Körpəyə qulluq və analıq kateqoriyası üzrə məqalələr

4 Yaşlı uşaqların inkişaf xüsusiyyətləri

Artıq 4 yaşına çatmış uşağınız münasibətlər, cinsiyyət, fərqli irqdən olan insanların fərqlilikləri kimi sosial mövzuların fərqinə varmağa başlayır.Xarici dünyaya atılan uşağınız ətrafda baş verənlər haqqında məlumat sahibi olmaq üçün çox suallar verməyə, başqalarının hissləri və ehtiyyaclarını anlamağa və ünsiyyət qurmağa başlayır.
Bəs 4 yaşlı uşağın digər xüsusiyyətləri nələrdir.
  • Böyük motorik bacarıqları
  • Pilləkənlərdən kömək olmadan enib çıxa bilər.
  • Qaçarkən öz istəyi ilə birdən dayanıb yenidən qaçmağa davam edə bilər.
  • Arxa arxaya yeriyə bilər.
  • Topu atıb tuta bilər.
Davamı →

Autizmin əsas əlamətləri

Erkən yaş dövrü neyro-psixiatrik pozğunluğun əmələ gəldiyi dövrlərdən biridir, əlamətləri ilk 3 ildə özünü biruzə verir. İlkin əlamətləri sosial münasibətlər və ünsiyyət sferasında pozğunluqların olması ilə meydana gələn neyro-psixiatrik pozğunluqdur. Sosial-emosional inkişafda gecikmə və azmalar, danışığın gecikməsi və ya olmaması və təkrarlayıcı davranışlardır.
Bu vəziyyətin əsas klinik xüsusiyyətləri 3 qrupda sıralana bilər:
Davamı →

Rotavirus infeksiyası

Rotavirus infeksiyasi qastroenteritin kəskin formasinan biri olub.Rotavirus tərəfindən törədilir.
Rotavirus bagirsaq infeksiyasi olub ən cox iki üc yaşina qədər usaqlarda yoluxur rotavirus infeksiyasi ən cox payiz yaz aylarinda baş verir. Xəstəliyin yayılmasi əllərin yaxsı yuyulmaması su qidalar vasitəsilə bəzi hallarda hava damci yollada kecir. Rotavirus infeksiyaya cirkli əllər xəstəliyi də deyilir.
ƏLAMƏTLƏRİ: İnkubasion dövür bir günən bes günə kimi davam edir. Yüksək hərarət 39-40C dərəcəyə kimi qalxmasi, qarında tutma səkilli agrılar, ürək bulanma, gün ərzində qusma, sulu ishal, iştahın itməsi, susuzlaşma əlaməti qicolma hallarina kimi gətrib cixara bilər.
Davamı →

Uşaqlarınızla vaxt keçirməyin yollari

Uşaqlarla faydalı vaxt keçirmək uşağın emosional və zehni inkişafı üçün olduqca önəmlidir. Uşaqla faydalı vaxt keçirə bilmək üçün ilk öncə onun fiziki və mənəvi ehtiyacları qarşılanmalıdır. Bu ehtiyacları dəstəkləməyə yönəlmiş bəzi faktorlar mövcuddur.
Uşaqların fiziki və mənəvi ehtiyaclarını dəstəkləyən faktorlar:
Uşaq anadan olduğu andan etibarən ata və ananın həm fiziki, həm də mənəvi qayğısına ehtiyac duyur.Uşağın altını təmizləmək,qarnını doyuzdurmaq,bütün ehtiyyaclarını qarşılamaq fiziki qayğıdır.Uşaqla oynamaq, onu güldürmək, sevmək, oxşamaq,ona müxtəlif hərəkətlər etdirmək isə uşağın mənəvi ehtiyyaclarını qarşılamaqdır.
Davamı →

Uşaqlarda dilaltı qədəhin nitqə təsiri

Dilin əmmə, udma, çeynəmə, qidanı ağız boşluğunda çevirmək, danışmaq kimi bir çox funksiyası var. Dilin bu funksiyaların hamısını yerinə yetirə bilməsi üçün ağız boşluğunda sərbəst hərəkət etməsi lazmdı. “Dilaltı qədəh” deyilən dilin altındakı yumşaq toxuma dili ağız döşəməsinə yapışdırır. Bəzən bu toxuma dilin hərəkətliliyini məhdudlaşdıracaq qədər qısa və qalın ola bilər. Bu vəziyyət dilin aşağı, yuxarı və yanlara doğru hərəkət etməsinə mane olur. Dilaltı qədəhi çox qısa olan körpələr dillərini ağız içərisində çox rahat çevirə bilməz, əmmədə çətinlik yaşaya bilərlər.
Davamı →

Hamilə qadın saçlarını kəsib boya edə bilərmi?

Tanışlardan, rəfiqələrdən qadınlar tez-tez eşidir ki, hamiləlik zamanı saçları kəsmək və boyamaq olmaz ki, bu uşağın sağlamlığına ziyan vura bilər.
Həqiqətdə saçların kəsilməsi hamiləliyə heç bir mənfi təsir etmir. Bu səbəbdən hamilə qadın özünə istədiyi saç kəsimi seçə bilər.
Saçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etmək məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyaların tərkibində müxtəlif orqanizmə zərər verə bilər maddələr var.  İlk növbədə bu ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir.
Davamı →

Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməli

1 yaşınadək olan uşaqlarda termorequlyasiya prosesi (bədəndə olan istiliyi ətraf mühitə vermək) yaxşı inkişaf etmədiyi üçün, onların temperaturu bəzi hallarda sadəcə olaraq, məsələn, onu havaya uyğun olmayaraq isti geyindirdikdə və ya axşam yatarkən həddindən artıq isti bürüdükdə qalxa bilər. Bu halda, temperaturu aşağı salmaq üçün uşağı, sadəcə olaraq, bir qədər yüngül geyindirmək lazımdır.
Bir qədər yuxarı yaşlarda olan uşaqlarda temperaturun yüksəlməsi, uşaq həddindən artıq hərəkətli olduqda — qaçdıqda, atılıb-düşdükdə, çox tərlədikdə baş verə bilər. Bu halda uşağı bir yerdə otuzduraraq ona istədiyi qədər su vermək və sakitləşdirmək lazımdır. Bir qədər keçdikdən sonra isə onun temperaturunu bir daha ölçün. Əgər hərarət enibsə, demək narahatçılıq üçün bir səbəb yoxdur.
Davamı →

Uşaqlarda qızdırma zamanı spirt və ya sirkə ilə silmək olarmı?

Uşaqlarda bədən hərarətinin yüksəlməsi tez-tez rastlaşdığımız hallardan biridir. Bunun səbəbi əksər hallarda virus infeksiyalarıdır.
Nəzərə alınmalıdır ki, bədən hərarətinin yüngül dərəcədə yüksəlməsi orqanizmin virusa qarşı müqavimətini artırır.
Davamı →

Körpəni atıb tutmaq olarmı?

Uşağı yatırtmaq üçün ayaqda, örtük və ya beşikdə yelləmək üsullarından istifadə edilir.
Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.
Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur.
Davamı →

Körpələrdə qusma qorxuludurmu?

Körpələrdə qusma və gəyirmə bir çox hallarda normal hal sayılır. Hətta uşaq orqanizminin statusuna görə belə olması lazımdır. Biz pediatrlar bunu fizioloji hal kimi qiymətləndiririk. Amma qusmalar müxtəlif cür və müxtəlif xarakterdə olur.
Ümumiyyətlə qusmalar 2 cür olur:
1. Fizioloji qusma
2. Patoloji qusma
Davamı →
Top