və fərqli maraqları var. Bu fərqi, biz eyni zamanda insanın üzərində seçimini saxladığı filmlərdən də müşahidə edib, görə bilərik. Psixoloji filmlər çox vaxt qarışıq və mürəkkəb sujet xəttinə sahibdirlər. Amma, eyni zamanda, məhz bu filmlər sizləri düşünməyə və həyatınızda baş verən hər bir hadisədən dərs almanıza səbəb olur.

Sizlərə son illər ərzində ən çox baxılan və sevilən psixoloji filmlərinin TOP 10 sıralamasını və o filmlərin əsas şüarlarını təqdim etmək istərdim. Beləliklə, həmin filmlər bunlardır:
Davamı →

"Möhtəşəm Getsbi" haqqında maraqlı məlumatlar

The Great Gatsby
Amanda Seyfried, Rebecca Hall, Rachel McAdams, Keira Knightley, Blake Lively, Abbie Cornish, Michelle Williams, Natalie Portman, Eva Green, Anne Hathaway, Olivia Wilde,Jessica Alba və Scarlett Johansson Daisy Buchanan rolu üçün düşünülən adlar idi.
Davamı →

Tom Kruz

Tom Kruz — Tom Kruz – ambidekstrdi.

— Avtoyürüş fanatıdır.

— Televiziylardan birinə verdiyi müsahibədə psixologiyanın öyrənilməsini nasizm adlandırıb.

— Disleksiyadan əziyyət çəkib.

— Uşaq ikən düzgün yetişməyən diş problemlərindən əziyyət çəkib.

— “Mission: İmpossible” filminin ilk hissəsinə görə 70, ikinci və üçüncü hissələrinə görə 75 milyon qonorar alaraq, Hollivudun ən yüksək ödənişli aktyorlarından biri olaraq qalmaqdadır.

Oskar bəxtsizlərindən biridir.

— Aktyor 3 qat Qızıl Qlobus laureatı olsa da, bircə dəfə də Oskar laureatı ola bilməyib.
Davamı →

Frenk Darabont-Yaşıl yol

“Bir insan etdiklərindən gerçəkdən peşmanlıq duyarsa ən xoşbəxt olduğu zamana geri dönüb sonsuzadək orada yaşaya bilər. Bəlkə elə cənnət budur?”
Davamı →

Qorxu qandaldır, ümid isə azadlıq

Amerikan rejissoru Frenk Darabont yazıçı Stiven Kinqin povesti əsasında çəkdiyi “Şouşenkdən qaçış” filmi insan ağlı, qətiyyəti və ümidinin sərhədsiz olması haqqında çəkilmiş ən yaxşı filmlərdən biridir desəm yəqin ki, yanılmaram. 1994-cü ildə ekranlaşdırılmış bu film Kinopoisk saytının 2012-ci ildə keçirdiyi sorğusuna əsasən 250 film arasında birinci yeri tutmuşdur. Frenk Darabont öz yaradıcılığında iki böyük şedevr yaratmışdır və onlardan birincisi yaradıcı və aktyor heyətinə böyük şöhrət gətirmiş “Şouşenkdən qaçış” filmidir.
Davamı →

Ölü Yazarlar Dərnəyi

Film: Ölü Yazarlar Dərnəyi Olu yazarlar dərnəyi
Rejissor: Peter Weir

                     Hələ vaxt varkən tumurcuqları topla
                     Zaman hələ də uçub gedir
                     Və bu gün hələ də gülümsəyən bu çiçək
                                                      Sabah ölə bilər*

Eyni adlı əsərdən çəkilmiş və rejissoru Peter Weirolan “Ölü Şairlər Dərnəyi” filmini izlədim. Filmi izləməyən gənc yəqin ki, qalmayıb. Filmdə, Velton oğlan akademiyasına yeni gələn və ədəbiyyat müəllimi olan Con Kiting (Robin Uilyams) yenilikçi, digər müəllimlərdən fərqli adamdır.
Film irəlilədikcə Cənab Kittingin xeyri simvolizə etdiyini düşünməyə başlamışdım. Tələbələri ilə elə ilk günlərdən münasibəti çox yaxşı olan, onlara aysberqin həmişə digər üzünün də olabiləcəyini diqqətə almağı və anın dəyərini – capre diemi — öyrədən müəllim, tələbələri tərəfindən sevilir.

7 tələbə müəllimin köhnə albomunu tapır. Hər şey də elə buradan başlayır. Albomda “Ölü Şairlər Dərnəyi” adını görən tələbələr müəllimdən bu barədə soruşur. Cənab Kiting, dostları ilə əvvəl yaratdığı və indi olmayan dərnəkdən tələbələrinə danışır vətələbələr “Ölü Şairlər Dərnəyi”ni yenidən qurmağa qərar verirlər. Hər axşam akademiyanın yaxınlığında yerləşən mağaraya gedir, orada şeir gecəsi keçirirlər. Bir-birlərinin yazdıqları şeirlərlə birlikdə müəllimlərindən öyrəndikləri şairlərin də şeirlərini oxuyurlar.
Davamı →

20th Century Fox

20th Century Fox“20-ci Əsr Foks Kinostudiyası” Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, Beverli Hillsin qərbində yerləşən studiya “News Corporation” şirkətinə məxsusdur.

“20th Century Fox” 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 1915-ci ildə əsası qoyulmuş “Fox Film Corporation”, ikincisi isə 1933-cü ildə yaradılmış “Twentieth Century Pictures” şirkətləri idi.

