Amerikalılardan ibarət olan bir qrup 100 yaşlı insanların genetik quruluşunu kəşf etmək üçün təşkil ediləcək 10 milyon dollarlıq X Genomiks mükafatını almaq üçün fəaliyyətə başladı.
Genetika alimi dr. Jonathan Rothberg uzun və sağlam həyatla əlaqəsi olan genləri təyin etmək üçün yarışa qatılır.
DNT sisiləsi tibbi diaqnozlarun təyin edilməsi ilə yanaşı, xəstələrin genetik quruluşuna xas dərmanların yazılmasını da mümkün edə biləcək.
Proyektin fəaliyyətə başlaması üçün yüz yaşı ötmüş yüz adam DNT nümunəsini tədqiqatçılara bağışladı.
Elm adamları çox uzun yaşayan insanları ürək xəstəliyi və ya xərçəng kimi xəstəliklərdən qoruyan nadir genetik dəyişikliklərin olduğuna inanırlar.
İkinci Dünya Müharibəsi dövründə gələcək XXIII Papa İohan italyan ordusunun çavuşu idi.
Albert Eynşteynə İsrailin prezidenti olmaq təklif edilib. Eynşteyn imtina edib və deyib ki, başına problem açmaq fikrində deyil.
Birinci Yekaterina saat 21:00-a qədər heç kimi qəbul etmirdi.
Birinci Yelizavetanın dövründə isə saqqal vergisi varmış.
Con Pol Qetti dünyanın ən varlı adamlarından biri idi və evində taksofonu vardı.
Çörçill gündə 15 siqar çəkirmiş.
İtaliyanın bayrağını Napoleon hazırlayıb.
Kral Solomonun İsraildə təxminə 700 arvadı və yüzlərlə sevgilisi vardı.
Rokfellerlər haqqında yüzlərlə kitab yazılsa da, müəllifi bu sülalənin nümayəndəsi olduğu kitab yalnız bir il bundan əvvəl işıq üzü görınüşdür. Bu yaxınlarda 88 yaşlı Devid Rokfeller kitabın rus dilinə tərcümə olunmuş variantını İTAR-TASS agentliyinin mətbuat konfransında təqdim etmişdir. ABŞ-da bu kitab, yəni «XX əsrdə bankir. Xatirələr» kitabı yüz min tirajla satılmışdır. Rusiyada о, «Beynəlxalq münasibətlər» nəşriyyatı tərəfindən 3000 nüsxədə dərc etdirilmişdir. Bu, bankçı və filantrop, onun ailəsi və Nikita Xruşşov, Aleksey Kosıgin, Fidel Kastro, Çjou Enlay, Den Syaopin kimi görkəmli siyasətçilər ilə görüşündən bəhs edən hekayətdir.
Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur.
Uca Allah’ın bənzərsiz fərqlilikdəki yaratma sənətinin təcəllisi kimi insanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da,tanışbirinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir?
Beyindəki üz tanıma prosesi necə baş verir?
Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən:
ABŞ-nın Kaliforniya ştatında Ölüm vadisi adlanan vadi yerləşir. Bu vadidə çox möcüzəvi hadisə baş verir. Ayaqları, qolları, əzələləri və hətta beyinləri belə olmayan daşlar kilometrlərlə yol boyu yeriyir! Həm kiçik, həm də çox ağır daşlar gah dalğavari, gah ziqzaq, gah da düz xətt üzrə vadi boyu yeriyirlər. Həm də bir istiqamət üzrə deyil, müxtəlif istiqamətlərdə…
Yeriyən daşlar ilk dəfə aşkar edildikdə elm dünyasında böyük əks-səda doğurmuş və elm adamları bu əsrarəngiz hadisəni dərhal araşdırmağa başlamışdılar. Ancaq illərlə aparılan tədqiqatlarabaxmayaraq, uzun müddət heç nə əldə edə bilmədilər. Ta ki yaxın dövrə qədər… Vadidə heç vaxt yağış yağmaması və zəlzələ olmaması bütün digər ehtimalları aradan çıxardı.