1. 19-cu əsrlərdə hipnoz ingilis cərrahı tərəfindən düşünülmüşdür. Hipnozun yaranma səbəbi isə əməliyyat zamanı xəstənin ağrı hiss etməməsi üçün idi.
2. Çoxları elə düşünürlər ki, hipnoz ilə məşğul olan insanlar qeyri-adi bacarığa malikdirlər. Bu, cəfəngiyyatdı.Əslində isə bu insanlar sadəcə olaraq bu elmlə maraqlanır və dərinliklərinə varırlar. Hipnoz adama rahatlaşmağa və üzərindən psixoloji gərginliyi atmağa xidmət edir.
3. Maraqlı fakt:insan hipnoz vəziyyətində olanda onun allergik reaksiyası itir. Belə nəticəyə gəlmək olar ki, allergiya insan şüurundan asılıdır.
4. Əgər insan hipnoz vəziyyətinə düşmək istəmirsə, onu hipnoz etmək qeyri-mümkündür. Hipnoz olmaq üçün ən əsas istək və motivasiya lazımdır.
5. Elə insanlar var ki, onlar təsir altına asanlıqla düşürlər. Məsələn belə insanları məşhur musiqiçi, rəssam olmalarna əmin etmək asandır.
Almaniyada aparılan bir araşdırma, yuxu dünyasının qapısını açdı. Qadınlar ən çox üzür, kişilər qadınlardan daha çox sevişir, gənclər hörümçəkdən qorxur, yaşlılar pul tapır. Ən çox uçmağı sevirik. Təcavüzə məruz qalmaq, kiməsə təcavüz etməkdən daha çoxdur.
Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Ümumiyyətlə niyə yatmağımızın da ağlabatan bir cavabı yoxdur. Amma Almaniyada aparılan bu araşdırma yuxu ilə bağlı bəzi statistik məlumatlar verməkdədir. Sən demə bəzi yuxuları bütün insanlar görür. Dünən gecə siz böyük ehtimalla evlərin, yolların üzərindən uçmusuz. Kimdənsə qaçmısız, bir şeyi təkrar-təkrar etməyə çalışmısız, tanıdığınız, yaxud tanımadığınız biriylə sevişmisiz.
Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan – Batist Litrin adını daşıyır. Laboratoriya qablarını ilk dəfə o hazırlamışdır. Təəssüf ki, onun tərcümeyi – halının çox az hissəsi dövrümüzə gəlib çıxmışdır. Təkcə bu məlumdur ki, onun valideynləri də şərab şüşələri hazırlamaqla məşğul imişlər.
İsveç astronomu Anders Selsi ilə tanışlıq onun həyatında böyük rol oynamışdır. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi. Litrin təklifi onun ölümündən sonra təsdiq olundu. Ancaq standart maye kimi civə əvəzinə su işlədildi.
Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur yəqin ki. Amma sən demə, müasir futbola çox oxşayan oyun nə az-nə çox 2000 il əvvəl Çində mövcud imiş. Adı da tsu-cu imiş.
Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, ayaqla, başla, sinəylə, bir sözlə əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi.
Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torunortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi.
Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi. Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı.