Maraqlı faktlar kateqoriyası üzrə məqalələr

33 millisaniyədə verilən qərar

Yeni bir araşdırmya görə insan, yad bir insanın etibarlı olub olmadığına 33 millisaniyədə qərar verir.

ABŞ-dakı Nyu-York universitetinin psixoloqları yeni bir araşdırmayla, yad bir insana güvənib, güənməməyimizə qərar verməyimizin 33 milli saniyə çəkdiyini ortaya çıxarıb.

Bir millisaniyə, saniyənin mində biridir. Araşdırmaya görə insanlar, qaşları yüksək və almacıq sümükləri nəzərə çarpan insanlara, üzləri, qaşları düşük, almacıq sümükləri batıq olanlara nisbətdə daha çox güvənirlər.

Araşdırma çərçivəsində bir qrup könüllüdən komputerdə 300 insan üzünə baxmaları və bu üzlərin nə qədər etibarlı olduğuna qərar vermələri istənib. Mütəxəssislər, bütün könüllülərin bir insana güvənib güvənməyəcəklərinə, bu üzü bilgili bir şəkildə aşkarlamadan öncə qərar verdiklərini deyiblər. Onlar bəzi üz cizgilərinə sahib insanların, bütün iştirakçılar tərəfindən daha etibarlı qəbul edildiyini bildiriblər.

Davamı →

Ağ həkim xalatının tarixi

həkim xalatı Ağ həkim xalatının demək olar ki, 150 ildən çox yaşı var. Bu xalatlar pasiyentləri infeksiyalardan və yoluxucu bakteriyalardan qorumaq məqsədilə düşünülmüşdür.

  Həkim xalatı icad olunanadək, həkimlər pasiyentləri adi, gündəlik geyimlərdə qəbul edirdilər. Əməliyyat zamanı isə önlük və ya xüsusi qolluqlar taxılırdı. Həkim və pasiyentlər arasında nəsə bir “gigiyenik bufer” olması vacib idi, bu “gigiyenik bufer” elə rəngdə olmalı idi ki, onu tez-tez dəyişmək və ya yuyub-təmizləmək lazım gəlsin. Bu səbəbdən ağ rəng ən münasib rəng idi. 

  Müasir dövrümüzdə ağ xalatı həkimlə pasiyent arasında “gigiyenik bufer” hesab etməyənlər də az deyil. Ağ xalatın həkimlə xəstə arasında bir “gigiyenik bufer” olmasına şübhə ilə baxan Birmingen Universitetinin tıdqiqatçı alimləri olmuşdur.

20 il bundan öncə onlar  müxtəlif sahələrdə çalışan həkimlərin 100 ədəd xalatlarını mikroskop altında analizdən keçirmişlər. Xalatların əksəriyyətində  “qızılı stafilokok” (üzüm salxımına oxşar qruplar şəklində yerləşmiş bakteriya) aşkarlanmışdır. Merilend Universitetindən olan alimlər isə bundan  bir neçə il sonra məhz elə həkim xalatları vasitəsilə xəstəliklərin bir pasiyentdən digərinə keçdiyini iddia etdilər.

Davamı →

Dünya dilləri haqqında 25 fakt

Hazırda dünyada 7000 dilin istifadə olunduğunu və hər 2 həftədə bir bunlardan birinin yox olduğunu bilirdinizmi? Kulis.Az dünya dilləri haqqında 25 maraqlı faktı təqdim edir.

1. Meksikadakı bu dil dünyada o dildə danışan iki nəfər bir-birindən küsüb deyə yox olmaq təhlükəsi ilə qarşı qarşıyadır.

Davamı →

İntihar etmiş məşhurlar

Cek Londonİntihar etmək üçün əsas səbəb pulsuzluq götürülsə də, bu belə deyil. İntiharı çıxış yolu kimi düşünürlər.

Dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub. Azens.az intihar edən məşhurları araşdırıb, onları sizə təqdim edirik:
* Cek London intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amillər içki idi. İçkini atmağı asan hesab edən yazıçı, sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə, onun 1916-cı ildə yuxu zamanı öldüyü bildirilir.
Davamı →

Albinos adamlar

Albinoslar — belə insanlar genetik cəhətdən ferment çatışmazlığından əziyyət çəkirlər. Albinoslar görünüş cəhətdən adi insanlardan çox fərqlidirlər: onların dərisi bəyaz, saçları çox açıq rəngli və gözlərinin ətrafı, demək olar ki, rəngsiz olur. Onların dərisi heç vaxt qaralmır, lakin gün şüası onların dərisini qızardır.

Qədim zamanlarda bu xəstəlik ilə doğulan insanlar böyük təhlükələrlə üzləşirdilər. Orta əsrlərdə onları şeytanın köməkçisi hesab etdiklərinə görə tonqalda yandırırdılar. İndiki dövrdə albinoslar cəmiyyətdən tam olaraq təcrid olunmurlar. Amma bəzi maneələrlə rastlaşırlar. Buna baxmayaraq Afrikanın bəzi əyalətlərində albinoslar hələ də təhlükəli şəraitində yaşayırlar.

Yerli cadugərlər hesab edirlər ki, albinosların bədən üzvləri bəzi cadu və tilsimin gücünü artırır. Onların öldürülməsinə görə muzdlu qatillər çox yaxşı pul alırlar, hətta bu pul adi bir afrika vətəndaşının yarım illik əmək haqqından daha yüksəkdir. Bununla əlaqədar olaraq albinos uşaqların təhlükəsizliyi üzrə birlik yaradılmışdır və burada onlar təhsil alır və qorunur.

Statistikaya əsasən “rəngsiz” insanlara Afrikada Avropadan 6 dəfə çox rast gəlinir.

