Azərbaycan tarixi kateqoriyası üzrə məqalələr

Stalin Rəsulzadəni niyə həbsdən qurtardi

1920-ci ilin noyabrında Məhəmməd Əmin Rəsulzadəni həbsdən xilas edərək, özü ilə Moskvaya aparan İosif Stalinin həqiqi məqsədinin nədən ibarət olması barədə bu gün yalnız ehtimallar irəli sürmək olar. Lakin düşünürük ki, Məhəmməd Əmini xilas edərkən Stalin üçün həlledici amil heç də onların arasında vaxtı ilə mövcud olmuş dostluq münasibətləri və ya “xalqlar atası”nın dara düşmüş köhnə dostuna “borcunu qaytarmaq” istəyi deyildi. Hərçənd, hətta Stalin kimi qəddar şəxsiyyətlər belə bu cür sentimental insani hisslərdən məhrum deyillər. Stalini bu addımı atmağa sövq edən başlıca amil çox güman ki, M.Ə. Rəsulzadənin Azərbaycan cəmiyyətindəki böyük nüfuzundan sovet hakimiyyətinin regiondakı mövqelərinin möhkəmləndirilməsi üçün istifadə etmək niyyəti idi. Stalin onu bu və ya başqa şəkildə bolşeviklərlə əməkdaşlığa cəlb etmək ümidində idi.
Davamı →

Rəsulzadəyə görə millət anlayışı

Artıq neçə əsrdir ki, millət anlayışı modern dünyanın ən böyük fenomenlərindən biridir. O, bir çoxlarına görə modern dünyanın, müharibələrin, sülhün, azadlıq hərəkatlarının yaradıcısı və ya səbəbkarı hesab edilir. Millət anlayışı inkaredilməz bir reallıq olsa da, onun tərifi və meydana çıxma şərtləri müxtəlif cür şərh edilir. Bəzilərinə görə millət ən qədim dövrlərdən bəri mövcud olmuş, bəzilərinə görə XVIII-XIX əsrlərdən etibarən bir ovuc insanın düşüncələri əsasında keçmişdən əsasən heç bir asılılıq olmadan inşa edilmiş, bəzilərinə görə isə tarix boyu baş vermiş hadisələr əsasında sonradan qurulmuşdur.
Davamı →

Şah İsmayıl Xətainin bilinməyən sirli tərəfi

Sufi fəlsəfəsində insanın bəqa aləmindən fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid əslində böyük   Nizamidə özünün ən gizli tərəflərini açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllərin biri bahariyyəyə həsr olunub. Orada Məcnunun Leyliyə olan simvolik sevgisi  artıq onun üzərinə fəna aləminin qapılarını açır. O, öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz,  buna görə imtina etmişdi ki, illuziv olaraq ruhunda yaratdığı “Leyli baharına” qovuşa bilsin.
Davamı →

M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin irsi çox zəngin və hərtərəflidir. Əsərlərindən məlum olur ki, görkəmli siyasətçi həm də dünya filosoflarını ciddi mütaliə etmiş və maraqlı fikirlər söyləmişdir.Bu məqsədlə onun 1928-ci ildə nəşr etdiyi “İxtilalçı sosializmin iflası və demokrtaiyanın gələcəyi” əsərindən bəzi hissələri oxuculara təqdim edirik.
“Dünya cənnəti” məfkurəsi
Davamı →

Cümhuriyyət parlamenti müəllimləri əsgərlikdən niyə azad etmişdi?

İndi təqdim edəcəyimiz yazıda isə müzakirə obyekti yenə də müəllimlərdir. Müzakirə 1919-cu ilin 17 aprelində, parlamentin sayca 30-cu iclasında aparılır. Orada müəllimlərlə bağlı deyilən bir neçə maraqlı təklifləri diqqətinizə çatdırırıq.
Qeyd edək ki, materialda natiqlərin dil və üslubu qorunub. İşlətdikləri bəzi ərəb-fars mənşəli sözlər orijinala xələl gəlməsin deyə saxlanılıb. Materialda Azərbaycan Cümhuriyyəti Parlamentinin stenoqramları (I və II cild), Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası və enter.news saytının materiallarından istifadə edilib:
Davamı →

Əli və Nino-nun mübahisəli müəllifi olan AXC səfiri kimdir?

