Dərman, kimyəvi vasitələr və s. ilə zəhərlənmə hallarına uşaqlar arasında tez-tez təsadüf edilir.
Bu səbəbdən belə bədbəxt hadisələrin profilaktikası olduqca önəmlidir.
Evdə uşaq üçün potensial təhlükə yaradan hər bir şey (məişət kimyası, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s.) uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!
Simptomlar
Uşaqlar tez-tez dərmanlardan zəhərlənirlər. Bunu siz uşağın davranışından şübhələnə bilərsiniz — aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyacanlı olur, uşaqda, qıcolmalar, huşunun itirilməsi, hətta koma inkişaf edə bilər.