Maraqlı fakt: belə körpələrin dünyaya gəldiyi ailələrdə valideynlərin hər ikisində genetik problem olur və onların qanının qarışması nəticəsində albinos xəstəliyi övlada keçir.

Davamı →

Tarixin itmiş şəhərləri

Arxeoloqlar belə şəhərlər aşkar edəndə nəinki mütəxəssislərin — tarixçilərin, o cümlədən adi həvəskarların da bu sahəyə marağının artmasına səbəb olur.

İtirilmiş 20 böyük şəhər

1. Tikal
  

Mayyalıların ən böyük şəhər-dövlətlərindən biridir. İndiki Qvatemalanın Peten bölgəsində yerləşiи və 60 km2 ərazini əhatə edib. Bu şəhər milladdan öncə VII əsrdə salınmış, çiçəklənmə dövründə əhalisinin sayı 200 min nəfərə çatıb. Şəhərin mərkəzi hissəsində 6 dənə pilləli ehram (platforma), üzərində isə məbəd yerləşib. “Tikal” adının mənası mayya dilindən tərcümədə «ruhların səsinin eşidildiyi yer» mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan “Yaş — Mutul” (yaşıl bağ) qeyd olunur. Tikalın tarixi başdan-başa dramatik anlarla doludur. İnsanlar çoxsaylı müharibələrdən və üsyanlardan sonra buranı tamamilə tərk edib. Bu, X əsrin sonlarında baş verib və indiyədəkTikal kabuslar şəhəri olaraq qalır.Tikal və onun ətrafları Qvatemala hökuməti tərəfindən eyniadlı milli parka daxil edilib. 1979-cu ildən milli park UNESCO-nun siyahısına daxil edilib.

Davamı →

Qeyri-adi hindu qəbiləsi | Piraha

PirahaBraziliyanın Maisi çayı sahillərində Piraha adlı qeyri-adi hindu qəbiləsi yaşayır. Qeyri-adi olan — qəbilənin özünəməxsus, təkrarolunmaz məişəti və inancıdır.

Yazıçı və keçmiş missioner Daniel Everet Piraha qəbiləsinin içində düz 30 il yaşamışdır. Həmin dövr ərzində o, müasir dünyanın insani dəyərlərinin tam əksini görübmüş… Bu adamlar, demək olar ki, yatmırlar…

Bilirsinizmi, bu adamlar yatmağa gedərkən bir-birinə necə müraciət edirlər? Təbii ki, hər bir xalqın özünəməxsus mürariət forması olmasına baxmayaraq, mahiyyətcə hamısı eyni məna daşıyır. Yəni – “rahatlıq və şirin yuxular.”...  Piraha qəbiləsində isə -” gecən xeyirə qalsın”- demək əvəzinə, belə deyirlər – “mürgüləməyi ağlına belə gətirmə, ətraf ilanlarla doludur.”

Davamı →

Təraşın tarixi

Qədim dövrlərdə yaşamış adamları xəyalımızda nədənsə həmişə saqqallı təsəvvür edirik.

 Halbuki, misirlilər hələ eramızdan əvvəl  2.000-ci ildə üzlərini qırxırmışlar. Saqqal saxlamaq imtiyazı ancaq firona və bəzi əyanlara verilərmiş. Əlbəttə, bəzən onlar da üzlərini qırxdırarmışlar. 

 Orta əsrlərdə saqqal ətrafında çoxlu mübahisələr getsə də, tam eyni fikir üzərində dayanmaq çətindir. Məslən, Fransızlarda saqqal pərəstiş predmeti hesab edilmişdir. Saqqalsızlıq – rüsvayçılıq, bədnamçılıq və namussuzluq sayılardı. O vaxtlar kral taxtdan endikdə onun başı və saqqalı qırxılarmış. Fransa kralı I Fransisin fərmanı ilə (1515-ci ildən) saqqalı olanlar xəzinəyə xüsusi vergi verirlərmiş. Lakin intibah dövründə dəlləklərin əlində yenidən ülgüc görünməyə başladı.

 I Pyotr isə üz qırxmağı səliqə hesab edirdi. Pyotrun hakimiyyəti dövründə Rusiyada saqqal saxlamaq qadağan edilmişdi.

 Mənbə: Azens.az

Davamı →

Keçmişdə şəkil çəkdirmək qaydası

Keçmişdə şəkil çəkdirmək mədəniyyəti, qaydaları tamamilə başqa olub. Bəlkə də çoxunuz qorxulu filmlərdə qəhrəmanların ölülərlə çəkilmiş fotoşəkillər tapmasını görmüsünüz. Bu heç də rejissorun, yaxud ssenaristin uydurması deyil. Bir dövrlər həqiqətən ölülərlə şəkil çəkdirmək adəti varmış.

Ancaq indi isə anaların uşaqları ilə şəkillərində necə “gözəgörünməzə” çevrildiyini görəcəksiniz. Görünür, bu da nə vaxtsa “selfie” kimi foto-dəb olub. Analar fotoda əsas diqqət uşaqlarına yönəlsin deyə, üzlərinə parça örtürmüşlər. Bir növ oturacaq, yaxud xalçaya “çevrilirlərmiş”. Estetik cəhətdən o qədər də yaxşı görünməyən bu şəkilləri də anaların fədakarlıqları siyahısına salmaq olar.

Davamı →

Dünyanın 9 ən bahalı gülü

9-cu yer: Hydrangea (Гортензия) — Asiya həm də Şimali və Cənubi Amerikada  yetişən güldür. Adı Müqəddəs Roma imperiyasının şahzadəsi Charles Henryin Nassau-Siegen bacısı şəhzadə Hortense şərəfinə verilmişdi. Hydrangea gülünü 1 dənəsin orta qiyməti 6,5 dollar edir.

Davamı →
Top