“Onun çöhrəsi indiki kimi gözümün qabağındadır. Ah, necə gözəl, necə alicənab, necə namuslu, necə halal adam idi Yusif… Heyif  Yusifdən,çox heyif! Necə istiqanlı, necə mehriban, necə zəkalı oğlan idi...Yusif o qədər nurlu, o qədər şən adam idi ki, qapıdan girəndə elə bil evimizin işığı artırdı”. Professor Şövkət Məmmədova.
Gənc ictimaiyyətimiz Y.V.Çəmənzəminlini daha çox istedadlı yazıçı kimi tanıyır, o isə həm də bacarıqlı siyasi xadim, mahir diplomat, qabiliyyətli publisist, bir sözlə, fəal vətəndaş olub. Təxəllüsü atasının doğma kəndi olan Çəmənzəminin (Cənubi Azərbaycan) adı ilə bağlıdır. ( Başqa və daha dəqiq hesab olunan versiyaya görə, təxəllüs Çəmənzəmin kəndindən Şuşaya gəlmiş 3 qardaşın şərəfinə qəbul olunub).
Davamı →

Dağlıq Qarabağ 20-ci yüzilliyin 50-80-ci illərində

Keçən yüzilliyin 50-ci illərinin əvvəllərindən etibarən DQMV- nin dövlət idarə orqanlarında, təsərrüfat, mədəni-maarif ocaqlarında çalışanların böyük əksəriyyəti ermənilər idi.
Erməni ideoloqları Azərbaycan SSR-in tərkibində yaşamağın siyasi, sosial-iqtisadi cəhətdən problem olması iddiası ilə çıxış edirdilər. Halbuki, DQMV-də 20-ci yüzilliyin 50-70-ci illərində sənaye, kənd təsərrüfatı, mədəniyyət inkişaf etmişdi. Əhalinin maddi rifahı xeyli yaxşılaşmışdı. Bu dövrdə elm, təhsil, ədəbiyyat, incəsənət və kütləvi informasiya vasitələri xeyli yenilənmişdi. 1950-1970-ci illərdə DQMV-də yeni tipli məktəblər, kitabxanalar, klublar açılmış və s. mədəni yeniliklər baş vermişdir.
Davamı →

Aprel döyüşləri

Milli Ordumuzun Aprel qələbəsi müasir tariximizin şərəfli səhifələrindən biridir. 2016-cı il aprel ayının ilk dörd günü ərzində Milli Ordumuz düşmənin yaratdığı «keçilməz müdafiə istehkamları» mifini alt-üst etdi.
Aprel döyüşlərinə qədər qoşunların təmas xəttində hər gün atışmalar müşahidə olunurdu. İlk dəfə idi ki, ən irihəcmli hücum baş verirdi. Aprelin 1-də bütün cəbhəboyu mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə tutuldu.
Bu dəfə Ermənistan ordusundan dəfələrlə güclü olan Azərbaycan ordusu düşmənə aman vermədi. Qısa müddətdə həlledici addımlar atdı.
Davamı →

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

Azərbaycan xalqının milli yaddaşına «Qara Yanvar”, „Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 30 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə — yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.
Davamı →

9-13 əsrlərin əvvəllərində Azərbaycan mədəniyyəti

“Kitabi Dədəm Qorqud“ dastanı

Babəkin başçılığı ilə xalqımızın azadlıq savaşı nəticəsində Xilafətin Azərbaycandan çəkilməsi, dövlətçiliyimizin yenidən bərpası Səlcuq dönəmi və Eldənizlərin hakimiyyəti dövründə ölkəmizdə baş vermiş siyasi və iqtisadi yüksəliş mədəni sahədə də böyük inkişafa səbəb olmuşdur. VII əsrdə meydana çıxmış və Oğuz yurdu olan Azərbaycanda-Xəzər dənizindən Diyarbəkirə və Qara dənizədək geniş yayılmış “Kitabi Dədəm Qorqud” dastam bütövlükdə türklüyün tərcümeyi-halı olub, möhtəşəm bir abidə hesab edilir. Ana abidəmiz sayılan bu dastanda bizim-Oğuz türklərinin Bizansın başçılıq etdiyi xristian blokuna qarşı mücadiləsi, tarixi torpaqlanmızı ələ keçirib yağmalamaq istəyən, xüsusilə qərb sərhədlərimizi tez-tez pozan «qara donlu kafir» düşməndən qorumaq üçün apardığımız qəhrəmanlıq mücadiləsi öz əksini tapmışdır.

Davamı →
Top