Studiyanın ən uğurlu filmləri sırasında “Star Wars” (“Ulduz Müharibələri”), “Ice Age” (“Buz Dövrü”),” X-Men” (“X – Adamlar”), “Die Hard” (“Məğlubedilməz”), “Alien” (“Yad”), “Planet of the Apes” (“Meymunlar Planeti”), “Home Alone” (“Evdə Tək”) film seriyaları, “The Simpsons” (“Simpsonlar”), “Family Guy” (“Qriffinlər”) və “American Dad!” (“Amerikalı Ata!”) animasiya serialları və s. var.

Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu. Digər məşhurlar arasında Betti Qreybl, Cin Tirni, Merilin Monro, Ceyni Mensfild və b. da var idi. Studiya ilk dəfə “Ən Yaxşı Aktrisa” nominasiyasında Oskara namizəd olan və ilk afro-amerikalı film ulduzu sayılan Doroti Dendric ilə müqavilə bağlamış ilk Hollivid studiyası idi.
Davamı →

Warner Bros.

Hollivudun 6 böyük studiyasından biri. 1918-ci ildə əsası qoyulan studiya “Paramount” və “Universal”-dan sonra ən qədim studiyadır.

Studiyanın adı dörd qardaş – Harri, Albert, Sem və Cek Uornerin adı ilə bağlıdır. Onlar 1903-cü ildə ilk teatrlarını açdılar. Birinci dünya müharibəsi illərindən etibarən film istehsal etməyə başlayan qardaşlar 1918-ci ildə studiyanı yaratdılar. 1923-cü ildən isə şirkət “Warner Bros. Pictures, Inc” adlanmağa başladı. Studiyanın ilk ulduzu “Rin Tin Tin” adlı it idi. Alman rejissor Ernst Lubitşin 1924-ci ildə çəkilmiş “The Marriage Circle” (Evlilik Dairəsi) filmi studiyaya böyük uğur qazandırdı.

1927-ci ildə studiya kino tarixində yeniliyə imza atdı. Al Colsonun iştirakı ilə ilk səsli film “The Jazz Singer” (Cazz Müğənnisi) ekranlara çıxdı.
Davamı →

Görüntüsü gözəl olan ən yaxşı 30 film

1. Tarkovski- «Stalker»
Disident rejissorun dünya kinosuna bəxş etdiyi sənət əsəri. Film ustalıqla və incəliklə lentə alınıb. Tarkovski öz ampulasında tamaşaçıları simvollarla çaş-baş salır. Film yüksək səviyyədə yaradılıb. 
Davamı →

Tom Hanks

Tom HanksTomas Ceffri “Tom” Henks – amerikalı aktyor, prodüser, yazıçı və rejissor. Fəaliyyətinə televiziyada başlayan Tom “Big” (Böyük) – 1988 filmi ilə uğurların başlanğıcını qoydu. “Philadelphia” (Filodelfiya) — (1993) filmi ilə “Oskar” alan aktyor növbəti il “Forrest Gump” (Forrest Qamp) ilə yenidən mükafata sahib çıxdı. Yüzlərlə mükafata namizəd olan Henks Hollivudun canlı əfsanələrindən sayılır. 
 İlk İllər: Tom Henks 9 iyul 1956-cı ildə Kaliforniyada, səyyar aşbaz Amos Mefford Henks və xəstəxana işçisi Canet Merilinin ailəsində dünyaya gəlib. Atası ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun uzaq qohumu idi. 1960-cı ildə valideynləri ayrıldı. Tom da daxil olmaqla ailənin üç uşağı atası ilə getdi, kiçik Cim Henks isə anası ilə qaldı. Sonradan onların hər ikisi evləndi. O, katolik kimi tərbiyə almışdı.

Tom “Chabot” kollecində teatr dərslərinə yazıldı və iki ildən sonra Kaliforniya Dövlət Universitetinə keçirildi. O, bu dövrü belə xatırlayırdı: “Səs-küyü sevən mənim kimi bir oğlan üçün aktyorluq dərsləri çox yaxşı yer idi. Vaxtımın çox hissəsini tamaşalarda keçirirdim. Sadəcə teatra gedir, bilet alır, auditoriyada oturur və tamaşanı izləyirdim. Bertold Brext, Tennessi Uilyams, Henrik İbsen kimi dramaturqların əsərlərinə çox baxmışam. Və aktyorluq mənim işimdir ”.

Karyera: 1979-cu ildə Henks Nyu-Yorka köçdü və növbəti il aşağı büdcəli “He Knows You're Alone” (O bilir sən təksən) filmi ilə kinoda debüt etdi. 1980-82-ci illərdə o “Bosom Buddies” (Yaxın Dostlar) serialında rol aldı. 1982-ci ildə “Happy Days” (Xoşbəxt Günlər) serialında qonaq aktyor kimi göründü. Bu serialda onu görən rejissor Ron Hovard Henksi 1984-cü ildə çəkdiyi və dəniz qızı və insanın sevgisindən bəhs edən “Splash” (Sıçrama) filminə dəvət etdi. Film kassa yığımında böyük uğur qazandı. Bir neçə serial və filmdən sonra 1988-ci ildə “Big” (Böyük) filmi ekranlara çıxdı. Film Henksi Hollivudun əsas aktyorları sırasına daxil etdi. O, “Ən Yaxşı Aktyor” kateqoriyasında ilk nominasiyasını aldı. Bu filmin ardınca Henksin bir neçə filmi kassada uğursuz oldu. Yalnız “Turner & Hooch” (Törner və Xuç)- (1989) filmi uğurlu alındı.
Davamı →
Top